Türk ordusu Ermənistanda və Kəlbəcərdəki rus agentini Sincarda məhv etdi

Rusiya kəşfiyyatı FSB ilə əlaqəsi olan “Məzlum Rus” kod adlı terrorçu PKK-nın sözdə Sincar nümayəndəsi təyin edilib. Sincarda olan yezidi kürd qaynaqları və İraq təhlükəsizlik qüvvələrindən alınan informasiyaya görə, Rusiyanın Çeylyabinski şəhərindən olan “Məzlum Rus” 2000-ci ildən FSB agenti olub və bir müddət Gürcüstanla Ermənistanda işləyib. Yezidi kürdlərdən İraq ordusunun keçmiş zabiti Fayad Əziz deyib…

Putinə yeni şərt: Rusiya hərbi baza qurmaq istəyir, hökumət isə…

Sudan hakimiyyəti Qırmızı dəniz sahillərində Rusiya hərbi-dəniz bazasının inşasına dair razılaşmanı dəyişdirmək istəyir. Bu barədə Rusiya mətbuatı Sudan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Sudan hakimiyyətinin yeni şərtinə görə, Moskva hərbi bazanın istismara verilməsindən sonra beş il ərzində bu ölkəyə iqtisadi yardım paketi verməlidir. Moskva bu şərti yerinə yetirərsə, rəsmi Xartum icarə müddətini 25 ilə qədər…

Rusiya ilə savaş riski artır

ABŞ Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hərbi hava bazasındakı bütün hava hücumundan müdafiə sistemlərini geri çəkib. “Assişieyted Press” ABŞ-ın “Patriot” və THAAD sistemlərini avqustun sonlarında bazadan çıxardığını yazıb. THAAD “Patriot” raketlərindən daha yüksək dəqiqlikli müdafiə sistemi hesab olunur. Hazırda bazada batareyaların tamamilə boş olduğu deyilib. Aylardır ABŞ-ın Səudiyyə Ərəbistanındakı müdafiə sistemlərini digər bölgələrdə yerləşdirəcəyi ilə bağlı…

Akardan Rusiyaya mesaj – “Müqaviləyə əməl edin!”

“Rusiya ilə İdlib mövzusunda qəbul etdiyimiz müqavilələrə əməl edirik, məsuliyyətimizin fərqindəyik, müttəfiqlərimizdən də qəbul edilən müqavilələrə əməl etmələrini gözləyirik.” Bunu Hatayda səfərdə olan Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib. H.Akar İdlibə hücum nəticəsində Türkiyə ordusunun həlak olan iki əsgəri ilə bağlı da mövqeyini bildirib: “Dostlarımız xain, alçaq hücum nəticəsində şəhid oldular. Şəhidlərimizin qanı yerdə qalmadı,…

Baydendən xalqa 11 sentyabr çağırışı

“Birlik amerikalıların kim olduqlarını göstərir, onlar bunu unutmamalıdır”. Belə bəyanatla ABŞ prezidenti Cozef Bayden 2001-ci ilin 11 sentyabr terror aktlarının iyirminci ildönümü münasibəti ilə tvitterdə yerləşdirilmiş videomüraciətində çıxış edib. “2001-ci ilin 11 sentyabrından 20 il sonra 2 977 nəfər qurbanı xatırlayır, risk edənləri və canını qurban verənlərin şərəfinə tədbirlər keçiririk. (Terrordan sonrakı-red) Günlərdə gördüyümüz kimi,…

Ankaradan Moskvaya şok: Türkiyə Qarabağda Rusiyanın önünə çıxdı

“Laçında Azərbaycanla birgə hərbi təlim keçən Türkiyə Rusiya üçün bölgədə çəkindirici faktordur”. Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert Moskvanın bölgədə vəziyyəti mürəkkəbləşdirməyə çalışdığını bildirib: “10 noyabr üçtərəfli bəyanatının imzalanması ilə Qarabağda müharibə sona çatmasına baxmayaraq, öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyən Rusiya yenidən bölgədə durumu gərginləşdirir. Bu da yeni lokal toqquşma riskini artırır. Halbuki Azərbaycan…

ABŞ və Çin liderləri arasında müzakirə

ABŞ Prezidenti Co Baydenlə Çin dövlət başçısı Si Cinpin arasında telefon danışığı olub. Bayden prezident seçildikdən 7 ay sonra ilk dəfə Çin lideri ilə təmas qurub. Ağ Evin məlumatında qeyd edilib ki, telefon müzakirəsi 90 dəqiqə çəkib və liderlər ölkələri arasında münasibətlərin pozulmasının qarşısını almaq mövzusunda danışıblar. ABŞ tərəfinin görüşlə bağlı açıqlamasında müzakirələr “əhatəli və…

20 minlik yeni ordu yaradıldı: Türk silahlı qüvvələri ilə birlikdə…

Suriyanın şimalında Suriya Milli Ordusunun (SMO) çətiri altında fəaliyyət göstərən 5 hərbi qrup Bəşər Əsəd rejiminə qarşı Suriya Qurtuluş Cəbhəsi adı altında birləşib. Birliyə “Həmzə”, “Mütəsim”, “Sultan Süleyman Şah”, “20-ci” və “Şimal şahinləri” briqadaları daxildir. Birləşmiş hərbi qruplaşmalar terrordan təmizlənmiş Fərat Qalxanı, Zeytun Budağı və Sülh Çeşməsi bölgələrində Türkiyə Silahlı Qüvvələri ilə mübarizələrini davam etdirəcəklər.…

Suriyada Rusiya hərbçisi həlak oldu

Suriyada humanitar yardımla dolu avtomobil karvanının partladılması nəticəsində bir rus hərbçi həlak olub. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hadisə ölkənin Homs əyalətində olub. Bomba quraşdırılmış avtomobilin karvana yaxınlaşması nəticəsində partlayış baş verib. Əvvəlcə ağır yaralanan Rusiya hərbçisi sonradan dünyasını dəyişib.

Türk nazir S-400-dən danışdı

Rusiyadan növbəti S-400 sisteminin alınması ilə bağlı tərəddüd yoxdur. Bu sözləri Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir deyib. “Biz masa arxasına oturduğumuzda iki sistem üzərində razılaşma əldə edildi. Birincisi göndərildi. İkinci sistemlə bağlı birgə istehsal, müəyyən texnoloji mərhələlər var. Həmçinin burada detallı danışıqlar prosesi də gərəkdir. “Türkiyə birinci sistemi aldı, daha sonra isə ikinci sistemi…