Ukrayna XİN-ə Xocalı soyqırımının tanınması ilə bağlı prosedura başlamaq barədə müraciət olunub

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Ukrayna Xarici İşlər Nazirliyinə Xocalı soyqırımının tanınması ilə bağlı prosedura başlamaq barədə müraciət olunub. Müraciəti Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Lyudmila Marçenko imzalayıb. Müraciətdə bildirilir ki, Ukrayna Azərbaycanlıları Radasının həmsədri, “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”nun sədri Hikmət Cavadovun imzası ilə Ali Radaya…

Ukraynanı mühasirəyə alan Rusiyaya əks həmlə

Bütün dünyanın diqqəti Ukrayna və Rusiya arasındakı gərginliyə yönəlib. Ukrayna ilə sərhəddə təlimlərini davam etdirən Rusiya, demək olar ki, hərtərəfli müharibə hazırlıqları görür. Ukraynanın periferiyası Rusiyanın mühasirəsində olduğu vaxt Qərb Moskvanı bu addımdan çəkindirməyə çalışır. Rusiya dəfələrlə belə bir müharibənin onun tərəfindən başlamayacağını bəyan etsə də, Qərb artıq Şərqi Avropada hərbi baza qurmağa başlayıb. ABŞ-ın…

Almaniya və Rusiya arasında gərginlik

Rəsmi Berlin ölkədə yayımlanan Rusiya dövlət telekanalı “Russia Today”ı (RT) bağladıqdan sonra Rusiya buna cavab olaraq Almaniyanın ictimai televiziyasının (“Deutsche Welle”) ölkədəki fəaliyyətini dayandırıb. Almaniyanın Lisenziyalaşdırma və Nəzarət Komissiyası (ZAK) ötən gün verdiyi qərarla “Russia Today”in alman dilində yayımını qadağan edib. ZAK-dan verilən açıqlamada qərarın Almaniyada lazımi yayım lisenziyasına malik olmadığı səbəbiylə RT DE-nin yayımının…

Aİ Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayırdı

4 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi arasında görüş baş tutub. Xarici İşlər Nazirliyinin  məlumatına görə, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan və Aİ arasında münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdiyini bildirib. Aİ Komissarlarının iştirak etdiyi Cənub Qaz Dəhlizi Məşvərət…

“Azad olunmuş ərazilərdəki quruculuq işlərinə Macarıstan da qoşulur”

Bakıda Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Macarıstan biznes forumu keçirilib. İki ölkə rəsmilərinin  iştirak etdiyi forum Azərbaycan və Macarıstan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətləri əhatə edib. AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, biznes…

ABŞ Avropaya əlavə qüvvələr göndərəcək

Pentaqon yaxın günlərdə Rumıniya, Polşa və Almaniyaya əlavə 2000 hərbçi göndərəcək. Bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi brifinqdə deyib. “Mövcud vəziyyət bizdən NATO-nun Şərq cinahının çəkindirmə və müdafiə imkanlarını gücləndirməyi tələb edir”, – Kirbi bildirib. O, hərbi personalın bölgəyə daimi göndərilmədiyini, bu tədbirin regiondakı Amerika müttəfiqlərinə dəstək məqsədi daşıdığını vurğulayıb: “Bu, hazırkı vəziyyətə reaksiyadır,…

Türkiyə və Ukrayna birgə PUA istehsalına dair müqavilə imzaladı

Ukrayna və Türkiyə arasında Pilotsuz Uçuş Aparatlarının (PUA) birgə istehsalına dair çərçivə sazişi imzalanıb. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib. Bu gün təhlükəsizlik və sülh məsələlərini də müzakirə etdiklərini bildirən Zelenski deyib: “Qarşımızda duran çətinliklər və onların aradan qaldırılması üçün atılacaq addımlar görüşümüzün əsas mövzuları idi. Ukrayna və Rusiya arasında vasitəçilik təşəbbüsünə görə…

Ərdoğan Kırım tatarları ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada Kırım tatarlarının nümayəndə heyətini qəbul edib. “Haberler”  xəbər verir ki, “Borispil” hava limanındakı qəbulda Kırım tatar türk xalqının milli lideri və ukraynalı millət vəkili Mustafa Əbdülcəmil Kırımoğlu və nümayəndələr iştirak ediblər. Qəbulda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum, Türkiyə Prezident…

Putinlə Makronun telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla növbəti telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Prezidentlər Ukrayna ətrafındakı vəziyyəti və Rusiyanın təklif etdiyi təhlükəsizlik zəmanətlərini müzakirə ediblər. “Putin yenidən Kiyev rəhbərliyinin Minsk razılaşmalarına zidd olan təxribat xarakterli bəyanatlarına və hərəkətlərinə diqqət çəkib”, – deyə məlumatda bildirilir. Bundan əlavə, dövlət başçıları işlərin…

Gənc soydaşlarımız Florida Beynəlxalq Universitetindəki sərgidə ölkəmizi təmsil ediblər

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Tələbə Təşkilatı yüksək reytinqə malik olan Florida Beynəlxalq Universitetində təşkil edilən tələbə təşkilatlarının sərgisində ölkəmizi təmsil edib. Azərbaycan guşəsində ölkəmizin qədim və müasir memarlıq abidələrinin fotostendi qurulub, zəngin mədəniyyətimizi və adət-ənənələrimizi əks etdirən suvenirlər nümayiş etdirilib. Azərbaycan-Amerika Tələbə Təşkilatının həmtəsisçisi, universitetin siyasi…