“Rusiya işğal yolunu seçsə…”

Kanada parlamenti Ukrayna böhranını müzakirə etmək üçün xüsusi gündəmlə iclas keçirib. Baş nazir Castin Trüdo müsbət COVID-19 testi səbəbiylə karantində olduğu evindən onlayn əlaqə ilə iclasa qatılıb. İki saatdan çox davam edən iclasda Trüdo deputatların suallarını cavablandırıb. “Rusiya münaqişə axtarır. Əgər Rusiya Ukraynanı işğal edərsə, bunun ciddi və ağır nəticələri olacaq”, – baş nazir deyib.…

“Rusiya ilə bağladığımız müqavilə NATO üçün narahatlıq yaratmır”

“Biz Rusiya ilə müqavilə bağlamışıq və bu, NATO üçün heç bir problem yaratmır. Çünki NATO ölkələrinin hər biri öz qərarını verərək silahını alır və biz də bu qərarı vermişik”. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Bizim S-400 məsələmiz Türkiyə ilə Rusiya arasında çox əhəmiyyətli addımdır. S-400 çox vacib müdafiə sistemidir. Biz S-400-ləri aldığımız…

Bayden Şərqi Avropaya əlavə qoşun göndərilməsini təsdiqlədi

ABŞ Prezidenti Co Bayden Şərqi Avropaya əlavə hərbi qüvvələrin göndərilməsini təsdiqləyib. Bu barədə CNN ABŞ Administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Mənbələr bildirib ki, qoşunların köçürülməsi yaxın günlərdə baş tutacaq. CNN-in mənbələrinə görə, Polşada 2 min, Rumıniya da daxil olmaqla NATO-nun cənub-şərq cinahında daha bir neçə min hərbçi yerləşdiriləcək. Pentaqonun yaxın vaxtlarda əlavə qüvvələrin yerləşdirilməsi barədə…

Putin və Conson arasında müzakirə

Böyük Britaniyanın Baş naziri Boris Conson və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə rəsmi Kreml məlumat yayıb. Bildirilib ki, tərəflər Ukraynadakı vəziyyəti, habelə təhlükəsizlik zəmanəti məsələlərini müzakirə ediblər. Rəsmi Londonun məlumatında isə qeyd olunub ki, B.Conson V.Putinlə söhbətində diplomatiyanın vacibliyini və Ukraynanın danışıqlara cəlb edilməsinin labüdlüyünü vurğulayıb. Britaniyanın baş naziri Rusiyanın…

Ukrayna və Türkiyə azad ticarət zonası haqqında saziş imzalayıb

Ukrayna və Türkiyə ölkələr arasında azad ticarət sazişi imzalayıb. Platform4.news xəbər verir ki, bu, Vladimir Zelenski ilə Rəcəb Tayyib Ərdoğanın Kiyevdə görüşü zamanı baş verib. Müqavilə Mariinski sarayında imzalanıb. Hər iki ölkənin hökumətləri  imzaladılar: gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında saziş; Ukrayna Dövlət Vergi Xidməti ilə Türkiyənin Gəlirlər Administrasiyası arasında əməkdaşlıq memorandumu; hökumətlər arasında hüquq-mühafizə orqanları…

“Türk SİHA’ları oyun dəyişdirdi”

Müdafiə Sənayesi Rəyasət Heyətinin sədri İsmail Dəmir jurnalistlərlə görüşündə 2022-ci ildə müdafiə sənayesi sahəsində həyata keçiriləcək kritik layihələrlə bağlı açıqlamalar verib. Quru Qoşunlarının Simulyasiya Sistemləri (KARASİM) müqaviləsinin imzalandığı proqramda mühüm mesajlar verən Dəmir yekun nitqində bunları söyləyib: “Dost və müttəfiq ölkələrimizin inventarında yerini tutan məhsullar bütün dünyaya ixrac edilərkən , Türk SİHA’larının oyun dəyişdirən anlayışı…

Britaniya səfiri Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması ilə bağlı təklifini dəstəkləyib

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir neçə vaxt əvvəl ATƏT-in toplantısında bildirdi ki, sülh və təhlükəsizlik Azərbaycan üçün prioritet olacaq”. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib. Diplomat qeyd edib ki, Azərbaycan hökumətinin azad edilmiş ərazilərin bərpa edilməsi ilə bağlı böyük planları var: “Məcburi…

Aİ Azərbaycanla qaz təchizatına dair danışıqlar aparır

Avropa İttifaqı Rusiyadan qaz təchizatı kəsiləcəyi hallarla bağlı Azərbaycan, ABŞ və Qətərlə qaz təchizatına dair danışıqlar aparır. Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin “Şərq sərhədlərimizdə gərginliyin artdığı bir halda birliyimiz gücümüz olaraq qalır” məqaləsində qeyd olunub. Buraya Rusiyanın qaz tədarükünü azaldacağı və ya dayandırmaq qərarına gəldiyi təqdirdə, qaz…

NATO-nun komanda-qərargah təlimləri başlayıb

Belçikanın Ostend limanında NATO-nun “Dynamic Move-2022” mina əleyhinə komanda-qərargah təlimləri başlayıb. Bu barədə NATO-nun hərbi dəniz komandanlığı məlumat yayıb. Məlumatda göstərilir ki, “Dynamic Move-2022” mina əleyhinə 2 həftəlik komanda-qərargah təlimidir. Təlimlər üzv ölkələrin ordularının peşəkarlığının artırılmasına imkan verir. 31 yanvar 8 fevral tarixlərində keçiriləcək təlimlərə 2 ölkə – Ukrayna və Mərakeş müşahidəçi qismində cəlb olunub.

Kanadanın baş naziri ölkədən qaçdı

Kanadada koronavirus ilə bağlı baş verən etirazlar səbəbindən ölkənin baş naziri Castin Trüdo Ottavadan qaçaraq gizli bir yerə aparılıb. Yüzlərlə sürücü ABŞ sərhədini keçmək üçün tələb olunan peyvənd zərurətini etiraz etmək məqsədilə yük maşınlarını Kanadanın mərkəzinə sürüb. Etirazların nə zamanadək davam edəcəyi isə məlum deyil. Xatırladaq ki, noyabrda Ağ Evdən edilən açıqlamada Kanada və Meksikadan…