Xersonun kəndində Ukrayna bayrağı qaldırıldı

Ukraynanın Xerson vilayətinin Mirolyubovka kəndində Ukrayna bayrağı qaldırılıb. Bununla bağlı kadrlar Ukrayna Müdafiə Nazirliyinin “Telegram” kanalında yayımlanıb. Görüntülər 128-ci Dağ Hücum Briqadası tərəfindən qeydə alınıb. Bildirilib ki, Ukraynanın cənubda Rusiya işğalına qarşı hücumlar davam etdirilir.

“NATO Ukrayna müharibəsinə qoşula bilər”

“Rusiya nüvə silahından istifadə edəcəyi təqdirdə Şimali Atlantika Alyansı (NATO) Ukraynadakı müharibə əməliyyatlarına qoşula bilər”. Bu barədə Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib. Polşa Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Rusiya Federasiyası Ukrayna ərazisinə atom bombası atarsa, bu, Təhlükəsizlik Şurası üzvlərinin konsensusunu pozacaq. Bu da NATO-nu Ukrayna müharibəsinə müdaxilə etməyə məcbur edəcək.

“Yaponiya və Çin dünyada sülh və firavanlığa görə məsuliyyət daşıyırlar”

“Regional və qlobal miqyasda sülh və firavanlıq üçün böyük məsuliyyət Yaponiya və Çinin üzərinə düşür”. Bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida Tokioda simpozium iştirakçılarına müraciəti zamanı deyib. Simpozium iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 50 illiyinə həsr olunub. Baş nazir eyni zamanda bu dövlətlərin ikitərəfli münasibətlərdə müxtəlif problemlər yaşadığına da diqqət çəkib. Kişida Yaponiya…

“Ukrayna Rusiyanın hesabına bərpa olunmalıdır”

Rusiya Ukraynanın bərpası üçün pul ödəməlidir. Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib. “Ən vacibi Ukraynanı necə bərpa etmək barədə düşünməkdir və şübhəsiz ki, Rusiya bunun qarşılığını ödəməlidir”, – o, İspaniyanın La Toja Forumunda çıxışı zamanı deyib. Borrelin fikrincə, “Avropada təhlükəsizlik strukturunu” yenidən qurmaq lazımdır, lakin bunun üçün “müharibəyə…

Rusiyanın Bolqarıstandakı səfirliyinin girişinə qırmızı boya tökülüb

Bolqarıstanda deputatlığına namizədlər cümə axşamı Rusiyanın Sofiyadakı səfirliyinin əsas girişinə qırmızı boya töküblər. Jandarm əməkdaşları qaydanı pozanları yerindəcə saxlayıb. Hadisənin şahidlərinin sözlərinə görə, saxlanılanların anti-Rusiya ritorikası ilə çıxış edən və oktyabrın 2-nə təyin edilmiş növbədənkənar parlament seçkilərinə qatılacaq Demokratik Bolqarıstan koalisiyasının nümayəndələri olduğu üzə çıxıb. Rusiya səfirliyi diplomatik missiyaya növbəti hücumdan hiddətlənərək, onun lazımi təhlükəsizliklə…

Finlandiya sərhədi rusiyalılar üçün bağlanır

Finlandiya rusiyalı səyahətçilərin ölkəyə girişini bağlamaq barədə fundamental qərar qəbul edib. Xəbəri açıqlayan Finlandiyanın xarici işlər naziri Pekka Haavisto rusiyalılara münasibətdə yeni siyasətin xüsusilə sərt olacağını qeyd edib. Məlumata görə, bir neçə gündən sonra (dəqiq tarix göstərilməyib) ölkəyə turist vizası ilə daxil olmaq mümkün olmayacaq. Qərar Finlandiya və Şengen Sazişinin bir hissəsi olan hər hansı…

İranda İlon Maskın peyk interneti bloklandı

İran hökuməti “Space-X”in  peyk interneti ilə mübarizə məqsədilə ölkədəki bir çox operatorlar üzərindən “Starlink”in saytına girişi bağlayıb. “SpaceX” və “Starlink” şirkətlərinin baş direktoru İlon Mask Amerika dövlət katibi Entoni Blinkenin İran xalqının internet xidmətlərinə çıxışını genişləndirmək üçün lisenziya verilməsi ilə bağlı tvitinə cavab olaraq yazıb ki, o, İranda “Starlink” peyk internetini aktivləşdirir. Araşdırmalar göstərir ki,…

Sakit okeanda yeni ada peyda olub

NASA Rəsədxanasının məlumatına görə, Sakit Okeanın cənub-qərbində yeni ada peyda olub. O, Yeni Zelandiya və Tonqa arasında yerləşir. Məlumata görə, hazırda ada hələ kiçikdir, lakin böyüməyə davam edir. Belə ki, onun krateri təxminən üç kilometr yüksəkliyə lava, buxar və kül püskürür. Ada sentyabrın ortalarında başlayan Houm vulkanının püskürməsi nəticəsində yaranıb. Altı gündə adanın diametri 170…

Qalaktikamızdakı müəmmalı titrəyişlərin səbəbləri məlum oldu

Süd yolundakı müəmmalı pulsasiyaların səbəbləri məlum olub. İsveçin Lund Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi qrup “Gaia” kosmik teleskopunun məlumatlarından istifadə edərək Süd Yolunun xarici diskinin böyük hissələrinin titrədiyini sübut edib. Bu dalğalanmalar yüz milyonlarla il əvvəl qalaktikamızı silkələyən və hazırda Oxatan bürcündə görünən cırtdan qalaktikadan qaynaqlanır. Alimlərin sözlərinə görə, Süd Yolu 100-400 milyard ulduzdan ibarətdir. Onlardan…