BMT İlham Əliyevin təşəbbüsü ilə qətnamə qəbul etdi

Noyabrın 18=də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Qətnaməyə 126 BMT üzvü…

“İlk nüvə savaşında işə düşəcək silah…”

“ABŞ-ın bütün müdafiə sistemlərini sıradan çıxaracaq silah” kimi xarakterizə edilən Çinin hipersəs raketindən danışan amerikalı general Pentaqonun bundan çox narahat olduğunu bildirib. Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin müavini Con Haten “CBS News”-a açıqlamasında danışıb. “Bu, çox şeyi dəyişdirmək potensialına malik çox vacib üstünlükdür. Bu, həm də mümkün nüvə savaşında istifadə edilə…

İtaliya mediası diasporumuzun “Qələbə üçün sülh” konsertindən bəhs edib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, İtaliyanın https://www.politicamentecorretto.com portalında Vətən müharibəsində qələbənin birinci ildönümü münasibətilə Roma şəhərində Azərbaycan-İtaliya Birliyinin təşkil etdiyi “Qələbə üçün sülh” konserti barədə xəbər yerləşdirilib. Məlumatda bildirilib ki, “Müqəddəs Pavel” kilsəsində baş tutan konsertə Azərbaycan icmasının üzvləri, İtaliya universitetlərində təhsil alan çoxsaylı azərbaycanlı tələbələr qatılıblar. Tədbir zamanı Diasporla İş…

Maydanda atışma zamanı Yanukoviç Putinə 11 dəfə zəng edib

Ukrayna prezidenti titulundan məhrum edilən Viktor Yanukoviç 2014-cü il fevralın 18-dən 20-dək Rusiya prezidenti Vladimir Putinə 11 dəfə zəng edib . Bu barədə brifinqdə Baş Prokurorluğun Maydanla iş üzrə idarəsinin rəis müavini Denis İvanov bildirib . Sonra bir sıra məmurlar və Yanukoviç Rusiya Federasiyasının rəhbərliyi ilə xüsusi hökumət əlaqəsi ilə əlaqə saxladılar. Yanukoviç Putinlə 11, daxili işlər naziri Vitali Zaxarçenko ilə Rusiya Federasiyasının daxili işlər…

Rusiyadan “İsgəndər” istədilər

Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin qeyd edib ki, Rusiya lazım gələrsə, Belarusa bir neçə batalyon “İsgəndər” raket kompleksləri verə bilər. Bu barədə Xrenin “Əl-Cəzirə” telekanalına danışıb. O bildirib ki, Rusiyanın bu raket sisteminin yenidən silahlanması prosesini faktiki olaraq tamamladığı görünür: “Biz bu sistemi ölkəmizdə görmək istəyirik. Əslində, ona hazırda sahib olduğumuzu söyləyə bilərik. Mən…

Beşinci dalğa gəlirmi? – “Time” jurnalı

ABŞ-ın “Time” həftəlik jurnalında koronavirus infeksiyasının ehtimal olunan növbəti dalğası haqda yazı dərc olunub. “Beşinci dalğa gəlirmi?” başlıqlı məqalənin müəllifi jurnalın əməkdaşı Kris Uilsondur ABŞ-ın əksər bölgəsində COVİD-19 infeksiyasına yoluxma halları yenidən artmağa başlayıb. Bu, beşinci dalğanın əlaməti ola bilər. Milyonlarla amerikalının Şükranlıq bayramını qeyd etməyə hazırlaşdığı bir vaxtda yeni dalğanın baş qaldırması isə yaxşı…

Dünyanın ən çirkli şəhəri bəlli oldu

Pakistanın Lahor şəhəri dünyanın ən çirkli şəhəri elan edilib. Şəhər sakinləri kəskin dumanda boğularaq rəsmilərdən tədbir görmələrini xahiş edirlər. “Biz yalnız dövlətə yalvara bilərik ki, çirklənməyə nəzarət etsinlər. Mən savadlı insan deyiləm, amma oxumuşam ki, Lahor ən pis hava keyfiyyətinə malikdir, ondan sonra Hindistanın Dehli şəhəri gəlir. Belə davam edərsə, öləcəyik”, – deyə Səid adlı…

“Seçim etməliyik: ya Rusiya, ya da…”

“Avropa tezliklə seçim etməli olacaq: ya Rusiyadan karbohidrogen tədarükündən asılılığını artıracaq, ya da Ukraynanı dəstəkləyərək, sülh və sabitliyin bərqərar olmasını müdafiə edəcək”. Bunu Böyük Britaniya Baş naziri Boris Conson deyib. Eyni zamanda. Böyük Britaniyanın baş naziri Rusiyanı “böyük ölkə” adlandırıb və onu təcrid etmək cəhdlərinə etiraz edib: “Ukraynanın suverenliyini və bütövlüyünü dəstəklədiyimizi deyəndə, bunu Rusiya…

Rusiyadan diqqətçəkən açıqlama: “Dünyanın ilk…”

“Rusiyanın yenidən inkişaf etdirməyə başladığı “S-550” raketdən müdafiə sisteminin hədəfi aşkarlama və vurma məsafəsi artırılacaq”. Bunu Rusiyanın dövlət müdafiə sənayesi şirkəti “Rostek”in baş direktoru Sergey Çemezov jurnalistlərə deyib. “Bizim layihəmiz fasiləsiz olaraq həyata keçirilir və hər hansı hədəfi müəyyən etmə və aşkarlama, eləcə də vurma məsafəsini artırmaq üçün reallaşdırılır. “S-550”-lərlə bağlı işlər diqqət mərkəzindədir”, –…