Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Əlillik əngəl deyil” videokonfransı marağa səbəb olub

Uşaq İnkişaf Mərkəzinin təşəbbüsü və DİDK-nın təşkilatçılığı ilə baş tutan konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, Azərbaycan və Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak edib. DİDK-nın şöbə müdiri Vəsilə Vahidqızının moderatorluğu ilə aparılan tədbirdə Diaspor TV-də haqqında sənədli film hazırlanan və İstanbulda yaşayan diaspor fəalı, hər iki ayağını 3…

Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq,…

İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanı videoformatda qəbul edib. Prezident İlham Əliyev Azərbaycanla Ümumdünya Gömrük Təşkilatı arasında səmərəli əməkdaşlığı və təşkilatın ölkəmizə göstərdiyi dəstəyi qeyd edərək, Kunio Mikuriya ilə əvvəllər keçirdiyi görüşləri və aparılmış müzakirələri məmnunluqla xatırladı. Dövlətimizin başçısı Ümumdünya Gömrük Təşkilatının Baş katibinin Azərbaycanla əməkdaşlığı daim…

Ukraynada əsgərlərin ölümünə görə general işdən çıxarıldı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Qvardiyasının komandanı, general-polkovnik Nikolay Balanı orduda beş hərbçinin ölməsinə görə vəzifədən azad edib. Bu barədə Ukrayna Prezidenti qərar imzalayıb. General-leytenant Yuri Lebed Ukrayna Milli Qvardiyasının yeni komandanı təyin olunub. Qeyd edək ki, yanvarın 27-də Ukraynada bir əsgər 5 hərbçi yoldaşını öldürüb, 5-ni isə yaralayıb.

Tokayev hakim “Nur Otan” partiyasının sədri seçilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hakim “Nur Otan” partiyasının sədri seçilib. TASS verdiyi xəbərə görə, bu barədə bu gün Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Növbədənkənar qurultayda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yekdilliklə “Nur Otan” Partiyasının sədri seçilib. Tokayevin bu posta namizədliyini Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev irəli sürüb. Tokayevdən əvvəl partiyanın sədri Nazarbayev olub.

“ABŞ Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək”

“Amerikalı hərbçilər Ukraynadakı hər hansısa hərbi əməliyyatlarda iştirak etməyəcək”. Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin söyləyib. “Prezident Cozef Bayden hərbi bölmələri Ukraynada əməliyyatlar aparmaq məqsədilə göndərmək niyyətində olmadığını aydın şəkildə bildirib”, – nazir vurğulayıb. Bundan başqa, ABŞ Silahlı Qüvvələrinin Rəislər Qərargahı Komitəsinin sədri general Mark Millinin sözlərinə görə, hazırda Ukraynada ABŞ və NATO-nun bir neçə…