Zelenski Ərdoğanla Ukraynadakı vəziyyəti müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Liderlər xüsusilə Kaxovka su elektrik stansiyasında baş verən partlayışla bağlı vəziyyəti müzakirə ediblər. Söhbət zamanı Prezident R.T. Ərdoğan bildirib ki, Kaxovka SES-də baş vermiş partlayışın ətraflı təhqiqatı üçün hər iki tərəfin, eləcə də BMT və beynəlxalq ictimaiyyətin, o cümlədən Türkiyə ekspertlərinin iştirakı…










