Cənubi Koreya Yaponiya dənizi sahillərinə desant çıxardı

Cənubi Koreya Silahlı Qüvvələri Yaponiya dənizi sahillərində desantın çıxarılması üzrə təlimlər keçirib. Hotuk təlimi çərçivəsində hərbi manevrlərdə 6 minə yaxın hərbi qulluqçu, 40-a yaxın amfibiya desant maşını, 50-yə yaxın aviasiya texnikası, o cümlədən 10 gəmi və 1 desant gəmisi iştirak edib. Təlimlər oktyabrın 28-nə qədər davam edəcək. Qeyd olunur ki, təlimlərdə silahlı qüvvələrin müxtəlif bölmələrinin sahildə…

“Hər şey təsəvvür etdiyimizdən qat-qat qorxuludur”

“Hər şey Almaniyada təsəvvür olunduğundan qat-qat pisdir”. Bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya səfərindən sonra bildirib. O, Rusiyanın başlatdığı müharibə ilə bağlı hekayələrdən şoka düşdüyünü qeyd edib. Ştaynmayerin fikrincə, Almaniyada insanlar əsl vəziyyət haqqında yanlış təsəvvürə malikdir. Almaniya prezidenti Ukraynaya səfəri zamanı raket təhlükəsi səbəbindən Çerniqov vilayətindəki anbarda təxminən iki saat qalıb. Onun sözlərinə görə,…

“Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi həlledici məqama qədəm qoyur”

NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiya Ukraynanı “çirkli bomba” istifadə etməkdə günahlandırır və bu bəhanədən istifadə edərək Ukraynada eskalasiyanı genişləndirmək niyyətindədir. Alyans rəhbərinin bu açıqlaması NATO-nun rəsmi saytında dərc edilib. “NATO müttəfiqləri bu saxta ittihamı rədd edirlər. Rusiya tez-tez başqalarını günahlandırır. Biz Suriyadan tutmuş Ukraynayadək bu tendensiyanın şahidi oluruq. Rəsmi Moskva durumu…

Polşa Senatı Rusiya hakimiyyətini “terrorçu rejim” kimi tanıdı

Polşa parlamentinin yuxarı palatası (Senat) çərşənbə günü Rusiya hakimiyyətini “terrorçu rejim” kimi tanıyan qətnaməni qəbul edib. Məlumata görə, səsvermədə 85 senator iştirak edib. Bütün senatorlar Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən qətnaməni dəstəkləyiblər. Senat həmçinin beynəlxalq ictimaiyyəti Ukraynadakı cinayətlərə görə məsuliyyət daşıyanların işini araşdıran Beynəlxalq Cinayət Məhkəməsinə hər cür dəstək verməyə çağırıb və ukraynalı qaçqınlara kömək etdiyinə…

Keçmiş səfir Rusiyanın Ukraynaya nə qədər pul köçürməli olduğunu deyib

Rusiya Ukraynanın bərpası üçün Ukraynaya 750 milyard dollardan 1 trilyon dollara qədər təzminat ödəməlidir. Bunu ABŞ-ın Ukraynadakı keçmiş səfiri, ABŞ Sülh İnstitutunun vitse-prezidenti Uilyam Teylor beynəlxalq Krım platformasının birinci parlament sammiti zamanı deyib. “Məhkəmə olmalıdır, təzminat ödənilməlidir. Ukraynanın bərpası üçün 750 milyard, hətta bir trilyon dollara qədər pul ödənilməlidir və bunun ən azı 300 milyardı…

Krım Ukraynaya qayıdandan sonra Kerç körpüsü…

“Krım Ukraynaya qayıdandan sonra Kerç körpüsü mövcud olmayacaq”. Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov “Ukrainskaya Pravda” nəşrinə müsahibəsində bildirib. Ölkənin baş kəşfiyyatçısından Krım körpüsündə nələrin baş verdiyi soruşulub. Budanov bu suala birbaşa cavab verməkdən yayınıb. “Cavab vermək üçün çətin sualdır. Yaxşısı budur, bu barədə başqa vaxt danışaq. Yalnız onu deyə bilərəm ki,…

Rusiyalılar Xersonda qalmış kişiləri Ukraynaya qarşı döyüşməyə “dəvət edirlər”

Rusiyalılar Ukraynanın işğal olunmuş Xerson vilayətində qalan kişilərə Ukraynaya qarşı döyüşmək imkanı təklif edirlər. Bu barədə Xerson vilayətinin “qondarma idarəsi”ndən məlumat verilib. “Xersonda öz istəyi ilə qalan bütün kişilər şəhərin ərazi “müdafiə” hissələrinə qoşulmaq imkanına malikdirlər”, – deyə “administrasiyadan” bildirilib.

Britaniya kəşfiyyatı İran PUA-larının Ukraynaya hücumlarının səbəblərini açıqladı

Rusiya İranın “Shahed-136” PUA-ları ilə Ukraynaya hava hücumundan müdafiə sistemini yarmağa çalışır. Onlar getdikcə az olan raketləri əvəz edir. Bu barədə Britaniya Müdafiə Nazirliyinin “Twitter” hesabında məlumat verilib. Qeyd edilir ki, Rusiya İranın PUA-larından bütün Ukraynadakı hədəflərə qarşı istifadəyə davam edir. Ukraynanın “Shahed-136” PUA-sını məğlub etmək səyləri daha uğurlu olur. Ölkə prezidenti Volodimir Zelenski də…

Böyük Britaniyada Uollesin Şoyqu ilə nə danışdıqlarını açıqlayıblar

PLATFORM4.NEWS bildirir ki, bu gün oktyabrın 23-də Rusiya tərəfinin xahişi ilə Rusiya Federasiyası və Böyük Britaniya müdafiə nazirləri Sergey Şoyqu və  Ben Uolles arasında telefon danışığı olub. Rusiyalı nazir xüsusilə bildirib ki, Ukrayna Böyük Britaniyanın köməyi ilə guya “münaqişənin gərginləşməsini planlaşdırıb”. Bu barədə Britaniya hökumətinin rəsmi bəyanatında deyilir. Qeyd olunur ki, Uolles bu iddiaları təkzib…

Ukrayna HHQ İranın 273 PUA-sını vurub

Sentyabrın 13-dən bu günə kimi Ukrayna hərbçiləri İrana məxsus 273 “Şahed-136” kamikadze pilotsuz uçuş aparatını vurub. Bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat deyib. İqnatın sözlərinə görə, Rusiya Ukraynaya qarşı bu PUA-ların iki növündən istifadə edir. Eyni zamanda Ukrayna Silahlı Qüvvələri daha 4 “Mohajer-6” zərbə PUA-sını vurub.