Rusiyanın Ukrayna ilə sərhəd bölgəsində silah anbarı yanıb

Belqorod vilayətinin Valuyski şəhər rayonunun Timonova kəndi yaxınlığında – silah-sursat anbarı yanıb. Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Rayon rəhbəri sakinlərin təhlükəsiz məsafəyə aparıldığını bildirib. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.  

NATO Şərqi Avropadakı hərbi gücünü artırır

NATO Şərqi Avropadakı hərbi mövcudluğunu gücləndirir. Bu barədə ABŞ-ın Şimali Atlantika Alyansındakı missiyası “Twitter”də məlumat yayıb. “NATO-nun şərq sərhədlərini qorumaq, müttəfiqləri gücləndirmək və düşmənləri çəkindirmək üçün Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyaya 2,4 minə yaxın əsgər göndəriləcək”, – məlumatda deyilir. ABŞ Prezidenti Co Bayden NATO-nun Madriddə keçirilən sammitində (28-30 iyun) ABŞ-ın Avropadakı hərbi mövcudluğunun daha da…

Ukraynada hərbi vəziyyət uzadıldı

Ali Rada Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini yenidən 90 gün ərzində uzadıb. Parlament bu gün hərbi vəziyyətin uzadılması haqqında 7664 saylı qanun layihəsini, eləcə də ümumi səfərbərlik müddətinin uzadılması haqqında 7665 saylı qanun layihəsini qəbul edib. Hər iki sənədi 328 xalq deputatı dəstəkləyib. Beləliklə, hərbi vəziyyət və səfərbərliyin müddəti avqustun 23-dən sonra daha…

Belarus sərhədçiləri miqrantları dəlikdən keçirməkdə ittiham olunurlar

“Belarus sərhədçiləri miqrantları Polşaya buraxmaq üçün xüsusi alətlərdən istifadə edərək iki ölkə sərhədində “divarda” dəliklər yaradırlar”. Bunu Polşa Sərhəd Mühafizəsinin mətbuat katibi Anna Mixalskaya bildirib. Saxlanılanların hekayələrinə görə, Polşa tərəfində Belarus sərhədçiləri nəinki miqrantları sərhədə gətirir, hətta “divardan” keçməyə kömək etməyə çalışırlar. Mixalskayanın sözlərinə görə, sərhədçilər iki-beş nəfərlik qrupları “divardakı dəlik”dən keçirirlər.

Düsseldorfun Moskva ilə “qardaşlığı”na işarət edən bütün lövhələr yığışdırılacaq

Almaniyanın Düsseldorf şəhərinin Moskva ilə “qardaşlaşmış şəhər” olduğunu göstərən bütün nişan lövhələri yığışdırılacaq. Bu barədə Düsseldorf şəhərinin meri Ştefan Keller məlumat verib. Tezliklə Ukraynanın yeni “qardaşlaşmış şəhər”inin – Çernovtsının nişan lövhələri quraşdırılacaq. Düsseldorfun Moskva ilə “qardaşlığı” Rusiyanın Ukraynaya hücumundan bir neçə gün sonra dayandırılıb.

Fransada hökumət sakinlərə qıtlıq barədə xəbərdarlıq etdi

Fransa hökuməti vətəndaşlara qışa indidən hazırlaşmağı təklif edib. Belə ki, Milli Assambleyanın deputatı İzabell Valantin ölkədə rekord dərəcədə aşağı yanacaq ehtiyatı olduğunu açıqlayıb. “Ukraynada münaqişə başlayandan müxtəlif resursların çatışmazlığı (Fransada) artır. Yarımkeçiricilər, xammallar, dənli bitkilər… Çoxsaylı sektorlar təsirlənir, bu da ümumi qiymət artımına səbəb olur. Bu, davamlı olaraq bahalaşan qalıq yanacaqlara da aiddir, hansı ki,…

Slovakiya MiQ-29 qırıcılarını Ukraynaya təhvil verəcək

Slovakiya hakimiyyəti öz MiQ-29 qırıcılarını Ukraynaya verək niyyətindədir. Bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib. Məlumata görə, təyyarələr bu il avqustun sonuna kimi istismardan çıxarılmalıdır. Nazir Ukraynaya göndərilən qırıcıların dəqiq sayını açıqlamasa da, Bratislavanın 11 ədəd MiQ-29-a malik olması məlumdur. Döyüş təyyarələri Kiyevə təhvil verildikdən sonra Slovakiyanın hava məkanı, ehtimal ki, Çexiya və Polşa təyyarələri…

“ABŞ Rusiya və Çinlə müharibə astanasındadır”

ABŞ-ın keçmiş dövlət katibi (1973-1977) və milli təhlükəsizlik müşaviri (1969-1975) Henri Kissincer “The Wall Street Journal”a müsahibəsində ABŞ-ın Rusiya və Çinlə müharibə astanasında olduğunu bildirib. O, hazırda gərginliyi artırmamağın vacibliyinə diqqət çəkib. “Biz Rusiya və Çinlə necə bitəcəyi və ya hara aparacağı barədə heç bir fikrimiz olmadan müharibənin astanasındayıq”, – deyə siyasətçi vurğulayıb. O, həmçinin…

Makron Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları imzalayıb

Fransa prezidenti Emmanuel Makron Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı protokolları imzalayıb. Prezident administrasiyasının mətbuat xidməti Finlandiya və İsveçin alyansa qoşulma qərarını suveren seçim adlandırıb. Bildirilib ki, bu, həmin ölkələrin təhlükəsizliyini gücləndirəcək. Qeyd olunub ki, hər iki ölkənin alyansa qəbulu kollektiv Avropa təhlükəsizliyinə töhfə verəcək.

Danimarka rusiyalılar üçün Şengen qadağasını dəstəkləyir

Danimarka hökuməti Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsinin məhdudlaşdırılmasının tərəfdarıdır. Amma bunu bütün Aİ ölkələri ilə birlikdə etməyə üstünlük verir. Bunu Danimarkanın immiqrasiya naziri Kaare Dibvad bildirib. Onun sözlərinə görə, bütün 2021-ci illə müqayisədə bu ilin ilk beş ayında Rusiya vətəndaşlarına Danimarkaya daxil olmaq üçün demək olar ki, üç dəfə çox turist vizası verilib. “Estoniyanın təklifi…