Zaporojye AES fəaliyyətini tamamilə dayandırdı

Sentyabrın 11-də Zaporojye AES-in sonuncu – altıncı enerji bloku da enerji şəbəkəsindən ayrılıb. Bununla da AES fəaliyyətini tamamilə dayandırıb. Bu barədə Ukraynanın “Enerqoatom” qurumu məlumat yayıb. Qeyd olunub ki, son üç sutka ərzində altıncı enerji bloku yalnız “kritik aşağı güc səviyyəsində” fəaliyyət göstərərək AES-in öz ehtiyaclarını qarşılayıb. “Enerqoatom” AES-in fəaliyyətini dayandırmasına səbəb kimi Rusiyanın ərazini…

Ukrayna ordusu Çkalovsku azad etdi – VİDEO

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində daha bir yaşayış məntəqəsini azad edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” hesabında yazıb. Böyük Knyaz Romanın adını daşıyan 14-cü əlahiddə mexanikiləşdirilmiş briqada Çkalovska Ukrayna bayrağını sancıb. Xatırladaq ki, buna qədər Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Artemovka və Vasilenkovo ​​kəndlərini də azad etmişdi.  

Kral III Çarlz Bukinqem Sarayının qarşısında xalqla görüşdü – VİDEO

Kral III Çarlz anası Kraliça II Elizabetin ölümündən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Kral Londonda böyük kütlə qarşısına çıxaraq onlarla görüşüb, xalqı salamlayıb. Daha sonra Kral III Çarlz və Kraliça-konsort Kamilla Parke-Boulz Şotlandiyadakı Balmoral qalasından Bukinqem Sarayına gediblər. Burada insanlar onları çiçəklərlə qarşılayblar.  

“Rusiyanın hakim elitasından 606 nəfərə sanksiya tətbiq edilib”

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Rusiya hökumətinin 606 nümayəndəsinə qarşı sanksiya tətbiq edib. Bu barədə Ukrayna dövlət başçısı Volodimir Zelenski videomüraciətində bildirib. “Bu gün Milli Təhlükəsizlik və Müdafiə Şurasının mühüm qərarı qəbul edilib – Rusiyanın hakim elitasına aid olan 606 fiziki şəxsə sanksiya tətbiq edilib. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının 28 üzvü, Rusiya Federasiyalar Şurasının…

Rusiyalılar Gürcüstana giriş qadağası ilə üzləşir

“Sərhəd nəzarətinin gücləndirilməsi səbəbindən rusiyalılar kütləvi şəkildə Gürcüstana giriş qadağası ilə üzləşiblər”. Bu barədə “Azad Rusiya Fondu”nun (Free Russia Foundation) Cənubi Qafqaz üzrə direktoru Yeqor Kuroptev xəbər verib. Onun sözlərinə görə, son vaxtlar ölkəyə girişi qadağan edilənlər arasında Gürcüstanda yaşayan və ya təhdidlərə görə Rusiyanı tərk etmiş fəallar, jurnalistlər və hüquqşünaslar var. “Nə peşənin, nə…

Dörd Avropa ölkəsi rusiyalıların öz ərazilərinə girişini qadağan etdi

Estoniya rusiyalıların Aİ ölkələrindən hər hansı birinin verdiyi Şengen vizası ilə ölkə ərazisinə girişini qadağan edir. Bu qərar sentyabrın 19-dan qüvvəyə minəcək. Bunu Estoniyanın xarici işlər naziri Urmas Reynsalu deyib. “Sentyabrın 18-dən 19-na keçən gecə hansı ölkədən Şengen vizası almasından asılı olmayaraq Rusiya vətəndaşlarının Şengen xarici sərhədi vasitəsilə Estoniyaya girişinə qadağa qoyulacaq. Bu qərar qeyd edilən…

Britaniya Ukraynaya hərbi yüklərin daşınması üçün 120 maşın göndərəcək

Böyük Britaniyanın Müdafiə Nazirliyi logistik problemləri həll etmək üçün Ukraynaya 120-dən çox avtomobil təhvil verəcək. Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynaya Rusiya təcavüzünü dəf etməyə kömək edən ölkələrin toplantısına ev sahibliyi edən Ramştayn bazasında keçirilən görüş zamanı məlumat verib. Ounn sözlərinə görə, yük maşınları hərbi texnikanı, o cümlədən zirehli texnikanı uzaq məsafələrə…

“Azərbaycanın Avropa üçün strateji dəyəri artır”

“Azərbaycanın hazırda dəyişən dünyada regional yeniliklər baxımından Avropa üçün strateji dəyəri daha da artır”. Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Latviya parlamentinin üzvü, bu ölkənin keçmiş ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Roman Naudinş deyib. “Düşünürəm ki, bu gün Avropanın enerji təchizatından tutmuş digər strateji hədəflərinə qədər sabit tərəfdaşları siyahısında Azərbaycan da var. Prezident İlham…

Yaponiya Rusiyaya etiraz bildirdi

Yaponiya Rusiyaya etiraz bildirib. Buna səbəb Çin də daxil olmaqla Yaponiyanın iddia etdiyi adalarda keçirdikləri çoxmillətli hərbi təlimlər olub. Pekin Moskva ilə hərbi əməkdaşlıq qurur. Həmçinin avqustun sonundan Rusiyanın Uzaq Şərqində keçirilən çoxmillətli “Vostok-2020” təlimlərində iştirak edir. Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hirokadzu Matsuno Yaponiyanın Şimal Əraziləri adlandırdığı mübahisəli adalarda təlim keçirilməsini tənqid edib. Onun…

Soydaşlarımız İsveçdə seçki marafonuna qoşulublar

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, İsveçdə yaşayan soydaşlarımızın bir qrupu sentyabrin 11-də ölkə üzrə keçiriləcək riksdaq (parlament), regional və bələdiyyə seçkilərində öz namizədliklərini irəli sürüb.   Seçki marafonunda Sosial-Demokrat Partiyasını İradə Əliyeva Söderberg (Jönşöping bölgəsi üzrə regional şura), Mahirə Muxtarova (Höteborq bələdiyyə məclisi), Xalidə Mərafət (Huddinge bələdiyyə məclisi), Aylin Fazelian (riksdaq), Mərkəz…