Rusiya yaxınlığında hərbi fəallıq

NATO-nun Qara dənizdəki hərbi təlimlərinin Donbas münaqişəsi ilə heç bir əlaqəsi yoxdur. Bunu təlimlərdə iştirak edən ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Stüart Buman söyləyib. Amerikalı zabit NATO-nun döyüş gəmilərinin təlimlərdən sonra da bir müddət Qara dənizdə qalmağa davam edəcəklərini də diqqətə çatırıb. NATO və Ukrayna Silahlı Qüvvələri iyulun 9-da birgə hərbi təlimlərə başlayıb. Təlimlərdə şərti…

Baydenlə Putin arasında telefon danışığı oldu

ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub. Bu barədə Ağ Ev məlumat yayıb. Telefon danışığında prezidentlər ABŞ-Rusiya zirvəsindən sonra Suriyaya sərhədlərarası humanitar yardımın BMT Təhlükəsizlik Şurasında bərpa edilməsi barədə yekdilliklə qərar qəbul edilməsini və hər iki ölkənin heyətlərinin birgə işlərini yüksək qiymətləndiriblər.

Belçikadan mühüm qərar: “Türklər soyqırımı riski qarşısındadır”

Belçika parlamenti Şərqi Türküstandakı uyğur türklərinin ciddi soyqırımı riski altında olduğunu və uyğurlarla rəftarın insanlığa qarşı cinayət hesab edildiyini bildirən qətnamə layihəsini qəbul edib. Fəhlə Partiyası xaricində bütün siyasi partiyalar Belçika Federal Məclisinin qanun layihəsini dəstəkləyib. Qanun layihəsinə uyğurlara qarşı soyqırımı riski və bəşəriyyətə qarşı cinayətlər barədə açıqlamalar və Belçika hökumətinin Çinə bəzi müraciətləri daxil…

AİP sədri DİPLOMATLARIMIZI TƏBRİK ETDİ

9 iyul – diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür. Müsəlman dünyasında ilk Demokratik Respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 24 avqust 2007-ci ildə Prezidenti İlham Əliyev…

Britaniya Azərbaycana istirahət məqsədli səyahətlə bağlı məhdudiyyətləri ləğv edib

Britaniya XİN Azərbaycana səfərlə bağlı məhdudiyyətlərə (COVID 19) dəyişiklik edib. Bu barədə Britaniyanın nəqliyyat naziri Qrant Şapps bildirib. O qeyd edib ki, 19 iyuldan etibarən aralarında Azərbaycanın da olduğu bir sıra ölkələrə istirahət məqsədli səyahətlə bağlı məhdudiyyətlər aradan qaldırılır. Buna görə hökumət həmin ölkələrə ailəsini görmək və ya istirahət etmək üçün getmək istəyən şəxslərə icazə…

İtaliyalı senatorlar: “Ermənistan işğaldan azad edilmiş bütün ərazilər üzrə mina xəritələrini təqdim etməlidir”

İtaliya Senatında “İrəli İtaliya” partiyası siyasi qrupunun sədr müavini senator Maria Rizzotti və “İrəli İtaliya” partiyasının üzvü senator Urania Papatheu Ermənistanın işğal dövründə Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minalara dair xəritələrin Azərbaycan tərəfinə təqdim edilməsi haqqında 12 iyun və 3 iyul 2021-ci il tarixlərində əldə edilmiş razılaşmalarla bağlı İtaliya mətbuatına açıqlamalar…

ABŞ-la Azərbaycan arasında səhiyyə sahəsində təcrübə mübadiləsinin aparılması müzakirə olunub

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı ABŞ-ın Azərbaycandakı səfirinin müavini vəzifəsini icra edən Cey Sinqxlə görüşüb. Bu barədə Ramin Byaramlı Tvitter hesabında paylaşım edib: “Bu gün ABŞ-ın Azərbaycandakı səfirinin müavini vəzifəsini icra edən Cey Sinqx, səfirliyin tibb şöbəsinin rəhbəri Conatan Manto, Layihələrin İdarəetməsi üzrə mütəxəssis Emin Məmmədli ilə səhiyyə sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması istiqamətində…

Estoniya XİN Rusiya diplomatının ölkədən çıxarılacağını elan edib

Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Sankt-Peterburq şəhərindəki konsulu Mart Lyattenin persona non qrata elan edilməsinə cavab olaraq bir rus diplomatının ölkədən çıxarılacağını açıqlayıb. Bu barədə Estoniya XİN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aari Lemmik bildirib. Lemmikin sözlərinə görə, beynəlxalq münasibətlər praktikasında adətən bir diplomatın qovulmasına simmetrik cavab verilir. Bundan əvvəl isə Rusiya XİN-in sözçüsü Maria Zaxarova…

ABŞ və Ukraynadakı soydaşlarımız “Greenpeace” beynəlxalq təşkilatına müraciət ediblər

Oxçuçaya qarşı törədilən ekoloji terrora etiraz əlaməti olaraq Amerika Azərbaycanlılarının Koordinasiya Şurası (ACCA) və Ukrayna Azərbaycanlıları Radası (UAR) nüfuzlu “Greenpeace” beynəlxalq təşkilatına müraciət edib. Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, bəyanatlarda Azərbaycanın işğaldan azad olunmuş Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən zəhərli tullantılarla çirkləndirildiyinə diqqət…