“15 minə yaxın belaruslu Ukraynaya qarşı döyüşməyə hazırdır”

“Hazırda təxminən 10-15 min Belarus döyüşçüsü Ukraynaya qarşı müharibədə iştirak etməyə hazırdır”. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov Rusiya-Ukrayna müharibəsi cəbhəsindəki vəziyyətlə bağlı brifinq zamanı bildirib. “Belarus Respublikasının güc strukturlarının 10-15 minə yaxın şəxsi heyəti Rusiya Federasiyasının “xüsusi hərbi əməliyyatı”nda iştirak etməyə hazırdır”, – deyə Qromov qeyd…

Rusiya qoşunlarını hazırlıq vəziyyətinə gətirir

Rusiya öz qoşunlarını Rusiya-Ukrayna sərhədində “gərginləşmə”yə hazırlayır. Rusiya tərəfi bununla bağlı yaydığı informasiyada bildirir ki, bu, guya noyabrın 23-dən 28-ə kimi baş verəcək. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov brifinq zamanı bildirib. “Düşmən məlumat yayır ki, noyabrın 23-dən 28-dək Rusiya-Ukrayna sərhədində “vəziyyət gərginləşəcək” və buna görə də…

“Lukaşenko beynəlxalq tribunal qarşısında cavab verməlidir”

Noyabrın 24-də Strasburqda keçirilən plenar iclasda Avropa Parlamenti səs çoxluğu ilə “Belarusda davam edən repressiyalar haqqında” qətnaməni qəbul edib. Parlament Belarus ərazisindən Ukraynaya təcavüz üçün istifadəni kəskin şəkildə pisləyib və Lukaşenkoya məsuliyyətini xatırladıb. “Lukaşenko və onunla əlaqəli şəxslər Ukraynada hərbi cinayətlərə görə eyni dərəcədə məsuliyyət daşıyırlar. Onlar beynəlxalq tribunal və Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab…

Avropa Parlamenti Ukraynaya yardımı təsdiqləyib

Avropa Parlamenti gələn il Ukraynaya 18 milyard avro maliyyə yardımı ayrılması qərarını təsdiqləyib. Bu barədə Avropa Parlamentinin prezidenti Roberta Metsola “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, Avropa parlamentariləri bu qərarı çox qısa müddətdə qəbul ediblər. Ukraynaya maliyyə yardımının ayrılmasını 507 deputat dəstəkləyib, 38 deputat əleyhinə səs verib, 26 avropalı siyasətçi bitərəf qalıb. İndi qərar Aİ-yə üzv ölkələrin…

Fransada yaşayan azərbaycanlılar bəyanat yaydılar

Fransada yaşayan azərbaycanlılar bəyanat yayıblar. Bəyanatda deyilir: “Biz, Fransa azərbaycanlıları Fransa Milli Assambleyası tərəfindən 28 noyabr 2022-ci il tarixində müzakirəyə çıxarılacaq, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə xidmət etməyən və regionda sülhyaratma prosesinə kölgə salan 388 saylı qətnamə layihəsini hüquq və ədalət baxımından son dərəcə təhlükəli təşəbbüs hesab edərək qəti etirazımızı bildirir və layihə müəlliflərinin belə…

NATO Rusiyanı terrorçu dövlət kimi tanıdı

NATO Parlament Assambleyası (PA) Rusiyanı terrorçu dövlət kimi tanıyıb və rusiyalıların cəzalandırılması üçün xüsusi beynəlxalq tribunal yaratmağa çağırıb. Bu barədə hakim “Xalqın xidmətçisi” partiyası “Telegram”da məlumat verib. “NATO-nun bütün 30 ölkəsi nümayəndə heyətimizin təklifini dəstəkləyib. Belə bir tribunal təkcə  hərbi cinayətkarların birbaşa iştirakçılarını deyil, həm də Rusiyanın ali rəhbərliyini mühakimə etməyə imkan verəcək. Qətnamə NATO-ya…

Türk Hava Yolları Rusiyadan çarter reyslərini ləğv edib

Türk Hava Yolları Kalininqraddan Antalyaya qış çarter reyslərini ləğv edib. Bu barədə Xrabrovo hava limanının mətbuat xidməti xəbər verib. “Xrabrovo Hava Limanı Türk Hava Yollarından 22 noyabr 2022-ci il tarixindən 24 mart 2023-cü il tarixədək Antalyaya əvvəlcədən razılaşdırılmış reyslərin ləğvi ilə bağlı bildiriş alıb”, – deyə mətbuat xidmətindən bildirilib. Hava Limanı İdarəsi qeyd edib ki,…

Stoltenberq NATO-nun Ukraynada niyə uçuşa qadağa zonası yaratmadığını izah edib

NATO ölkələri Ukraynadakı münaqişənin tərəfinə çevrilməmək üçün çox diqqətlidirlər, ona görə də uçuşa qadağa zonası yaratmağa çalışmırlar, hava hücumundan müdafiə sistemlərini Kiyevə ötürürlər. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Madriddə alyansın parlament assambleyasının iclasında bildirib. “Bu, NATO ölkələri üçün çox vacibdir, lakin biz Ukraynada qoşun yerləşdirməyə başlasaq, münaqişənin bir hissəsi olacağıq. Buna baxmayaraq, NATO ölkələri…

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dünya azərbaycanlılarına müraciəti

Əziz həmvətənlər! Məlum olduğu kimi, noyabrın 15-də Fransa parlamentinin yuxarı palatası olan Senat Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul edib. Noyabrın 28-də isə hakim partiya nümayəndələrinin təqdim etdiyi bu qətnamə Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada müzakirəyə çıxarılacaq. ATƏT-in Minsk qrupunun həmsədrliyində təmsil olunan Fransa dövləti 30 il ərzində Azərbaycan həqiqətlərinə ikili…