Azərbaycanın Ukraynaya yeni səfiri təyin edildi

Prezident İlham Əliyev Azərbaycanın Ukraynadakı səfirini dəyişdirib. Dövlət başçısının imzaladığı sərəncama əsasən, Elmira Axundova Kiyevdən geri çağırılıb, onun yerinə Seymur Qurban oğlu Mərdəliyev təyinat alıb. O, yeni təyinata qədər Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsində çalışıb. Seymur Mərdəliyev uzun müddət Azərbaycan Xarici İşlər Nazirliyində  müxtəlif vəzifələrdə çalışıb. O,…

Azərbaycan-Rumıniya Hökumətlərarası Komissiyanın 7-cı iclasında protokol imzalandı

Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası keçirilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, iclasda iştirak etmək üçün Rumıniyada səfərdə olan Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti…

Ərdoğandan zəlzələdən zərərçəkənlərə müjdə

“Siyasi baxışlarından asılı olmayaraq, fevralın 6-da baş vermiş böyük fəlakətdən sonra seçkiyə gedərək demokratik yollarla öz seçimini edən zəlzələ bölgəsində yaşayan bütün qardaş və bacılarıma ürəkdən təşəkkürümü bildirirəm”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabında yazıb. O qeyd edib ki, zəlzələ baş verən vilayətlərdə 910 mindən çox çadır və 117 min konteynerin quraşdırılması…

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərindən İlham Əliyevə məktub

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar. President.az xəbər verir ki, məktubda deyilir: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Möhtərəm cənab Prezident! Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin arzu və iradəsini ifadə edərək Sizə – Azərbaycan xalqının ləyaqətli oğluna, dünyanın tanınmış siyasi xadiminə və Müzəffər Ali Baş Komandana salamlarımızı çatdırır, tariximizin əlamətdar…

“Qarabağ dünən, bu gün və sabah” elmi-əməli konfransı keçirilib

Beynəlxalq Qarabağ Forumunun təşkilatçılığı və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının dəstəyi ilə “Qarabağ dünən, bu gün və sabah” mövzusunda 22-ci elmi-əməli konfransı keçirilib. Platform4.news Sitat.info -a istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının himninin ifası və torpaqlarımızın azadlığı, suverenliyinin bərpası uğrunda canından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başladı. Konfransın…