“Bayden növbəti prezident seçkilərində iştirak etmək niyyətindədir”

ABŞ lideri Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir. Bu barədə  Ağ Evin böyük müşaviri və prezidentin köməkçisi Anita Dann “Axios” informasiya portalının təşkil etdiyi konfransda bildirib. “Biz bu məsələ ilə bağlı qabaqcadan mühakimə yürütmək fikrində deyilik. Lakin o, namizədliyini irəli sürmək niyyətini açıqlayıb. Biz bəzi planlar hazırlayırıq”, – deyə Dann bəyan…

İsveçlə Finlandiyadan Türkiyə və NATO barədə AÇIQLAMA

“İsveç ilə Türkiyə arasında Ankara səfəri ilə bağlı razılıq əldə olunub”. Bu barədə İsveçin baş naziri Ulf Kristersson bildirib və səfərin tarixi ilə bağlı daha sonra açıqlama verəcəyini əlavə edib. İsveçli nazir onu da bildirib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı birgə hərəkət etməsi təbiidir. Finlandiyanın baş naziri Sanna Marin isə deyib:…

“Avropa İranı təcavüzə ortaq kimi tanımalıdır”

İran Rusiyanın Ukraynaya qarşı təcavüzündə ortaqdır. Tehran “Şahedləri” Rusiyaya ötürür və işğalçılara PUA-ları idarə etməyi öyrədir. Bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak sosial şəbəkədəki səhifəsində yazıb. “Əgər İran Rusiyaya raket göndərirsə, onların şəhərlərimizə hücum edəcəyini çox yaxşı bilir. İran ruslara dronları idarə etməyi öyrədəndə bilir ki, onlar Ukrayna enerji infrastrukturuna hücum edəcək…

“İran yaxın 48 saat ərzində ölkəyə hücum edə bilər”

Səudiyyə Ərəbistanındakı ABŞ qoşunları və krallığın öz ordusu İrandan gələn hədələrdən sonra yüksək hazırlıq vəziyyətinə gətirilib. Ər-Riyad Səudiyyə Ərəbistanındakı obyektlərə, o cümlədən infrastruktur hədəflərinə mümkün zərbələr gözləyir. Ölkə kəşfiyyatının məlumatına görə, yaxın 48 saat ərzində İran tərəfindən hücum baş verə bilər.

“İran Rusiyaya Xəzər vasitəsilə 200-dən çox PUA göndərəcək”

Noyabrın əvvəlində İran Rusiya Federasiyasına 200-dən çox “Şahed-136”, “Mohajer-6” və “Arash-2” döyüş PUA-ları göndərməyi planlaşdırır. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb. “Məlumdur ki, PUA-lar Xəzər dənizi vasitəsilə Həştərxan limanına çatdırılacaq. Pilotsuz uçuş aparatları sökülmüş vəziyyətdə gətiriləcək. Gələcəkdə onlar Rusiya Federasiyasının ərazisində yığılacaq və Rusiya işarələri ilə yenidən rənglənəcək”, – deyə idarədən…

Pxenyan ABŞ-yə nüvə müharibəsi barədə xəbərdarlıq etdi

ABŞ və Şimali Koreya arasında nüvə müharibəsi ssenarisi son mərhələyə keçib. Bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bildirilir ki, oktyabrın 17-dən 28-dək Cənubi Koreya ərazisində genişmiqyaslı “Milli müdafiə” təlimləri keçirilib və cəmi bir neçə gün sonra ABŞ və Cənubi Koreyanın ən böyük birgə “Vigilant Storm” hava təlimləri başlayıb. Şimali Koreya Xarici İşlər…

Kiyev vilayətinin sakinləri müvəqqəti olaraq başqa bölgələrə köçürülə bilər

Kiyev vilayətinin hakimiyyət orqanları soyuq hava şəraitində gələcək hadisələrin bir neçə ssenarisini nəzərdən keçirir. Qışda Kiyev vilayətinin sakinləri enerji sektorunda kritik vəziyyət yaranarsa, müvəqqəti olaraq başqa bölgələrə köçürülə bilərlər. Onlar vəziyyətin daha stabil olduğu bölgələrə köçürülə bilər. Bunu Polşanın “Onet” nəşrinə müsahibəsində Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Aleksiy Kuleba deyib. Region rəhbəri vurğulayıb ki, Ukrayna…

İsveç Ukraynaya daha müasir silahlar verəcək

İsveç yeni müdafiə siyasətinin nümunəsi kimi Ukraynanı daha müasir silahlarla təmin edəcək. Bu barədə İsveçin müdafiə naziri Pol Yonson bildirib. O qeyd edib ki, İsveç Rusiyaya qarşı müharibədə Kiyevi daha fəal dəstəkləyəcək. “Mənim Ukraynanın müdafiə naziri Aleksey Reznikovla ilk ikitərəfli görüşüm oldu”, – deyə Yonson bildirib. Qeyd edək ki, İsveç hökuməti məhz hansı müasir silahların göndəriləcəyini…

Rusiyanın Ukraynaya atdığı raket Moldovaya düşüb

Ukraynanın hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirdiyi Rusiya raketi Moldova ərazisinə düşüb. Bu barədə məlumatı Moldova Daxili İşlər Nazirliyinin Mətbuat xidməti  feysbuk hesabında paylaşıb. Bildirilir ki, raket Ukraynanın Vinnitsa vilayətinin yaxınlığında yerləşən Naslavça yaşayış məntəqəsinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, bəzi evlərin pəncərələri sınıb. Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın…

Türkiyə Ukraynadan taxıl daşınması ilə bağlı açıqlama yayıb

“Rusiya “taxıl sövdələşməsi”ndə iştirakını dayandırdığı üçün Ukrayna limanlarından ərzaq daşıyan gəmilərin çıxışı dayandırılıb”. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Ukrayna limanlarından ərzaq daşıyan gəmilərin çıxması həyata keçirilməyəcək”, – məlumatda deyilir. Eyni zamanda, nazirlik rusiyalı heyətin İstanbuldakı Birgə Koordinasiya Mərkəzində hələ də qaldığını qeyd edib. Bundan əlavə, yaxın iki gündə İstanbulda taxıl daşıyan gəmilərə…