“Ukrayna ilə sülh sazişində Rusiyanın Gürcüstan torpaqlarından çıxması da əks olunmalıdır”

Rusiyanın Ukraynaya qarşı müharibəsinin sonunda imzalanacaq sülh sazişində Kremldən Gürcüstan ərazilərinin təxminən 15 ildir davam edən işğalından əl çəkməsini tələb edən bənd olmalıdır. Bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib. “Rusiya sərhədlərinin harada olduğunu başa düşməlidir. Gürcüstanla bağlı məsələlər danışıqlar masası üzərində olmalıdır, çünki heç kim düşünməməlidir ki, Rusiyanın regiondakı bütün işğal olunmuş ərazilərindən geri çəkilmədən…

“İsveçin NATO-ya üzv olmasına müsbət baxmırıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda yerli jurnalistlərin suallarını cavablandırıb. Dövlət başçısı qarşıdan gələn prezident seçkilərində namizədliyinə heç bir əngəlin olmadığını bildirib. O, Qara dənizdən çıxarılacaq təbii qazın cari ilin ilk rübündə ölkə istehlakçılarına çatdırılacağını təsdiqləyib. Finladiya və İsveçin NATO-ya üzvlüyü məsələsinə toxunan Türkiyə Prezidenti Helsinkidən fərqli olaraq, Stokholmun Alyansa qatılmasına müsbət baxmadıqlarını dilə…

Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini ləğv edir

Qazaxıstanın Sənaye və Ticarət Nazirliyi ölkənin Rusiyadakı ticarət nümayəndəliyinin ləğvi ilə bağlı sənəd layihəsi hazırlayıb. Sənəd ictimai müzakirəyə təqdim edilib. Onun müzakirəsi iki həftə davam edəcək. Rusiya və Qazaxıstan 1992-ci ilin oktyabrında nümayəndəliklərin yaradılması haqqında saziş imzalayıblar. Sənəd 2012-ci ildə ratifikasiya olunub. Rusiyada Qazaxıstanın ticarət nümayəndəliyi 2009-cu ildə açılıb, Moskvada yerləşir, Kazanda da bölməsi var.

İsrail və ABŞ İrana qarşı birgə səylərini artıracaqlar

İsrail və ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İrana qarşı birgə səylərini artıracaqlar. Bunu bazar ertəsi İsrailin baş naziri Benyamin Netanyahu ölkəyə səfərə gələn ABŞ dövlət katibi Entoni Blinkenlə Qüdsdə görüşdən sonra deyib. “Hesab edirəm ki, İran rejiminin nüvə silahı əldə etməməsi ilə bağlı ümumi konsensus var. Biz ümumi siyasət hazırlamaq və…

“Ukrayna Avropa dəyərləri uğrunda mübarizə aparır və müharibədə qalib gəlməlidir”

Ukrayna Avropa İttifaqının qeyd-şərtsiz dəstəyinə malikdir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, ölkə Avropa dəyərlərini qorumaq üçün Rusiyaya qarşı müharibədə qalib gəlməlidir. O, yanvarın 28-də Almaniyanın Düsseldorf şəhərində partiyası Xristian Demokratik İttifaqı üçün keçirilən tədbirdə çıxışı zamanı bəyan edib ki, “Biz heç bir “əgər” və “amma” olmadan Ukraynanın tərəfindəyik”. Onun sözlərinə görə,…

“İsrailin terror aktına cavabı güclü, sürətli və dəqiq olacaq”

İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimdə yeddi nəfərin ölümü ilə nəticələnən fələstinli yaraqlıların hücumuna cavabının “güclü, sürətli və dəqiq” olacağını söyləyib. O, bu barədə Təhlükəsizlik Şurasının toplantısında bildirib. Qeyd edək ki, sinaqoqda atışma fələstinli qrupların İsrailin İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsindəki əməliyyatına cavab olub.

İsveç Türkiyə ilə NATO-ya üzv olmaq barədə razılığa gələcəyinə ümid edir

Yanvarın 28-də İsveçin xarici işlər naziri Tobias Billstrem ölkəsinin NATO-ya daxil olması ilə bağlı iyulda Türkiyə ilə razılığa gələ biləcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, İsveçdə Quranın yandırılması ilə bağlı vəziyyət ölkənin alyansa daxil olması prosesini müvəqqəti dayandırıb. “Əlbəttə, biz Vilnüsdə keçiriləcək sammiti səbirsizliklə gözləyirik. Memorandum və götürülən öhdəliklər həlledici olmalıdır”, – Billstrem…

İranda silah zavodunda güclü partlayış baş verib

İranın mərkəzində yerləşən İsfahan vilayətində silah zavodunda güclü partlayış baş verib. Sosial şəbəkələrdə yayılan məlumata görə, bunu İranın İsfahan vilayəti valisinin müavini Məhəmməd Cannesari deyib. Onun sözlərinə görə, partlayış Müdafiə Nazirliyinə məxsus mərkəzlərdən birindəki zavodda baş verib. İsfahan vilayətində indiyədək 3 partlayış səsinin eşidildiyi bildirilir. Onlardan birinin də şəhərin mərkəzində dronun düşməsi nəticəsində baş verdiyi deyilir.

Gürcüstan Qara dənizin dibi ilə kabel çəkəcək

Gürcüstan Qara dənizin dibi ilə təxminən 1,2 min km uzunluğunda kabel çəkəcək ki, bu da respublikanı Rumıniya ilə birləşdirəcək və rəqəmsal məlumat mübadiləsini asanlaşdıracaq. Bu barədə şənbə günü Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin rəhbərliyi ilə görüşündən sonra Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb. “Görüşdə Cənubi Qafqaz regionunu Cənub-Şərqi Avropa ilə…

Volodimir Zelenskinin doğum günüdür

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin doğum günüdür. Zelenski 1978-ci ilin 25 yanvarında Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində anadan olub. O, anası ilə dörd il Monqolustanın Erdenet şəhərində yaşayıb və orada birinci sinfi bitirib. Daha sonra ingilis dilini dərin öyrənmək üçün Krivoy Roq şəhərinə qayıdaraq buradakı 95 nömrəli məktəbdə təhsil alıb. Zelenski prezidentliyə qədər şoumen, aktyor, rejissor, ssenarist, prodüser…