Rusiya kosmosa yük maşını göndərdi

Rusiyanın “Proqres MS-18” pilotsuz yük maşını Qazaxıstanın Baykonur Kosmodromundan Beynəlxalq Kosmik Stansiyasına göndərilib. Gəminin buraxılışı Rusiya Federal Kosmik Agentliyinin (ROSCOSMOS) rəsmi saytında canlı yayımlanıb. Qeyd edilir ki, 560 kiloqram yanacaq, 420 litr içməli su və 1490 kiloqram texniki material daşıyan “Proqres MS-18” yük gəmisinin oktyabrın 30-u saat 04.34-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatacağı gözlənilir.

“Çin işğala cəhd etsə, ABŞ bizi qoruyacaq”

Çinlə qarşıdurmada olan Tayvan hökumətinin lideri Tsay İnq-ven ABŞ hərbi qüvvələrinin bu ölkənin ordusuna təlim keçmək üçün adaya gəldiyini açıqlayıb. O, ABŞ-ın adanı Çinin mümkün müdaxiləsi və ya işğalından qoruyacağına inandığını deyib. Tayvan lideri CNN müxbirinin “Əgər Çin sizə qarşı hərbi addım atsa, ABŞ-ın sizi müdafiə edəcəyinə inanırsınızmı?” sualına belə cavab verib: “ABŞ-la uzunmüddətli əlaqələrimizi…

“Başqa yol qalmadı, güc tətbiqi…”

“İngiltərə hökuməti sadəcə “güc dilindən” anlayır”. Bunu Fransanın Avropa Birliyi (AB) üzrə dövlət naziri Klement Beaune iki ölkə arasında davam edən balıq problemi haqqında danışarkən deyib. Nazir əlavə edib ki, İngiltərəyə məxsus gəmilərin əksəriyyətinin Fransadakı limanlara daxil olması mümkün olmayacaq. Onun sözlərinə görə, İngiltərədən gələn və ya ora gedən ingilis yük maşınları və gəmilərinə sistematik…

Qitələrarası raketi işə saldılar

Hindistan 5000 kilometr mənzilə malik nüvə başlığı yerləşdirilə bilən qitələrarası ballistik raketi sınaqdan keçirib. Hindistan hökumətindən verilən açıqlamada ölkənin şərq sahilindəki bir adadan atılan 5 min kilometr mənzilli “Aqni-5” raketinin sınağının uğurla keçdiyi bildirilib. Açıqlamada raket sınağının “minimum çəkindirmə siyasəti”nə uyğun olduğu deyilib. Himalay dağları ilə əhatə olunmuş Çin və Hindistan arasındakı aydın olmayan sərhəd…

Qarabağdan sonra diqqət “Bayraqdar”da

Suriya, Liviya, Dağlıq Qarabağda və terrorla mübarizə əməliyyatlarında əldə etdiyi uğurlarla dünyanın diqqətini çəkən Türkiyənin yerli və milli imkanları ilə inkişaf etdirdiyi silahsız pilotsuz uçuş aparatları daha bir ölkəyə ixrac ediləcək. “Baykar Savunma” şirkətinin yaydığı açıqlamada daha bir ölkə ilə Bayraqdar TB2 PUA ixracatı ilə bağlı anlaşma əldə edildiyi bildirilib. Bununla da “Bayraqdar”ların istehsal ediləcəyi…

“Türkiyə ilə əlaqələrimiz yaxşıdır, amma…”

Ukraynanın Türkiyədən aldığı “Bayraktar TB2” PUA-larının işğal altındakı Donbasdakı separatçı qüvvələrə qarşı istifadə olunması Rusiyanı narahat edib. Kremlin sözçüsü Dmitri Peskov məsələ ilə əlaqədar açıqlama verib. “Türkiyə ilə həqiqətən də xüsusi, yaxşı münasibətlərimiz var. Amma təəssüf ki, Ukrayna ordusuna bu cür silahların tədarük edilməsinin təmas xəttindəki sabitliyi poza biləcəyi ilə bağlı narahatlığımız təsdiqlənmiş oldu”, –…

“Sülh əldə olunması prosesinə sadiqik”

ABŞ Ermənistanla Azərbaycan arasında sülh prossesinə dəstək verməyə hazırdır və bu istiqamətdə işləməyə davam edir. Bu sözləri Gəncə şəhərində səfərdə olan ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberqer deyib. Diplomat bildirib ki, ölkəsi Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması prosesinə sadiqdir: “ABŞ müqanişənin həllində bir araya gəlmək, onu danışıqlar yolu ilə həll etmək məqsədinə sadiqdir. ABŞ…

Latviyada NATO aviasiyası üçün yeni baza

Latviyada Lielvarde aerodromu tam şəkildə istifadəyə verilib. Sözügedən aerodrom NATO qırıcıları üçün ehtiyat uçuş-eniş meydançası rolunu oynayacaq. NATO komandanlığından verilən məlumata görə, aerodrom sutkanın istənilən vaxtı, istənilən hava şəraitində təyyarələri qəbul etməyə hazır vəziyyətdədir.  

Bu ölkə yoluxma sayına görə dünyada birincidir

Rumuniya əhali sayına görə gündəlik olaraq dünya üzrə ən çox COVID-19 virusuna yoluxma faktı qeydə alınan ölkələr sırasında ilk pillədə qərarlaşıb. Ölkədə COVID testi verən hər 4 nəfərdən birinin test nəticəsi pozitiv çıxır. Ölkədə gündəlik yoluxma sayı min nəfərdən çoxdur. Əhaliyə virusdan qorunma üsulları, vaksinasiya barədə məlumat verilsə də, insanlar peyvənd olunmaqdan yayınırlar. Ölkə başçısı…

Putin və baş nazir arasında İran müzakirəsi

İsrailin yenidənqurma naziri Zeev Elkin Soçidə bu ölkənin Baş naziri Naftali Bennet və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş görüşlə bağlı açıqlama verib. Görüşdə tərcüməçi olan Elkin Moskva və Təl-Əviv arasında keçmiş baş nazir Binyamin Netanyahu dövründə olduğu kimi, ikitərəfli əlaqələrin davam etdirilməsinin müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, Putin və Bennet Suriyada İsrail və…