“Münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur”

Prezident İlham Əliyev Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb. Dövlət başçısı məktubunda diplomatik əlaqələrimizin otuz illik tarixə malik olsa da, xalqlarımızın əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələrinin mövcud olduğunu bildirib. Qeyd edib ki, məhz bu möhkəm təməllər üzərində qurulmuş münasibətlərimizin hazırkı səviyyəsi və…

Azərbaycan XİN Ukrayna xalqını təbrik etdi

“Bu gün Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə dost Ukrayna hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi tvitter səhifəsində yazılıb. “Biz strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik!”, – deyə məlumatda qeyd edilir.

Ərdoğandan səhhəti ilə bağlı

Koronavirusun “omicron” ştamına yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səhhəti ilə bağlı açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, Türkiyə lideri rəsmi tvitter səhifəsində yazıb: “Bu səhər həkimimiz rutin müayinəmizi həyata keçirdi. Şükürlər olsun ki, hər hansı mənfi hal yoxdur. Bu gün də xəstəliyi yüngül keçirir və Əminə xanımla evdən işimizi davam etdiririk.    

Rusiya-Ukrayna münaqişəsi başlayarsa…

ABŞ Rusiyanın Ukraynaya tammiqyaslı hücumu zamanı mümkün itkiləri artıq hesablayıb. Bu barədə “Röyters” məlumat yayıb. Vaşinqton hesab edir ki, Rusiya işğalı mümükn müdaxiləsi nəticəsində 85 minə qədər insan həlak ola bilər. Amerikalı ekspertlərin fikrincə, 25 minə qədər ukraynalı əsgərin, 10 minə qədər rus əsgərinin və 50 minə qədər mülki şəxsin həlak olmaq ehtimalı var. Bildirilir…

II Elizabet Britaniyanın gələcək kraliçasının adını açıqladı

Böyük Britaniya Kraliçası II Elizabet taxta çıxmasının 70-ci ildönümündə konsort kraliçanın adını açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, bu il taxta çıxmasının 70-ci ildönümünü qeyd edən 95 yaşlı Kraliça yazılı mətnlə ölümündən sonra böyük oğlu Şahzadə Çarlzın kral olacağını və gəlini Kornuoll hersoqinyası Kamillanın isə konsort kraliça olmasını istədiyini açıq şəkildə bildirib. “Oğlum Çarlz kral olan…

Podolskdakı məktəbdə Azərbaycan sərkərdəsi Həzi Aslanov guşəsi açılıb

Rusiyanın Podolsk şəhərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı sərkərdə, general-mayor Həzi Aslanovun anadan olmasının 112-ci ildönümünə həsr olunmuş “Əbədi olaraq xalqın qəlbində” adlı tədbir keçirilib. “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti” ictimai təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə şəhərin 34 saylı tam orta məktəbinin tarixi muzeyində baş tutan tədbirdə müharibə…

Qış Olimpiya Oyunlarının ilk MEDALÇILARI

Pekində keçirilən Qış Olimpiya Oyunlarında ilk mükafatçıların adları bilinib. Qadınlar arasında xizəksürmə üzrə skiatlon yarışlarında Norveç idmançısı Terez Yohauq Olimpiya çempionu olub. O, 15 kilometrlik məsafəni 44 dəqiqə 13,7 saniyəyə qət edib. Yarışda gümüş medalı Rusiya xizəkçisi Natalya Nepryayeva, bürünc medalı isə avstriyalı idmançı Tereza Ştadlober qazanıb. Qeyd edək ki, ötən gündən start verilən 24-cü Qış Olimpiya Oyunları…

Ukraynada Azərbaycanlı ilk səfirin adı əbədiləşdirildi

Ukraynada Azərbaycan-Ukrayna diplomatik münasibətlərinin bərpasının 30 illiyi münasibətilə bu ölkədə ilk səfirimiz, tanınmış yazıçı Yusif Vəzir Çəmənzəminlinin adına böyük auditoriyanın və barelyefin açılışı olub. Auditoriyada Azərbaycan atributları ilə yanaşı, Çəmənzəminliyə aid tarixi eksponatlar da yerləşdirilib. Qeyd edək ki, Çəmənzəminli özü bu universitetin məzunu olub. Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə ədibin nəvəsi, Azərbaycan…

Ulyanovskdakı diaspor təşkilatının sədri vilayət qubernatorunun müşaviri təyin olunub

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” (URAMMM) ictimai təşkilatının sədri İslam Hüseynov bu vilayətin qubernatoru Aleksey Russkixin ictimai əsaslarla müşaviri təyin edilib. URAMMM sədri İslam Hüseynov bildirib ki, bununla bağlı qubernator Aleksey Russkix 31 yanvar 2022-ci il tarixli müvafiq sərəncam imzalayıb. Göstərdiyi etimada görə qubernatora minnətdarlığını bildirən…

Zelenski Ərdoğana və onun həyat yoldaşına türk dilində şəfa arzuladı

Ukrayna Prezidenti Vladimir Zelenski “Omikron”a yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşına şəfa arzulayıb. Bu barədə Ukrayna lideri “Twitter” hesabında türk dilində yazıb. “Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və həyat yoldaşı hörmətli Əminə Ərdoğanın COVID-19 testinin müsbət çıxdığını həyat yoldaşım Yelena ilə məyusluqla öyrəndik. Dostlarımız Tayyib bəy və Əminə xanıma keçmiş olsun…