Azərbaycanla Türkiyənin Bakıdan dünyaya verdiyi mesaj

“TEXNOFEST AZƏRBAYCAN” mühüm mesajlar və əlamətdar hadisələrlə yadda qaldı. Festival yalnız Türkiyə-Azərbaycan qardaşlığını ehtiva edən tədbir yox, həm də Azərbaycan və Türkiyənin dünyaya birgə verdiyi hərbi-siyasi mesaj idi. Xüsusən də, prezident İlham Əliyevin dünya şöhrətli alim Əziz Sancarı nümumə göstərərək, gəncləri onun kimi həm alim, həm türkçü, həm də vətənpərvər insan olmağa səsləməsi milli kimliyin…

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə qaz embarqosu daxil olmayacaq

Avropa İttifaqı Rusiya Federasiyasına qarşı növbəti sanksiyalar paketi çərçivəsində qaz embarqosunu müzakirə etməyəcək. Avstriya kansleri Karl Nehammer çərşənbə axşamı Avropa İttifaqı liderlərinin Brüsseldə keçirilən sammitindən sonra bildirib ki, Rusiya neftini kompensasiya etmək daha asandır, qaz isə başqa bir şeydir. “Dünən aydın idi, bu gün yenə deyirəm: qaz embarqosu müzakirə mövzusu olmayacaq. Olaf Şolz da bunu…

Putin Luqansk və Donetsk vilayətlərinin ələ keçirilməsi üçün…

Rusiya prezidenti Vladimir Putin rus hərbçilərinə Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə daxil olmağı əmr edib. Onun planına görə, ilk növbədə Luqansk vilayətini tutmaq lazımdır. Bu barədə təhlükəsizlik xidmətindəki mənbələrə istinadən Kanal 24 məlumat yayıb. Nəşrin mənbələrinə görə, Rusiyanın ali rəhbərliyi iyunun 1-dək Luqansk vilayətinin tam ələ keçirilməsi barədə göstəriş verib. Qeyd olunur ki, Donetsk…

Ukrayna iyunda Aİ-yə namizəd statusu alacaq

Ukrayna iyunda Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu ala bilər. Platform4.news  xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Avropa Şurasında çıxışı zamanı Qərbi Balkan ölkələrinin buna qarşı olmadıqlarını bildirib. “Strateji səviyyədə Ukrayna  Avropa İttifaqına namizəd statusu iyun ayında təsdiq edilməlidir. Ölkəmizə namizəd statusunun verilməsində göstərdikləri anlayışa və dəstəyə görə Qərbi Balkan ölkələrinə təşəkkür etmək…

Kiyevə yeni hücum təhlükəsi var, lakin…

Rusiya Federasiyasının Bryansk və Kursk vilayətlərində rus qoşunlarının formalaşması əlamətləri görünmür. Lakin ikinci hücum təhlükəsi hələ də qalmaqdadır, Kiyev OVA Telegram-a bildirib. Rusiya Belarus ərazisindən hücum üçün istifadə edə bilər. Kəşfiyyat hər gün düşmənin hərəkətlərini izləyir. Ukraynanın paytaxtı işğalçılar üçün prioritetdir. Rusiyanın çoxlu insan və logistik resursları var. Beləliklə, ikinci hücum təhlükəsi qalır. “Biz başa…

Haaqada 28 May – Müstəqillik Günü qeyd edilib

Niderlandın Haaqa şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Niderland Krallığındakı səfirliyində təşkil edilən tədbirdə diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan diasporunun fəal üzvləri iştirak ediblər. Azərbaycan və Niderlandın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov çıxış edib. 104 il…

Ukraynada yaşayan soydaşlarımız 28 May – Respublika günü münasibətilə xalqımızı təbrik edib

28 May – Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə –…

ABŞ Ukrayna limanlarına çıxış müqabilində Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

ABŞ Rusiyanın Ukrayna limanlarına girişin blokdan çıxarılması müqabilində sanksiyaları ləğv etmək təkliflərini rədd edir. Bu barədə çərşənbə günü keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib. “Əlbəttə, biz boş vədlərə cavab olaraq sanksiyaları ləğv etməyəcəyik. Rusiya Federasiyasından əvvəllər də boş vədlər eşitmişik. Düşünürəm ki, Rusiyadan eşitdiyimiz müxtəlif vəd və təkliflərə skeptik yanaşmağa əsasımız var”,…

14 ədəd yeni hücum təyyarəsi Ukraynaya çatdı

Ukrayna Şərqi Avropadan olan tərəfdaşlardan 14 ədəd hücum və hava dəstək təyyarəsi olan “Su-25” tipli döyüş təyyarəsi alıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd edək ki, “Su-25” tipli hücum təyyarəsi gecə və gündüz saatlarında döyüş meydanında quru qoşunların birbaşa dəstəklənməsi, həmçinin istənilən hava şəraitində və günün istənilən saatında ona ötürülmüş koordinatların məhv edilməsi…

Türkiyə Təhlükəsizlik Şurasından yeni antiterror əməliyyatı açıqlaması

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə ölkənin Təhlükəsizlik Şurasının iclası keçirilib. Üç saat davam edən toplantıdan sonra yayılan bəyanatda növbəti antiterror əməliyyatının anonsu verilib. Sənəddə vurğulanıb ki, Türkiyənin Cənub sərhədlərində indiyədək keçirdiyi və bundan sonra keçirəcəyi antiterror əməliyyatları qonşu ölkələrin ərazi bütövlüyünü hədəf almır. Qeyd olunub ki, bütün oxşar əməliyyatlar ölkənin milli təhülkəsizliyi baxımından həyata…