NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır

NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq martın 18-də Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibəsində deyib. “Bu çərçivə sənədi qarşılıqlı fəaliyyət məsələlərinə köklənəcək və burada əsas məqsəd Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması üçün birgə işləməkdir. Biz, həmçinin hərbi təhsil məsələlərinə də…

Aİ Ukraynaya hərbi yardım fondunu artırır

“Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi yardım göstərilməsi üçün ayrılacaq məbləği beş milyard avro artırmaq qərarına gəlib, lakin Macarıstan buna görə məsuliyyət daşımır və bu məqsədlər üçün vəsait ayırmayacaq”. Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə bildirib. O qeyd edib ki, döyüş ruhu qüvvədə qalıb…

“Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”

“Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”. Bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinə səfəri ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib. H.Hacıyev bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə iki ölkə…

Ukrayna “F-16” almaq üçün bir sıra şərtləri yerinə yetirməlidir

ABŞ Konqreslə məsləhətləşmələrdən və ukraynalı pilotlar üçün təlimlər başa çatdıqdan sonra Ukraynaya döyüş təyyarələrinin göndərilməsinə razılıq verəcək. Bununla belə, Kiyev də bir sıra şərtləri yerinə yetirməli olacaq. Bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq məlumat verib. Məlumata görə, pilotlar, xüsusilə, ingilis dilini bilməli, Ukrayna hakimiyyəti isə yerdə lazımi logistikanı təmin etməlidir. “Bu meyarlar yerinə…

Putin Ukraynada kasset bombalarından istifadə edə biləcəyinə işarə etdi

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı kasset bombalarından istifadə edə biləcəyinə işarə edib. Platform4.news xəbər verir ki, bu barədə dövlət başçısı müsahibədə bildirib. “Əgər onlar bizə qarşı istifadə edilərsə, biz güzgüvari hərəkət hüququmuzu özümüzdə saxlayacağıq”, – o qeyd edib. O vurğulayıb ki, Rusiyada kasset mərmilərin “kifayət qədər ehtiyatı” var. “Birləşmiş Ştatlar özü əvvəllər kasetli sursatlardan…

Farer adalarında ənənəvi balina ovu mövsümü başlayıb: Dəniz qana boyandı

Farer adaları sakinlərinin ənənəvi balina ovlaması mövsümü başlayıb və nəticədə dəniz suları al qan rənginə boyanıb. Bu ərazilərdə əhali uzun keçən soyuq aylar üçün tədarük görür, xüsusən qış aylarında balinalarının əti və yağı ilə qidalanırlar. 53 min əhalisi olan adada balina ovu xüsusi qanunla tənzimlənir. Yerli sakinlər deyir ki, balinalara mümkün qədər əzab verməyərək milli…

“Beynəlxalq hüququn gücünü yalnız Ukrayna ərazilərinin işğaldan azad edilməsi ilə qaytarmaq olar”

Ukraynanın işğaldan olan bütün ərazilərinin geri qaytarılması ilə hüquqa əsaslanan beynəlxalq nizamın gücünü bərpa etmək mümkün olacaq. Bu açıqlama ilə Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib. “Biz ərazilərimizi işğaldan azad etmək və xalqımız üçün sülhü bərpa etmək üçün bütün səviyyələrdə beynəlxalq işimizi ən yüksək səviyyədə görməyə davam edəcəyik”, – deyə Ukrayna lideri vurğulayıb. Zelenski, həmçinin,…

“Krım bizim olacaq, məni heç kim dayandırmayacaq”

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnı bildirib ki, hətta ölkənin müttəfiqləri buna qarşı çıxsa belə, Krım Kiyevin nəzarəti altında olacaq. O, bu barədə “The Washington Post” qəzetinə müsahibəsində bildirib. “Vasitəm olan kimi nəsə edəcəyəm. Fərqi yoxdur – heç kim mənə mane olmayacaq”, – deyə Zalujnı bildirib. O, Ukraynanın qələbəsi ilə bağlı konsepsiyasını da…

ABŞ-dən daha altı ölkənin BMT Təhlükəsizlik Şurasına daxil edilməsi təklifi

ABŞ Prezidenti Co Baydenin administrasiyası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına veto hüququ vermədən daha altı daimi yer əlavə etməyi təklif edib. Bu barədə “The Washington Post” öz mənbələrinə istinadla bildirib. Məqalə müəllifinin yazdığına görə, təşəbbüs Ukraynadakı kimi silahlı münaqişələrin effektiv həllinə yönəlib. Bildirilir ki, artıq Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild təşkilata üzv olan…

Ukrayna ordusunun Donbasla bağlı planları

“Ukrayna yaxın günlərdə Donbasda böyük hücuma keçə bilər”. Bunu Britaniya Parlamentinin Müdafiə Komitəsinin rəhbəri Tobias Ellvud deyib. “Yaxın bir neçə gün ərzində biz Donbasın bu və ya digər hissəsində böyük hücuma hazır olmalıyıq”, – deyə o qeyd edib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri “tədqiqat və formalaşdırma əməliyyatları” aparırlar. “Ukrayna potensialının əsas hissəsi isə bu hücuma…