Gənc soydaşlarımız Florida Beynəlxalq Universitetindəki sərgidə ölkəmizi təmsil ediblər
Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Tələbə Təşkilatı yüksək reytinqə malik olan Florida Beynəlxalq Universitetində təşkil edilən tələbə təşkilatlarının sərgisində ölkəmizi təmsil edib. Azərbaycan guşəsində ölkəmizin qədim və müasir memarlıq abidələrinin fotostendi qurulub, zəngin mədəniyyətimizi və adət-ənənələrimizi əks etdirən suvenirlər nümayiş etdirilib. Azərbaycan-Amerika Tələbə Təşkilatının həmtəsisçisi, universitetin siyasi…







