“Türkiyənin bunu qəbul etməsi mümkün deyil”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lozanna Sülh Müqaviləsinin imzalanmasının 99-cu ildönümü münasibətilə paylaşım edib. O, sazişi müasir Türkiyə Cümhuriyyətinin əsasında duran sənədlərindən biri adlandırıb. “Lozanna sülh müqaviləsi ilə quru sərhədlərimiz çəkildi, kapitulyasiyalar ləğv edildi, Yunanıstanda qalan türk azlığının hüquqları təmin edildi, sahillərimizə yaxın olan Yunan adalarının qeyri-hərbi statusu təsdiqləndi. Türkiyə Lozanna Sülh Müqaviləsinin imzalanmasından ötən…

İran Rusiyaya “Shahed 129” döyüş PUA-ları satıb

İran pilotsuz aparatlarının bir partiyası Xəzər dənizi vasitəsilə Rusiyaya göndərilib. Onların Həştərxan və Volqoqraddan keçməklə Ukrayna sərhədinə çatdırılması planlaşdırılır. Partiyanın əsasını “Shahed 129” ağır hücum dronlarının təşkil etdiyi bildirilib. Onun hazırlanması zamanı İsrailin “Hermes 450” və ABŞ-ın “MQ-1 Predator” modelləri əsas götürülüb. İran PUA-sının uzunluğu 8 metr, qanadların genişliyi 16 metrdir. Onun elan edilmiş döyüş…

Rusiya və Türkiyə ilə yanaşı daha bir tərəf taxıl daşıyan gəmilərin təhlükəsizliyini təmin edəcək

Rusiya və Türkiyə ilə birlikdə Qara dənizdə Ukrayna taxılı olan gəmilərin təhlükəsizliyini üçüncü tərəf də təmin edəcək. O, bir qədər sonra müəyyən ediləcək. Bunu bazar günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. “İstanbulda biz razılığa gələ bildik: Ukrayna minatəmizləmə ilə məşğul olur, gəmiləri açıq dənizə buraxır, Rusiya, Türkiyə və sonradan müəyyən olunacaq başqa iştirakçı…

Yaponiyada vulkan püskürdü – VİDEO

Yaponiyanın Kyuşu adasında Sakuradzima vulkanı püskürüb. Bu barədə ölkənin baş meteorologiya xidməti məlumat yayıb. Vulkan 2,5 kilometr hündürlüyə kül atıb. Yaxınlıqdakı Kaqoşima şəhərində təhlükə səviyyəsi maksimuma qaldırılıb. Meteoroloqlar kraterdən üç kilometr radiusda iri vulkanik süxurların düşmə riski barədə məlumat veriblər.  

Türkiyə ordusuna hücuma hazırlaşan terrorçular məhv edildi

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG-nin beş terrorçusunu zərərsizləşdirib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Terrorçular “Barış pınarı” (“Sülh çeşməsi”) əməliyyatının keçirildiyi zonaya hücuma hazırlaşarkən məhv ediliblər. “Barış pınarı” bölgəsinə hücuma hazırlaşan beş PKK-YPG terrorçusu atəş dəstək vasitələri ilə zərərsizləşdirilib”, – deyə qurumdan bildirilib.

“Çin ordusu aqressivləşib, son beş ildə daha təhlükəli olub”

“Çin ordusu son beş ildə daha aqressiv və təhlükəli olub”. Bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli Hind-Sakit okean regionuna səfəri zamanı bildirib. Amerikalı general qeyd edib ki, xüsusən son beş il ərzində ABŞ və digər tərəfdaşları tərəfindən sözügedən regionda Çinin təyyarə və gəmilərinin ələ keçirilməsi hallarının sayı əhəmiyyətli dərəcədə artıb: “Çinin havada…

ABŞ PUA-sı uçuş rekorduna imza atdı

“Airbus” şirkətinin istehsalı olan “Zephyr” pilotsuz uşuş aparatının prototipi sınaq çərçivəsində 40 gündür ki, Arizona səmasında dövr edir. Kəşfiyyat və müşahidə dronu günəş enerjisi ilə işləyir. Məlumata görə, PUA-nın qanadlarının uzunluğu 25 metr, çəkisi 75 kiloqramdır. O, 21,3 km hündürlüyə qalxa bilir. “Airbus” bildirir ki, dron faydalı yük daşıya və hətta hücum əməliyyatları üçün də…

Boris Conson Ukraynaya vida səfəri edəcək

Böyük Britaniyanın Baş naziri Boris Conson səlahiyyətlərinin icrasına son verməzdən əvvəl Ukraynaya səfər etmək niyyətindədir. O, fevralın 24-dən sonra üçüncü dəfə Kiyevə baş çəkmək istəyir. Xatırladaq ki, dünən Conson silaha sarılaraq Ukrayna hərbçiləri ilə təlim keçib. Hökumət başçısı daha öncə Britaniya parlamentində vida nitqi ilə çıxış edərkən Ukraynanın qayğısına qalmağa çağırış etmişdi.

“Rusiya taxıl dəhlizinin fəaliyyətini poza bilər”

“Rusiyanın fəaliyyətlərinə görə taxıl sazişinin müəyyən müddətə yerinə yetirilməsinə zəmanət vermək çox çətindir”. Bu sözləri Ukraynanın maliyyə nazirinin müavini Aleksandr Kava deyib. O, qeyd edib ki, Ukrayna taxılının “Odessa”, “Çernomorsk” və “Yujnıy” limanlarından daşınmasına tezliklə başlanılması üçün hər şey edilir. Nazir müavininin sözlərinə görə, müqavilədə taxılın daşınması üçün 120 gün müddət nəzərdə tutulub: “Əgər bu…