ABŞ 4 rusiyapərəst ukraynalıya sanksiyalar tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqəli 4 ukraynalıya qarşı sanksiyalar tətbiq edib. Sanksiyalarla bağlı nazirlik xüsusi bəyanat yayıb. Sanksiyalar siyahısına Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbərinin sabiq müavini Vladimir Sivkoviç, Ali Radanın deputatları Taras Kozak, Oleq Voloşin və sabiq deputat Vladimir Oleynik əlavə edilib.

Türkiyə Putin-Zelenski görüşünə ev sahibliyi etmək istəyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşə öz ərazisində ev sahibliyi etmək istəyini təsdiqləyib. Ərdoğan bəyan edib ki, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında müharibə mühitinin formalaşmasına təəssüflənir: “Putinlə Zelenski arasında görüş keçirməyi nəzərdə tuturuq. Gələn ayın əvvəlində mənim Ukraynaya səfərim olacaq”. Onun sözlərinə görə, regionda…

Ukraynaya İngiltərədən hərbi yardım

Son üç gündə İngiltərə Hərbi Hava Qüvvələrinə məxsus C-17A “Globemaster III” ağır hərbi-nəqliyyat təyyarəsi ilə Ukraynaya səkkiz uçuş həyata keçirilib. Növbəti ZZ171 təyyarəsi bu gün gecə saatlarında Kiyev yaxınlığındakı Borispol aerodromuna çatıb. İngilis təyyarələri İngiltərədəki Brayz Nortondakı hərbi hava bazasından Ukraynaya uçur. Hər bir C-17A “Globemaster III” 77.5 tona qədər yük daşımaq gücündədir. İngiltərə müdafiə…

Avropa Komissiyası Rusiyaya xəbərdarlıq edib

“Avropa İttifaqı Ukraynada vəziyyət pisləşəcəyi təqdirdə Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edəcək”. Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tviter hesabında yazıb. “Biz Ukrayna ilə həmrəyliyimizi bir daha təsdiqləyirik. Vəziyyət pisləşərsə, tərəfdaşlarla razılaşdırılmış genişmiqyaslı sanksiyalar tətbiq edəcəyik. Avropa İttifaqı ilə Rusiya arasında dialoq davam edir. Biz Rusiya ilə dialoqu davam etdiririk, lakin Avropanı təsir…

Volodimir Zelenski ABŞ-ın dövlət katibi ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb. Görüş amerikalı siyasətçinin Kiyevə rəsmi səfəri çərçivəsində baş tutub. “Rusiyanın məqsədi ölkələrimiz arasında ədavət toxumu səpməkdir, buna imkan verə bilmərik. Biz birlikdə hərəkət etməliyik, birliyimizi gücləndirməliyik – bu, indiki məqamda, xüsusən də Rusiyanın təcavüzü halında çox vacibdir”, – E.Blinken bildirib. V.Zelenski isə ABŞ-ın dövlət katibinin…

“Ukraynanın işğalı mümkün deyil…”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Rusiya tərəfindən işğalı ssenarisini «reallıqdan uzaq» adlandırıb. Bu barədə “Anadolu” agentliyi xəbər verir. Türkiyə lideri onu Albaniyaya səfəri zamanı müşayiət edən jurnalistlərlə söhbətində qeyd edib ki, “belə bir addım atmaq üçün Moskva dünyada və ölkə daxilindəki vəziyyəti təhlil etməlidir”. O bildirib ki, ötən gün Kiyevdə olan Azərbaycan prezidenti İlham…

ABŞ qədim tarixi nümunələri İraqa qaytaracaq

ABŞ İraqdan qanunsuz olaraq çıxarılan iki qiymətli tarixi nümunəni bu ölkəyə qaytaracaq. Bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl Səhhəf bildirib. O deyib ki, İraq Respublikasının Los-Anceles Baş Konsulluğuna ABŞ Federal Kəşfiyyat Bürosu (FBİ) ilə əlaqəli şəkildə yaşı 4 min ildən çox iki artefakt çatdırılacaq. Onlardan biri Ur şəhərindən olan mixi yazılı lövhə, digəri…

“Yandex”in ilk robot-kuryeri Cənubi Koreyada

Rusiyanın “Yandex” şirkəti bu il Seulda kuryer robotlarla çatdırılma həyata keçirməyi planlaşdırır. Bununla bağlı Cənubi Koreya şirkəti ilə artıq müvafiq saziş də imzalanıb. Bu barədə internet holdinqin mətbuat xidməti məlumat yayıb. “Yandex”in pilotsuz texnologiyalar üzrə rəhbəri Dmitri Polişçuk qeyd edib ki, onlar “KT Corporation” ilə Şərqi Asiyanın məşhur paytaxtında avtonom robotların işinin təşkili ilə bağlı…

Fuad Muradov Devid Harrislə yəhudi icmaları ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Komitə sədri bugünkü görüşün ötən ilin noyabr ayında ABŞ səfəri çərçivəsində Devid Harrislə baş tutmuş səmərəli görüşün davamı olduğunu xatırladaraq Azərbaycan diasporu ilə ABŞ-dakı yəhudi icmaları arasındakı əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. Daha sonra…

Ukrayna ilə sərhəddə gərginlik həddindən artıq yüksəkdir

“Ukrayna ilə sərhəddə gərginlik həddindən artıq yüksəkdir, ona görə də Rusiya təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə birbaşa cavab almaqda israrlıdır”. Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Amerikanın “CNN” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, rəsmi Moskva konkret təkliflərinə çox konkret cavab istəyir: “Sərhəddə, Avropanın bu hissəsində həddindən artıq çox yüksək gərginlik var. Belə bir vəziyyət…