Azərbaycan Diaspor Gənclərinin fəaliyyət istiqamətləri müzakirə edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Diaspor Gənclərinin (ADG) bir qrup üzvü ilə görüş keçirilib. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, onlayn formatda baş tutan görüşdə müxtəlif ölkələrdə – Almaniya, Avstriya, Belçika, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Estoniya, İngiltərə, İsveçrə, İtaliya, Qazaxıstan, Litva, Macarıstan, Moldova, Niderland, Polşa və Slovakiyada…

İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib. Dövlətimizin başçısı Ukrayna Prezidentini ad günü münasibətilə təbrik edib, fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Təbrikə və xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Volodimir Zelenski Prezident İlham Əliyevin bu yaxınlarda ölkəsinə səfərini məmnunluqla xatırladığını qeyd edib. Azərbaycan Prezidenti səfər çərçivəsində göstərilən…

Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İkinci Dünya Müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bu, Rusiyaya çox baha başa gələcək

“Ciddi bir vəziyyətdəyik. Rusiya tərəfindən Ukrayna sərhədlərinə 100 min əsgər və çoxlu sayda hərbi texnikanın yığılması gözardı edilə bilməz. Bunun məntiqli bir əsaslandırması yoxdur. Bu hal Avropanın sülh və təhlükəsizliyi üçün təhdiddir”. Bunu Almaniya Kansleri Olaf Şolz deyib. Kansler bildirib ki, sərhədlərin şübhə altına alınmaması, “yumşalma siyasəti” 1990-cı ildən sonra əldə edilən razılaşmaların nailiyyətlərindən biridir:…

ABŞ-dan sonra hansı ölkə diplomatlarını Kiyevdən çıxarır?

ABŞ-ın ardınca İngiltərə Kiyevdə işləyən diplomatlarını çıxaracaq. Bu barədə məlumatı BBC televiziya kanalı yayıb. Bildirilir ki, Rusiyanın Ukraynanı mümkün işğalı təhlükəsinin artdığı günlərdə İngiltərənin Kiyevdəki ingilis diplomatlarının sayını azaldacaq. Məlumata görə, İngiltərənin Ukraynadakı diplomatlarının azı əlli faizi təxliyə olunacaq. Qeyd edək ki, bundan əvvəl ABŞ Kiyevdəki səfirliyində işləyən diplomatların ailələrinin təxliyə olunmasına yaşıl işıq yandırıb.

NATO Şərqi Avropaya əlavə qüvvə göndərir

Ukrayna ətrafında vəziyyət getdikcə daha da kəskinləşir. Şimali Atlantika Alyansı – NATO bu gün bəyanat yayaraq gəmi və təyyarələrin Şərqi Avropaya – Bolqarıstan, Rumıniya və Litvaya köçürüldüyünü bildirib. İspaniya, Niderland və Danimarka Şərqi Avropaya əlavə qüvvələr göndərməyə hazır olduqlarını bəyan ediblər. ABŞ da regionda özünün hərbi varlığını artırmağa icazə verib. “The New York Times” qəzeti…

“Hücumu dəf etməyə hazırıq”

Ukrayna təhlükəsizlik qüvvələri Xarkov vilayətində Rusiyanın mümkün hücumuna qarşı ondan çox ssenari hazırlayıb. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) yerli idarəsinin rəisi Roman Dudin açıqlama verib. O, Rusiyadan hücum olacağı təqdirdə bir neçə ssenarinin işlənib hazırlanmasından danışıb və bildirib ki, regional güc və hüquq-mühafizə orqanları səkkiz ildə heç vaxt olmadığı qədər istənilən fövqəladə vəziyyətə hazırdır.…