“Kimsə Rusiyanı alçaltmamağı xahiş edərkən, bu ölkə yeni hücumlara əl atır”

Rusiya ukraynalıları öldürməkdə davam edir, bəziləri isə bu ölkəni alçaltmamağı xahiş edir. Moskva Avropadan sərt cavab almalıdır. Bu barədə Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” hesabında yazıb. “Kimsə Rusiyanı alçaltmamağı xahiş etdiyi halda, Kreml yeni məkrli hücumlara əl atır. Bu gün Kiyevə raket hücumlarının yalnız bir məqsədi var – mümkün qədər çox ukraynalının…

“Bizim dediklərimizə gələcəklər, bunu da görəcəyik”

“Bəli, dünya beşdən böyükdür. İndi bunu özləri də etiraf edirlər. Artıq bunun mümükünsüzlüyü barədə danışmağa başlayıblar. Bizim dediklərimizə gələcəklər. Allah ömür versə, bunu da görəcəyik”. Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının tioplantısında səsləndirib. O bildirib ki, getdikcə daha çox ölkə BMT-nin Təhlükəsizlik Şurasında islahatlara ehtiyac olduğunu anlayır və bu məsələdə…

Ruslar Kiyevdə DVRZ-yə raket zərbələri endiriblər

Bu gün, iyunun 5-də rus işğalçıları Kiyevə beş qanadlı raket atıblar. Onlardan dördü Darnitsa vaqon təmiri zavodunun ərazisinə düşüb. Zərbə nəticəsində emalatxanalara ziyan dəyib. Dəmiryolçulardan biri yaralanıb, ona tibbi yardım göstərilib. Partlayış səsləri Kiyev vilayətində də eşidilib. Bundan əvvəl işğalçılar Vasilyevski rayonuna raket zərbələri endiriblər. Brovarı şəhərinin meri İqor Sapojko saat 6:00 radələrində partlayışın baş…

Ərdoğanın 2023-cü il prezident seçkilərində namizədliyi açıqlandı

Türkiyənin hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 2023-cü il prezident seçkilərində yenidən namizəd olacağı açıqlanıb. Bunu hakim Ədalət və İnkişaf Partiyasının sözcüsü Ömər Çelik bəyan edib. “Cumhur İttifaqının prezident seçkilərindəki namizədi Rəcəb Tayyib Ərdoğandır”, – deyə Çelik bildirib. O, ölkə müxalifətinin öz məğlubiyyətlərinə indidən bəhanə uydurmağa çalışdığını da qeyd edib.

Rusiyalı hərbçilər Ukraynanın daha bir şəhərini yer üzündən sildilər

Rusiyalı hərbçilər Donetsk vilayətinin Liman şəhərini yer üzündən siliblər. Bu barədə şəhər meri Aleksandr Juravlyov məlumat verib. Onun sözlərinə görə, şəhər tamamilə məhv edilib. Limanda qaz, su, işıq yoxdur. “Orada 7,5 minə yaxın sakin var. Onları evakuasiya etmək imkanı isə hələ ki, yoxdur”, – Juravlyov bildirib. “Şəhər sadəcə mövcud deyil, ruslar onu tamamilə dağıdıblar”, –…

Ukraynanın müdafiə naziri Kiyevi NATO-nun faktiki üzvü kimi tanımağı təklif edib

Ukraynanın müdafiə naziri Aleksey Reznikov NATO-ya Ukraynanı faktiki üzv kimi tanımağı və onu alyansın Madrid sammitində müzakirə olunacaq yeni strategiyasına daxil etməyi təklif edib. “NATO-nun Madriddə keçiriləcək sammiti zamanı… (alyans – red.) növbəti 10 il üçün strategiya qəbul edəcək. Məncə, əgər söhbət Ukraynanın de-yure deyil, de-fakto NATO-ya üzvlüyündən gedirsə, bu yaxşı fikir ola bilər, belə…

Ərdoğan Stoltenberqlə İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb. Məlumata görə, görüş zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlük istəyi müzakirə olunub. Görüş zamanı Ərdoğan İsveç və Finlandiyanın üzvlük tələblərinə dair Türkiyənin təhlükəsizliklə bağlı narahatlığının ədalətli və qanuni əsaslara söykəndiyini qeyd edib. Prezident vurğulayıb ki, hər iki ölkə terrora dəstəyi dayandırdıqlarını, Türkiyəyə…

Putin Ukraynaya taxıl ixrac etmək üçün yollar təklif edib

Rusiya Ukrayna taxılının onun tərəfindən işğal edilmiş Berdyansk və Mariupol limanları vasitəsilə ixracını təmin etməyə hazırdır, həmçinin Ukraynanın nəzarətində olan limanlardan taxıl daşıyan gəmilərin beynəlxalq sulara sülh yolu ilə keçməsinə zəmanət verir. Bu barədə Rusiya Prezidenti Vladimir Putin “Moskva.Kreml.Putin” proqramına müsahibəsində bildirib. “İlk olaraq taxılın Ukraynanın nəzarətində olan limanlar, Qara dəniz sahilləri – Odessa və…

“Ukrayna artıq faktiki olaraq Aİ-nin bir hissəsidir”

Prezident Volodimir Zelenski Lüksemburq parlamentindəki çıxışında Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsinə dəstək olunacağına ümid etdiyini bildirib. “Ukrayna artıq faktiki olaraq Avropa İttifaqının bir hissəsinə çevrilib. Biz artıq həm ikitərəfli səviyyədə, həm də Aİ səviyyəsində tamhüquqlu üzvlüyə uyğun miqyasda əməkdaşlıq edirik. Bunu bir-birimizi müdafiə etməyimizdən yaxşı nə sübut edə bilər?” – deyə Zelenski qeyd edib. O,…

Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib. Məhdudiyyətlər Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək. Yeni paket Avropanın dəniz yolu ilə daşınan Rusiya neftindən imtinasını nəzərdə tutur. Aİ ölkələri onu növbəti altı ay, neft məhsullarını isə səkkiz ay ərzində almağı dayandırmalı olacaqlar. Bundan əlavə, altı aydan sonra Rusiya neftinin digər ölkələrə tədarükünün sığortasına…