Çində Nizami Gəncəvinin yubileyi münasibətilə elmi jurnal nəsr olunub
Pekində Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan elmi jurnal çap olunub. Pekin Xarici Dillər Universiteti (PXDU) Azərbaycan dili kafedrasının təşkilatçılığı ilə dərc olunan jurnal “Nizami irsi” layihəsi çərçivəsində işıq üzü görüb. Nəşrə universitetdə Azərbaycan dili ixtisası üzrə təhsil alan çinli tələbələrin 11 məqaləsi daxil edilib. Onların beşi tədqiqat, ikisi…










