Ağ Ev Zelenskiyə həsr olunmuş sikkə buraxdı

Ağ Ev Ukrayna Prezidenti Volodimir Zelenskinin 16 mart 2022-ci ildə ABŞ Konqresinə tarixi müraciətinə həsr olunmuş xatirə sikkəsini təqdim edib. Bu barədə Ağ Evin hədiyyə mağazasının saytında məlumat verilib. Bildirilib ki, “Tarixi anlar” seriyası çərçivəsində prezidentlər Volodimir Zelenski və Co Baydenin təsviri, habelə Zelenskinin Konqresdə çıxışı anının əks olunduğu sikkə buraxılıb. Sikkədə Ukrayna Prezidentinin çıxışından…

Florida ştatındakı beynəlxalq sərgidə azərbaycanlı tələbələr ölkəmizi təmsil ediblər

ABŞ-ın Florida Dövlət Universitetində (FIU) keçirilən VII İllik Ümumdünya Sərgisində ölkəmiz təmsil olunub. Universitetdə fəaliyyət göstərən Azərbaycan-Amerika Gənclər Təşkilatının təşəbbüsü ilə yaradılmış Azərbaycan guşəsində ölkəmizin qədim tarixini və zəngin mədəniyyətini əks etdirən kitablar, xalçalar, suvenirlər, fotomateriallar və Azərbaycan brendləri nümayiş etdirilib. Florida Dövlət Universitetində təhsil alan milli geyimli azərbaycanlı tələbələr sərgi iştirakçılarına multikultural dəyərlərə malik…

Haaqada azərbaycanlı yazıçı Orxan Arasın kitabı təqdim edilib

Niderlandın Haaqa şəhərində Almaniyada yaşayan azərbaycanlı yazıçı-publisist Orxan Arasın dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr etdiyi kitabın holland və türk dillərində təqdimat mərasimi keçirilib. Niderland-Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə şəhərin “Transval” kitabxanasında təşkil olunan tədbirdə Azərbaycanın Niderland Krallığındakı səfirliyinin I müavini Səbinə Sadıxova, Türkiyə səfirliyinin Niderland Krallığındakı nümayəndəsi Ozan Can Gümüş, Qərbi…

Ağ xalatlı mələklər – həkimlər

Hələdə davam edən  Rusiya – Ukrayna   müharibəsində,  həm ön, həm də arxa cəbhədə xidmət göstərən  şücaətli soydaşlarımız yetərincədir. Bildiyiniz kimi,  24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Moskva vaxtı ilə saat 06:00-da  Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi. Müharibənin ilk günlərindən…

Prezident Albaniyanın Baş naziri ilə görüşdü

Aprelin 14-də Prezident İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşü olub. Prezident İlham Əliyev Baş nazir Edi Ramanı qarşılayıb. Sonra birgə foto çəkdirilib. Albaniyanın Baş nazirini salamlayan Prezident İlham Əliyev deyib: -Cənab Baş nazir, Azərbaycana xoş gəlmisiniz, sizi Azərbaycanda görməyimə çox şadam. Bu, bir-birimizi görmək və gündəliyimizdə duran…

“Bu müharibənin nəticələri onilliklərlə davam edəcək”

“Bu müharibənin nəticələri onilliklərlə davam edəcək”. Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın tvitter hesabından davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı yazıb. Böhranın dərinləşməyə davam etdiyini bildirən Kalın müharibənin təsirlərinin onilliklər boyu davam edəcəyini vurğulayıb: “Qarşılıqlı səhvlər, yeni qüvvələr balansının axtarışı, qısamüddətli maraq hesablamaları orta və uzunmüddətli perspektivdə böyük strateji itkilərə, eləcə də, humanitar dramlara səbəb…

İlham Əliyev Pakistanın yeni Baş nazirini təbrik etdi

Prezident İlham Əliyev Pakistan Baş naziri Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Hörmətli cənab Baş nazir, Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Möhkəm dostluq və qardaşlıq, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Pakistan əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun…

Haaqa şəhərində Qərbi Azərbaycan icmasının nümayəndəliyi yaradılıb

Niderlandın Haaqa şəhərində Avropada yaşayan Qərbi azərbaycanlıların toplantısı keçirilib. Niderland-Azərbaycan Türk Kültür Dərnəyində baş tutan tədbir Azərbaycan Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbərli və Azərbaycan Dillər Universitetinin dosenti, QAİ-nin beynəlxalq əlaqələr üzrə sədr müavini Həqiqət Hacıyevanın iştirakı ilə gerçəkləşdirilib. Tədbir iştirakçıları Avropada yaşayan bütün Qərbi azərbaycanlıları birləşdirmək məqsədilə QAİ-nin nümayəndəliyinin təsis…

Niderlandda “Xocalıya ədalət!” saytı fəaliyyətə başlayıb

Niderland Krallığındakı “Stichting Together Strong” Assosiasiyasının “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası çərçivəsində yeni layihəsi olan https://justiceforkhojaly.nl saytının fəaliyyətinə start verilib. Bu barədə məlumat verən Belçika-Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Stichting TogetherStrong” Assosiasiyanın təsisçisi İlkanə Qoca bildirib ki, sayt Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar 2022-ci ilin əvvəlində yaradılıb. Niderland dilində Xocalı həqiqətlərini əks etdirən ilk…