Zelenskinin Prezident Ofisi Xersonun azad edilməsi tarixini açıqladı

“Xerson yaxın vaxtlarda azad ediləcək. Bu, beş-yeddi gün, bəlkə də, iki-üç həftə ərzində baş verə bilər”. Bu barədə Ukrayna Prezidenti Ofisinin müşaviri Aleksey Arestoviç bildirib. Onun sözlərinə görə, Rusiyanın müdafiə ilə bağlı planları məlum deyil, lakin şəhərin ələ keçirilməsi qaçılmazdır. Arestoviç hesab edir ki, Ukrayna Silahlı Qüvvələri geri çəkilən qoşunlara maksimal dərəcədə atəş açsa da, Rusiya…

Aİ İrana qarşı yeni sanksiyalar paketini hazırlayır

Avropa İttifaqı İrana qarşı sanksiya təzyiqlərini davam etdirəcək. Bu barədə çərşənbə günü Almaniyanın xarici işlər naziri Annalena Berbok “Twitter” səhifəsində yazıb. “Məhsa Əmininin öldürülməsindən dörd həftə sonra biz İranda etirazların zorakılıqla yatırılmasına görə məsuliyyət daşıyanlara qarşı Aİ sanksiyaları tətbiq etdik. Biz növbəti sanksiyalar paketi üzərində işləyirik. Gələn həftə onu qəbul etmək istəyirik”, – deyə XİN…

Şimali Koreya növbəti dəfə ballistik raket atdı

Şimali Koreya yenidən Şərq dənizi istiqamətində qısa mənzilli ballistik raket atıb. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komandanlığından bildirib ki, ballistik raketin buraxılışı Cənubi Pxenyan əyalətinin Sukçon bölgəsindən qeydə alınıb. Raket maksimum 6 max sürəti ilə təxminən 300 km uçub və Cənubi Hamqyonq əyalətinin sahillərindəki sularda boş adaya düşüb. Cənubi Koreya hərbçiləri həmçinin raket zərbəsi zonası…

Dünyada qaçqınların sayı İkinci Dünya Müharibəsindən bəri ən yüksək həddə çatıb

Dünyada qaçqınların sayı 103 milyon nəfərə çatıb ki, bu da İkinci Dünya Müharibəsindən sonra dünyada ən böyük rəqəmdir. Bu barədə çərşənbə günü Tokioda keçirilən mətbuat konfransında BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi məlumat verib. “İndi təşkilatımızın tarixində ən dramatik dövrlərdən biridir. Dünyada qaçqın və məcburi köçkünlərin ümumi sayı artıq 103 milyon nəfərə çatıb. Bu,…

Xerson vilayətində 4 yeni hərbi administrasiya yaradılıb

Noyabrın 9-da Ukrayna Prezidenti Volodimir Zelenski Xerson vilayətində dörd hərbi administrasiyanın yaradılması barədə fərman imzalayıb. Dövlət başçısının 760 saylı fərmanı ilə Xerson vilayətində Skadovski rayonunun Dolmatovskaya kənd hərbi idarəsi, Skadovski rayonunun Qolopristan şəhər hərbi idarəsi, Kaxovka rayonunun Kaxovka şəhər hərbi idarəsi və Kaxovka rayonunun Krestovski kənd hərbi idarəsi formalaşdırılıb. Sənədə əsasən, Ukrayna Silahlı Qüvvələrinin Baş…

Komitə sədri Estoniya rəsmiləri ilə görüşüb

Estoniyaya səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Estoniyanın Dövlət idarəçiliyi naziri Riina Solman və Mədəniyyət Nazirliyinin Xarici əlaqələr departamentinin rəhbəri, icmalar üzrə məsul nümayəndəsi Anne Ly Reima ilə görüşü keçirilib. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, görüşlər zamanı ölkələrimiz arasında tarixi münasibətlərdən, Azərbaycan icmasının Estoniyada aktiv fəaliyyət göstərməsindən,…

Dünyanın ən böyük təyyarəsi yenidən hazırlanır

Ukraynanın “Antonov” dövlət müəssisəsi Rusiya tərəfindən Qostomeldə dağıdılan dünyanın ən böyük təyyarəsinin əvəzinə ikinci An-225 “Mriya”nı inşa edir. Bu barədə müəssisənin baş direktoru Yevgeni Qavrilov bildirib. “İşlər gizli yerdə aparılır. İkinci An-225 həm yeni hissələri, həm də zədələnmiş təyyarənin hissələri ilə təmin olunacaq”, – Qavrilov deyib. O qeyd edib ki, ikinci “Mriya” artıq 30 faiz…

Rusiya müasir raketlərinin təxminən 80%-ni istifadə edib

Rusiya Ukraynanın mülki infrastrukturuna hücum edərkən müasir raketlərinin təxminən 80%-ni istifadə edib. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Vadim Skibitski bildirib. Onun sözlərinə görə, Kremldə 120 “İsgəndər” və “Kinjal” (“Xəncər” – hipersəs raket kompleksi) qalıb. Məhz buna görə də Rusiya Federasiyası İrandan “Fateh-110” və “Zolfaghar” ballistik raketlərini almaq qərarına gəlib. Kreml həmin raketləri…

Tallində Azərbaycan icması ilə görüş keçirilib

Estoniyanın paytaxtı Tallinn şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Azərbaycan icması ilə görüş keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad…

Xersonda təxliyə başa çatdı: Sonuncu gəmi Dnepr sahilindən ayrıldı

“Xersonda son gəmi Dnepr çayının sağ  sahilindən ayrıldı. Mütəşəkkil evakuasiya çərçivəsində Xerson şəhərindən son gəmi vilayətin sol sahilinə çıxdı”. Bu barədə Ukraynanın işğal olunmuş Xerson şəhərinin “vitse-qubernatoru” Kirill Stremousov öz “Telegram” kanalında məlumat verib. “Noyabrın 7-də insanları sol sahilə apara biləcək sonuncu gəmi Xerson vilayətinin sağ sahilindən yola çıxdı”, – deyə  Stremousov qeyd edib. O…