BMT-dən Putinin Minsk razılaşmaları ilə bağlı sözlərinə cavab

“Minsk razılaşmaları mövcud olmaqda davam edir və Ukraynada deeskalasiyaya aparan yoldur”. Bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinq zamanı Rusiya Prezidenti Vladimir Putinin Minsk razılaşmaları ilə bağlı sözlərinə cavab olaraq deyib. “Bizim fikrimizcə, mövcud diplomatik çərçivə var və onlardan deeskalasiyaya aparan yol kimi istifadə edilməlidir”, – deyə Düjarrik Rusiya liderinin sözlərini şərh edərkən…

Zelenski Ukrayna xalqına müraciət etdi

Ukrayna Prezidenti Vladimir Zelenski xalqına videomüraciət edib. Videomüraciətdə bildirib ki, Rusiyanın hər hansı bəyanat və hərəkətlərinə baxmayaraq, ölkəsinin beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişməz qalacaq. “Bizim və dövlətimizin tarixlə bağlı uzun-uzadı mühazirələr oxumağa vaxtımız yoxdur. Ona görə də keçmişdən danışmayacağam. Mən sizə reallıqlar və gələcək haqqında danışacağam: Ukrayna Rusiya Federasiyasının hər hansı bəyanatlarına və hərəkətlərinə baxmayaraq,…

Türkiyə vətəndaşlarını Ukraynanın şərq bölgələrini tərk etməyə çağırdı

Türkiyə baş verən son hadisələrdən sonra Ukraynanın şərq bölgəsində olan vətəndaşlarına oranı tərk etməyi tövsiyə edib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Vətəndaşların zəruri hallarda Türkiyənin Kiyevdəki səfirliyi ilə əlaqə saxlamaları istənilib. Qeyd edək ki, Türkiyə Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk “respublika”larını tanınmasını rəsmi olaraq pisləyib.

Şarl Mişel Zelenski ilə telefonla danışdı

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub. Bu barədə məlumatı Şarl Mişel öz rəsmi tviter hesabında yazıb. “Avropa İttifaqının Ukrayna ilə tam həmrəy olduğunu ifadə etmək üçün Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışdım. Aİ qətiyyətlə sizin yanınızdadır və Ukraynanın ərazi bütövlüyünü tam olaraq dəstəkləyir. Rusiyanın addımı…

“Rusiya ABŞ-la danışıqlara hazırdır”

“Moskva əvvəl olduğu kimi Vaşinqtonla danışıqlara hazırdır. Rusiyanın Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanıması barədə qərarı onun dialoqa hazırlığına təsir etmir”. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Соловьев Live” yutub kanalının efirində deyib. O bildirib ki, Rusiya, hətta ən çətin anlarda belə danışıqlar prosesinə hazır olduğunu açıqlayıb. Qeyd edək ki, Rusiya…

ABŞ diplomatlarını Ukraynadan Polşaya təxliyə edir

ABŞ Dövlət Departamenti Ukraynada olan bütün əməkdaşlarını təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq bu ölkədən Polşaya köçürür. Bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” yayıb. Bildirilir ki, burada söhbət əsas olaraq ABŞ-ın Ukraynadakı səfirliyinin əməkdaşlarından gedir. Mənbələrdən birinin sözlərinə görə, Prezident Co Baydenin rəsmi şəxsləri Rusiyanın Ukraynaya hücumu olmazsa? personalı sabah səhər geri qaytaracaqlar. Dövlət Departamenti…

“Pekin-2022” başa çatdı

Çində keçirilən 24-cü Qış Olimpiya Oyunlarında mübarizə başa çatıb. Fevralın 20-də – Olimpiya Oyunlarının sonuncu günündə qadınlar arasında 30 kilometr məsafəyə xizək yarışı, dağ xizəkçiliyi, bobsley, körlinq və hokkey üzrə yarışlar keçirilib. “Pekin-2022” Qış Olimpiya Oyunlarında birinci yeri Norveç komandası tutub. Bu ölkənin idmançıları 16 qızıl, 8 gümüş, 13 bürünc medal qazanıblar. Norveç qızıl medalların…

Avstriya da Ukraynaya getmək istəyənlərə xəbərdarlıq etdi

Avstriya Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyəti nəzərə alaraq bu ölkəyə səfər etmək istəyən vətəndaşlara xəbərdarlıq edib. Bu barədə nazirliyin saytında məlumat yerləşdirilib. Bildirilib ki, Avstriya vətəndaşlarına ölkənin qərb regionları (Lvov, Transkarpatiya, İvano-Frankovsk və Çernivitsi) istisna olmaqla Ukraynanın digər ərazilərinə səfərdən çəkinmək tövsiyə olunub. Həmçinin, yuxarıda qeyd edilən qərb regionlarından başqa ərazilərdə olan Avstriya vətəndaşlarına ərazini…

Donbasdan təxliyə edilənlərin sayı açıqlandı

Donbas bölgəsindən 53 mindən çox sakin təxliyə edilib. Rusiya mətbuatı xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar naziri vəzifəsini icra edən Aleksandr Çupriyayan məlumta verib. Onun sözlərinə görə, bu gün axşam saatlarına qədər Donbasın ümumilikdə 53 mindən çox sakini Rusiya ərazisinə təxliyə edilib. Onun sözlərinə görə, sakinlərin təxliyəsi üçün 142 avtobus təşkil edilib. Onlar…