Müasir istiləşmə son yeddi min ilin ən güclü istiləşməsi olub

Son onilliklərdə Qərbi Sibirin şimalında yay son yeddi min illə müqayisədə daha isti keçir. Bunadək temperatur yuxarı qalxsa da, yenidən aşağı düşürdü. 19-cu əsrdən etibarən isə istiləşmə davamlı olaraq artıb və hazırda öz zirvəsinə çatıb. Bu qənaətə Ural Federal Universitetinin alimləri gəlib. Onlar 40 ildir ki, Yamal ağacları qalıqlarının yaş halqalarını tədqiq edir və iqlim…

“Bizə nə qədər pul təklif etsələr də, Rusiyaya PUA satmayacağıq”

Türkiyənin “Bayraktar” şirkətinin baş direktoru Haluk Bayraktar bildirib ki, şirkət öz döyüş PUA-larının Rusiyaya tədarükünü mümkün hesab etmir. BBC-yə müsahibəsində o, PUA-nın təklif olunan qiymətindən asılı olmayaraq qərarın dəyişməyəcəyini qeyd edib. O buna şirkətin “Ukrayna ilə uzun illər dostluğu və əməkdaşlığı”nı əsas gətirib. “Bizə nə qədər pul təklif etsələr də, düzünü desəm, bu vəziyyətdə onu onlara…

“Rusiya İrandan “yüzlərlə” dron alıb”

Rusiya İrandan “yüzlərlə” dron alıb. Bu dronların Ukraynaya qarşı müharibədə istifadə oluna biləcəyi bildirilir. Bu barədə Qərb kəşfiyyatı açıqlama verib. Rusiyanın Ukraynaya qarşı bu dronlardan istifadə etməyə başlayıb-başlamadığı hələ məlum deyil. Lakin kəşfiyyat rəsmiləri pilotsuz təyyarələrin işlək olduğunu və istifadəyə hazır olduğunu qeyd edirlər.

Rusiya döyüş təyyarələrini Krımdan çıxarır

Krımda baş verən son partlayışlar fonunda Rusiya öz döyüş təyyarələrini Krımdan çıxarmaq qərarına gəlib. Rusiyanın on təyyarəsi yarımadanın ərazisindən çıxarılıb. Bu barədə məlumatı “Business Insider” nəşri  NATO-nun məxfi hesabatlarından əldə edib. “Rusiya Ukraynadan gələcək hücumların qarşısını almaq üçün Krımdakı hərbi hava qüvvələrini geri çəkəcək”, – deyə sənəddə bildirilir. NATO-dan bildirilib ki, Rusiya artıq 10 təyyarəsini…

Litva Ukrayna üçün 37 kamikadze dron alacaq

Litva Ukrayna üçün Polşa istehsalı olan 37 kamikadze dron alacaq. Bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas “Twitter” səhifəsində məlumat verib. ““Legion Of Boom” tərəfindən toplanan vəsaitin bir hissəsi (€1.000.000) Litvanın Milli Müdafiə Nazirliyinə veriləcək. Bu vəsait Polşadan 37 kamikadze dronun alınmasına sərf olunacaq və sonra Ukraynaya göndəriləcək”, – deyə məlumatda bildirilir. “Legion Of Boom”…

Putin Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin sayını ARTIRDI

Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin hərbi qulluqçularının sayının 137 min vahid artırılması haqqında fərman imzalayıb. Fərmanın mətnində deyilir: “Müdafiə haqqında” federal qanuna uyğun olaraq, Rusiya Silahlı Qüvvələrinin sayı 2 039 758 vahid, o cümlədən 1 150 628 hərbi qulluqçu təşkil edir. Putin həmçinin hökumətə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə bu fərmanın müddəalarının həyata keçirilməsi üçün zəruri…

Zelenski Baydenlə danışdı

ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefonla danışığı baş tutub. Bu barədə Ukrayna dövlət başçısı rəsmi “Twitter” səhifəsində yazıb. “ABŞ-ın Ukrayna xalqına təhlükəsizlik və maliyyə sahəsində sarsılmaz dəstəyinə görə təşəkkür edirik. Biz Ukraynanın təcavüzkarı məğlub etmək istiqamətində növbəti addımlarını və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyət daşımasının vacibliyini müzakirə etdik”, – Zelenski…

ABŞ Polşaya bir milyardlıq tank verəcək

“General Dynamics” müdafiə konserni Polşa üçün nəzərdə tutulan 250 ədəd M1A2 SEPv3 Abrams tankının hazırlanması üzrə Pentaqondan sifariş aldığını açıqlayıb. Müqavilənin məbləği 1,1 milyard dollar təşkil edib. Qeyd edək ki, yeni tankların Ukraynaya verilən T-72-ləri əvəz etməsi nəzərdə tutulur. Amerika tanklarının 18-ci Mexanikləşdirilmiş Diviziya və 1-ci Varşava Tank Briqadasına təhvil veriləcəyi, tədarüklərin 2026-cı ilə qədər…

“Əvvəllər sülh deyirdik, indi qələbə deyirik”

Ukrayna Sovet İttifaqından ayrılaraq müstəqil olmasının 31-ci ildönümü qeyd edir. 24 avqust Müstəqillik Günü münasibətilə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciət videosu yayımlayıb. “Rusiyanın ölkəmizi işğal etdiyi 24 fevral günü Ukrayna yenidən doğuldu. Əvvəllər sülh deyirdik, indi qələbə deyirik. Donbası və Krımı nə yolla olursa-olsun, geri alacağıq”, – deyə Ukrayna prezidenti qeyd edib. Ukrayna hakimiyyəti…

Dünyanın ən güclü orduları AÇIQLANDI

Dünyanın ən güclü ordularının 2022-ci il siyahısı açıqlanıb. “Global Firepower” internet saytı 2022-ci il üçün ən yüksək hərbi gücə malik ölkələrin siyahısını təqdim edib. Hazırlanan reytinqdə ölkə ordularının texnoloji inkişafı, insan potensialı, hərəkətlilik qabiliyyəti kimi xüsusiyyətləri nəzərə alınıb. Birinci yerdə ABŞ ordusu qərarlaşıb. İlk onluqda Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Fransa, Birləşmiş Krallıq, Pakistan,…