Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalça kolleksiyası və kitab təqdim olunub

Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub-saxlanılması, inkişafı və tanıdılmasına yönələn daha bir layihə həyata keçirilib. İcrasına 2016-cı ildən başlanılan layihə çərçivəsində hazırlanan “Azərbaycan xalçası – ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və eyniadlı kitab iyunun 3-də Heydər Əliyev Mərkəzində təqdim edilib. Azərbaycanda xalçaçılıq sənəti əsrlər boyu xalqın məişət və mədəniyyətinin ayrılmaz…

Prezident bir qrup işçiyə fəxri ad verib

Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin: Abasov Xalid Əvəz oğlu Abdullayev Elşad Əlipaşa oğlu Abışov İxtiyar Şükür oğlu Məmmədov Adəm İman oğlu Məmmədov Natiq Misir oğlu.