Latviya səfirliyi rusiyalılara bütün növ vizaların verilməsini dayandırıb

Latviyanın Rusiyadakı səfirliyi Rusiya Federasiyası vətəndaşları üçün bütün növ vizaların verilməsini qeyri-müəyyən müddətə dayandırıb. Yeganə istisna Latviyada yaşayan yaxın qohumlarından birinin dəfn mərasiminə getmək zərurətidir. Səfirlik belə bir qərarın səbəbini açıqlamayıb. Qeyd edək ki, 2022-ci ilin yazında Latviya rusiyalılara turist vizası verməmək qərarına gəlib. Ancaq işə qəbul üçün uzunmüddətli milli vizalar, eləcə də humanitar səbəblərə…

Blinken Azərbaycan Prezidentinə zəng edib

Avqustun 5-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.   Telefon söhbəti zamanı ABŞ dövlət katibi bölgədə yaranmış gərginliklə bağlı narahatlığını bildirib. Yaranmış gərginliyə görə bütün məsuliyyətin rəsmi İrəvanın üzərinə düşdüyünü bildirən Prezident İlham Əliyev qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən hərbi təxribat…

Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Şarl Mişel bu günlərdə regionda yaranmış gərginliklə bağlı narahatlığını bildirib. O, Brüssel sülh gündəliyinə uyğun olaraq Avropa İttifaqının regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb. Prezident İlham Əliyev qeyd…

Ukraynadan daha üç taxıl gəmisi İstanbula yola düşüb

Ukrayna limanlarından daha üç taxıl gəmisi yola çıxıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verib. Bildirilir ki, İrlandiyaya gedəcək və 33 min ton qarğıdalı daşıyan Panama bayraqlı “Navistar” gəmisi Odessa limanından yola düşüb. Bundan başqa Malta bayrağı altında üzən (İngiltərəyə gedəcək) “Rojen” gəmisi 13 min ton qarğıdalı ilə, Türkiyə bayraqlı “Polarnet” gəmisi isə 12…

Çin Yerin məsafədən zondlama peykini orbitə çıxardı

Çin ətraf mühitin monitorinqi üçün TECIS Yerin məsafədən zondlama peykini, eləcə də müxtəlif məqsədlər üçün daha iki kiçik peyki uğurla orbitə buraxıb. Bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat verib. “Avqustun 4-də saat 11:08-də “Çançjen-4B” daşıyıcı raketi Tayyuan kosmodromundan buraxılıb. Missiya uğurlu şəkildə tamamlanıb”, – deyə korporasiyanın bəyanatında qeyd edilir. CASC-nin məlumatına…

Zelenski Qarabağda ötən gün baş verənlərin səbəbindən danışıb

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan-Ermənistan münaqişəsinin baş verməsinin mümkün səbəbindən danışıb. Bu barədə Ukrayna prezidenti çıxışında bildirib. “Əvvəlcə – Balkan yarımadası ölkələri, sonra – Tayvan, indi, bəlkə də, Cənubi Qafqaz… Bütün bu situasiyalar fərqli görünür, baxmayaraq ki, onları bir amil birləşdirir, yəni qlobal təhlükəsizlik arxitekturası işləmədi. Əgər qlobal təhlükəsizlik arxitekturası işləsəydi, heç bir münaqişə olmazdı”, – dövlət başçısı…

Estoniya rus dilindən imtina edir

Estoniyanın təhsil nazirliyi Tonis Lukas rus dilindən ikinci xarici dil kimi imtina edilməsi təklifi ilə çıxış edib. O, bu barədə ERR telekanalının efirində bildirib. “Estoniyada ikinci xarici dil kimi rus dilinin üstünlük təşkil etməsi normal deyil. Məktəblər valideynlərin istəklərinə cavab verməli və həll yollarını özləri tapmalıdırlar. Dilin özünün heç bir günahı yoxdur, biz dilə qarşı…

Ukrayna “Dronların ordusu” layihəsi üçün təxminən 20 milyon dollar topladı

Ukrayna “Dronların ordusu” layihəsi çərçivəsində dron-kəşfiyyatçılar üçün təqribən 20 milyon dollar toplayıb. Avqustun 3-də bu multikopterlərin ilk partiyası cəbhəyə yola salınıb. Bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov məlumat verib. “Bu PUA-lar bu gün cəbhə xəttinə gedəcək. Onların arasında ən yaxşı dronlardan biri də “FlyEye”dir ki, sürəti 160 km/saata, uçuş məsafəsi isə 60 km-ə çata…

Ukrayna taxılı olan ilk gəmi artıq Odessadan yola düşüb – VİDEO

Ukrayna taxılı olan ilk gəmi artıq Odessadan yola düşüb. Bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov məlumat verib. O gəminin limandan ayrılmasının görüntülərini paylaşıb.   Bundan əvvəl Türkiyənin hərbi qurumu Birgə Koordinasiya Mərkəzinə istinadən bildirmişdi ki, taxılla yüklənmiş ilk gəmi bazar ertəsi səhər Odessadan yola düşəcək. “Qarğıdalı ilə yüklənmiş Syerra-Leone bayraqlı “Razoni” gəmisinin yerli vaxtla…