“Moskva hər an hücum əmri verə bilər”

İsveç Baltikyanı bölgədəki təhlükəsizlik şərtlərinin pisləşməsi fonunda bu həftə Norveç və Danimarka ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalayacaq. Bu barədə “Röyter” məlumat yayıb. Agentliyin məlumatına görə, Stokholm Rusiya ilə gərginliyin artması səbəbindən silahlı qüvvələrini yenidən qurmağa qərar verib. İsveç Müdafiə naziri Peter Haltkvist üç Skandinaviya ölkəsi arasında hərbi əməkdaşlığın gücləndirilməsinin “potensial antaqonist”in qarşısını almağa kömək…

İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibə verib. Müsahibə bu gün jurnalın saytında işıqlandırılıb. Platform4.news müsahibəni təqdim edir. -Cənab Prezident, çox böyük geosiyasi nəticələr doğurmuş məlum hadisələrin baş verdiyi gündən demək olar ki, bir il keçir. Bu, Azərbaycanın hərbi və siyasi qələbəsi, regionda və…

BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub – VİDEO

BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri davam edir. Sentyabrın 23-də ümumi müzakirələr zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub. Prezident İlham Əliyevin çıxışı – Cənab Sədr. Cənab Baş katib. Hörmətli dövlət və hökumət başçıları. Mən cənab Abdulla Şahidi BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri seçilməsi…

Zelenski Ərdoğana təşəkkür etdi

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-da keçirdikləri görüşdə Krımın Rusiyaya qanunsuz ilhaqı ilə bağlı verdiyi açıqlamaya görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, Ukrayna prezidenti Krımın Rusiya tərəfindən işğal edilməsinə göstərdiyi münasibətə görə Türkiyə liderinə təşəkkür edib. Zelenski Ukrayna-Türkiyə münasibətlərinin strateji xarakter daşıdığını və…

Danışıqlar tarixə qovuşur: İran ətrafındakı təhlükə böyüyür

“İranın daxili sosial-iqtisadi vəziyyətinin ağırlaşması və nüvə danışıqlarının baş tutmaması Tehran üçün ciddi baş ağrısı yaradacaq”. Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert İranın nüvə proqramı ətrafındakı son inkişaflara diqqət çəkib: “İran “Altılıq” formatında nüvə danışıqlarına başlamağa hazır olduğunu bildirib. İran Prezidenti İbrahim Rəisinin son çıxışı Vaşinqton və Tehran arasında nüvə danışıqlarının bərpa edilməsinə hesablanıb. Amma…

Ermənistan üçtərəfli sazişə əməl etsə…

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik məktubu göndərib. Baş nazir Nikol Paşinyana ünvanlanan məktubda Rusiya Federasiyasının başçısı bir neçə məsələyə toxunub. “Rusiya-Ermənistan münasibətləri dost, müttəfiqdir. Dövlətlərimiz arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq – AİB, KTMT və MDB çərçivəsində konstruktiv əməkdaşlıq qurulmuşdur. Əminəm ki, birgə səylərlə bütün sahələrdə ikitərəfli tərəfdaşlığı gücləndirməyə bundan sonra…

Bill Qeyts planetin xilası üçün yüz milyonlarla dollar vəsait cəlb edib

Dünyanın ən varlı şəxslərindən olan Bill Qeyts planetin xilasında həlledici rol oynaya biləcək yaşıl texnlogiyaların yaradılması məqsədilə yüz milyonlarla dollar həcmində vəsait cəlb edib. Onun təsis etdiyi “Breakthrough Energy” qeyri-kommersiya təşkilatı 2016-cı ildən bu yana ABŞ-ın yeddi böyük şirkətindən sərmayə alıb. Qeytsin sponsorları “Microsoft”, “BlackRock”, “General Motors”, “American Airlines”, “Boston Consulting Group”, “Bank of America”…

Fransa əvvəllər güclü Almaniyadan ehtiyat edirdi, indi isə onun zəifləməsindən qorxur…

Almaniyada seçkiqabağı yarış Parisdə diqqət və narahatlıqla izlənilir. Qeyd olunur ki, Fransa Almaniyadan Avropa təhlükəsizlik və müdafiə siyasətində fəal iştirakını davam etdirəcəyini və Aİ lideri roluna əməl edəcəyini gözləyir. Bu vəziyyətdə Paris üçün ən yaxşı variant Armin Laşetin qələbəsi, ən pis variant isə 2022-ci ilə qədər uzanacaq koalisiya hökumətinin yaradılması ilə bağlı danışıqlar olardı. Qəzet yazır…

Yaponiya silkələndi

Sentyabrın 19-da Yaponiyanın Hönşü adasının mərkəzində 5 bal gücündə zəlzələ baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Yeraltı təkanların episentrinin Qifu prefekturasının şimalında, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Yeraltı təkanlar Qifu ilə qonşuluqda yerləşən Naqano prefekturasında da hiss olunub.

ABŞ donanması “Trident II” ballistik raketini sınaqdan keçirib

ABŞ Hərni Dəniz Qüvvələri (HDQ) Atlantik okeanında “Trident II” ballistik raketini sınaqdan keçirib. Bu barədə HDQ-nin “Twitter” səhifəsində məlumat yayılıb. Məlumatda qeyd olunur ki, sınaq müvəffəqiyyətlə başa çatıb:. “”Trident II D5LE” raketlərini Atlantik okeanı üzərində uğurla sınaqdan keçirdik Bu sınaqlar ABŞ-ın XXI əsrdə strateji çəkindirmə hazırlığı və imkanlarını göstərir”, – deyə HDQ qeyd edib. Olduqca…