ABŞ İranın əxlaq polisinə və Quru Qoşunları komandanına sanksiyalar tətbiq etdi

ABŞ ötən həftə saxlanıldıqdan sonra vəfat edən iranlı Məhsa Əmininin ölümü ilə əlaqədar İranın əxlaq polisinə sanksiya tətbiq edib. Bu barədə cümə axşamı ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bəyanatda qeyd edilir ki, əxlaq polisinə qarşı sanksiyalar “İranlı qadınlara qarşı zorakılıq, habelə İranda dinc nümayişçilərin hüquqlarının pozulmasına görə” tətbiq edilib. “Əxlaq polisi hicabı düzgün geyinmədiyi…

Ukrayna İsraildən İranla bağlı kəşfiyyat məlumatlarını istəyib

Ukrayna kəşfiyyat məlumatlarının mübadiləsi və mövqelərin əlaqələndirilməsi üçün İsraillə dialoq kanalı yaratmaq istəyir. Bu məqsədllə ölkənin hərbi rəhbərliyi İsraildən İranın müharibədə Rusiya ordusuna verdiyi hər hansı dəstək haqqında kəşfiyyat məlumatlarını paylaşmasını xahiş edib. Məlumata görə, məsələ hələ bu ayın əvvəllərində Kiyevdə İsrailin Avropa və Asiya məsələləri üzrə nümayəndəsi Simona Halperin və İsrail səfiri Ukraynanın Yaxın…

İranda etirazlar davam edir – VİDEO

İranda əxlaq polisində Məhsa Əmini adlı gənc qadının ölümündən sonra başlayan etirazlar davam edir. Ölkənin müxtəlif şəhərlərində hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışır. Məlumata görə, Tehran, Urmiya, Təbriz və ölkənin digər iri şəhərlərində əhali küçələrə axışaraq hakimiyyətə qarşı şüarlar səsləndirir. Qadınlar isə baş örtüklərini yandıraraq aksiyalara dəstək verirlər. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılır. Qeyd edək…

ABŞ-da Türkiyə prezidentinə böyük rəğbət – VİDEO

BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-a yollanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda şəhər gəzintisinə çıxıb. Ərdoğan Mərkəzi Parkda yerli sakinlərlə söhbət edib. Rəcəb Tayyib Ərdoğana yaxınlaşanlar arasında ABŞ-da yaşayan albanlar da olub. Onlar Türkiyə liderinə rəğbət və heyranlıqlarını nümayiş etdiriblər.  

Azərbaycanlılar Ermənistanın təxribatlarına etiraz olaraq Praqada piket keçiriblər

Çex Respublikasında yaşayan Azərbaycan icması paytaxt Praqa şəhərində icazəli piket keçirib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Krizovnike Namesti meydanında baş tutan aksiyada soydaşlarımız ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz edib, mədəni irsimizin dağıdılmasına, beynəlxalq təşkilatların ermənilərin Azərbaycan torpaqlarındakı vandalizm aktlarına səssiz qalmasına, yerli ictimaiyyətin diqqətini bölgədə sülhə mane…

Bayden Çinlə hərbi münaqişə vəziyyətində Tayvanın tərəfinə keçəcəyini vəd edir

ABŞ Prezidenti Co Bayden bildirib ki, Birləşmiş Ştatlar Tayvanı müstəqilliyə təşviq etmir, lakin Çinlə münaqişə vəziyyətində adanın yanında olmağa hazırdır. “Biz ada ilə əməkdaşlığa baxmayaraq, Tayvanı Çindən müstəqillik əldə etməyə təşviq etmirik”, – deyə ABŞ lideri CBS telekanalına müsahibəsində bildirib. Eyni zamanda, o qeyd edib ki, Tayvanla Çin arasında hərbi münaqişə yaranarsa, ABŞ adanı müdafiə…

“Rusiya bütün dünyanı təhlükə altında qoyur”

Ukrayna Prezidenti Volodimir Zelenski Cənubi Ukrayna atom elektrik stansiyasına (AES) artilleriyadan endirilən zərbəni əks etdirən video yayımlayıb. Videoda AES-ə Rusiya tərəfindən atəş açılması əks olunub. “İşğalçılar yenidən atəş açmaq istədilər. Lakin atom elektrik stansiyasının nə olduğunu unudublar. Rusiya bütün dünyanı təhlükə altında qoyur. Biz çox gec olmadan bunu dayandırmalıyıq”, – deyə prezident qeyd edib.  

ABŞ-ın yüksək rütbəli generalı Putinlə bağlı xəbərdarlıq etdi

ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin hazırkı sədri, general Mark Milli Polşanın paytaxtı Varşavada hərbi bazaya baş çəkib. Polşa səfərindən sonra general Milli bəzi açıqlamalar verib. General Rusiyanın Ukraynaya qarşı müharibəsində böyük uğursuzluqlarla üzləşməkdə davam etdiyini bildirib. Bu səbəbdən də ehtiyatı əldən verməməyə çağırıb. O, Moskvanın son uğursuzluqlara nə reaksiya verəcəyinin gözlənilməz olduğunu qeyd edib. Buna…

Fransızlar Makronun istefasını tələb edib – VİDEO

Fransanın paytaxtı Parisdə küçələrə çıxan minlərlə nümayişçi prezident Emmanuel Makronun istefasını tələb edib. Bildirilir ki, bundan əlavə, mitinq iştirakçıları Fransanın NATO-dan çıxmasının tərəfdarıdır. Etirazçılar həmçinin ölkənin gələcəyinin Avropa İttifaqı ilə bağlı olmasını istəmirlər.  

“Bayraktar”dan daha bir yenilik – VİDEO

Türkiyənin ilk pilotsuz döyüş aparatı olan və “Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar Kızılelma” PUA-sının ilk mühərrik inteqrasiya sınağı uğurla tamamlanıb. “Bayraktar Kızılelma” PUA-sının ilk uçuşunun 2023-cü ildə həyata keçirilməsi planlaşdırılır. Qeyd olunur ki, ən çətin tapşırıqları uğurla yerinə yetirəcək “Bayraktar Kızıelma” PUA-sı altı ton uçuş ağırlığına sahib olması hədəflənir.