Almatıda Zəfər Günü münasibətilə tədbir təşkil edilib
Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Qazaxıstanın Almatı şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş toplantı keçirilib. Qazaxıstanda fəaliyyət göstərən “Ata Yurd-Nomad” Azərbaycan Etnomədəni Respublika İctimai Birliyinin təşkil etdiyi toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və soydaşlarımız iştirak ediblər. Tədbirdə “Ahıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru Rövşən Məmmədoğlu,…










