Dünya nəhəngi imtina etdi: “Rusiya hərbi müttəfiqimiz deyil”

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ölkəsi ilə Çin arasında 20 il əvvəl imzalanan “dostluq və əməkdaşlıq barədə müqavilə” ilə bağlı məqalə yayımlayıb. Məqalə həm Rusiya, həm də Çin mətbuatında dərc olunub. Lavrovun sözlərinə görə, müqavilə iki ölkənin bir-birinə ərazi iddiası olmadığını da təsdiq edib. Lavrov yazıda onu da iddia edib ki, Rusiya-Çin hərbi əməkdaşlığı…

ABŞ-dan Türkiyəyə zəng – Regional durum müzakirə edildi

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı aparıb. Telefon danışığında tərəflər ikitərəfli əlaqələrin gedişatını, Suriya, Şərqi Aralıq dənizi və Kiprdə, xüsusilə də Əfqanıstandakı regional vəziyyəti müzakirə edib. Türkiyənin regional və qlobal məsələlərdə sülh və sabitliyi təmin etmək üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində səylərini davam etdirməkdə qərarlı…

“Qiymət artımı daha sürətli davam edəcək”

“Qiymət artımı bir neçə ay daha sürətli davam edəcək. Ancaq gözlənilməz inflyasiyanın keçdikcə azalacağını proqnozlaşdırıram”. ABŞ Maliyyə Naziri Canet Yellen deyib. Yellen inflyasiyanın orta müddətdə normal səviyyəyə enəcəyini düşünür: “Bu məsələyə çox diqqət yetirilməlidir. İnflyasiya təzyiqlərinin iqtisadi dirçəlişə mane ola biləcəyinə dair narahatlıqlar var. Ancaq 2008-ci ildə maliyyə böhranına doğru getdiyimiz zaman müşahidə etdiyimiz təhlükələri…

Hitlerin ölümündən 76 il sonra

Almaniyanın Hessen əyalətinin Deputatlar Şurası Üçüncü Reyxin diktatoru Adolf Hitlerin “Babenhauzen şəhərinin fəxri vətəndaşı” titulundan məhrum edilməsi barədə yekdil qərar qəbul edib. Qərar nasist liderinin ölümündən 76 il sonra verilib. “Bild” bu addımın şəhərin totalitar keçmişi ilə apardığı mübarizənin bir hissəsi olduğunu yazıb. Hitler 1933-cü ilin aprelində Babenhauzenin “Fəxri vətəndaş”ı olub, həmin ilin yanvarında Almaniyanın…

Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 106-ya çatdı

Almaniyada güclü daşqınlar nəticəsində ölənlərin sayı 106 nəfərə çatıb. Fransa təbii fəlakətin nəticələrinin aradan qaldırılması prosesində Almaniyaya yardım təklif edib. Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer özünün “Twitter” səhifəsində Fransaya təşəkkürünü bildirib: “Təşəkkür edirəm. Bir daha təşəkkür edirəm. Fransız həmkarım Florens Parli ilə danışdıq və o Fransa hərbçilərinin yardımını təklif etdi. Fəlakətlər zamanı çox mühüm birlik”.…

Macarıstan mediasında Qələbədən sonrakı Azərbaycandan bəhs edilib

Soydaşlarımızın təşəbbüsü ilə Macarıstanın nüfuzlu https://magyarnemzet.hu/ xəbərlər saytında “Dağlıq Qarabağda Qələbənin dəyəri: şəhidlər və təntənə” sərlövhəli məqalə dərc edilib. Azərbaycanda səfərdə olmuş jurnalist Laslo Davidin qələmə aldığı məqalədə bildirilib ki, ötən ilin payızında Azərbaycan cəmi 44 gün ərzində Qarabağı erməni işğalından azad edib. Müəllif 30 ilə yaxın erməni işğalı altında olmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda aparılmış hərbi…

Dövlət Departamenti: “ABŞ İranla məhbus mübadiləsinə hazırdır”

“ABŞ məhbus vətəndaşlarının sərbəst buraxılması üçün İranla dolayı, lakin aktiv danışıqlar aparır”. Reyting.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinqdə məlumat verib. “Uzun müddətdir haqsız yerə həbs edilmiş və azadlıqlarından məhrum edilmiş amerikalıların sərbəst buraxılması ilə bağlı dolayı, lakin güclü müzakirələr aparırıq”. Praysın sözlərinə görə, bu məsləhətləşmələr İranın nüvə…

Azərbaycan Qoşulmama Hərəkatına daha 1 il sədrlik edəcək

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qoşulmama Hərəkatının aralıq dövr Nazirlər Konfransı ilə bağlı məlumat yayıb. XİN-nin Mətbuat xidməti idarəsinin məlumatına görə, 13-14 iyul 2021-ci il tarixlərində Azərbaycan Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatının (QH) “Qoşulmama Hərəkatı qlobal çağırışlara qarşı mübarizədə çoxtərəfli səylərin mərkəzində” mövzusunda, virtual formatda aralıq dövr Nazirlər Konfransı keçirilib. Konfransın keçirilməsində əsas məqsəd Hərəkatın…

Ukraynada erməni nazir vəzifəsindən istefa etdi

Ukrayna  Daxili İşlər Naziri Arsen Avakov vəzifəsindən istefa etdi. PLATFORM4.NEWS  Daxili İşlər Nazirliyinin rəsmi  saytına istinadən bildirir. Avakov “Ukrayna Nazirlər Kabineti haqqında Qanunun 18-ci maddəsinin birinci hissəsinə uyğun olaraq” daxili işlər naziri vəzifəsindən istefa məktubu təqdim edib.  Arsen Avakov 2014-cü ildən Ukraynanın daxili işlər naziridir. Ukrayna Ali Radasında iyulun 15-də keçiriləcək iclasda Avakovun istefa ərizəsinə…

Baydenə şok Rusiya çağırışı: “Ordu səfərbər edilməlidir”

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Prezident Co Baydeni Rusiya ilə daha sərt olmağa çağırıb. Pompeo Baydenin Rusiyanın ABŞ-a qarşı kiberhücumlarının ciddi nəticələri barədə Moskvaya qarşı adekvat addımlar atmalı olduğunu deyib. Pompeoya görə, Rusiya Prezidenti Vladimir Putin kiberhücumların qarşısını almaq üçün tədbirlər görməyə çağırış etdiyi halda, Amerika lideri öz mövqeyində zəiflik nümayiş etdirir: “Putin Baydendən…