“30 ildir bizə deyirlər ki, NATO genişlənməyəcək”

“NATO Rusiya sərhədlərinə doğru genişlənməyə davam edir”. Bunu Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla görüşündən sonra keçirilən mətbuat konfransında deyib. “NATO-nun genişlənməsi məsələsinə gəlincə, çox gözəl bir ifadə dediniz: “Deyirlər ki, yaxın illərdə Ukrayna NATO-da olmayacaq”. “Deyirlər” nə deməkdir? Siz və mən dövlətlərarası münasibətlərdə “onların nə dediyini” başa düşməliyik. 30 ildir bizə deyirlər…

“Eşitdiyimizə yox, gördüyümüzə inanırıq”

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya bölmələrinin sərhəddən geri çəkilməsi məlumatı ilə bağlı paylaşım edib. Nazir Tvitter səhifəsində yazıb: “Rusiyanın bəzi qüvvələrinin Ukrayna sərhədindən çıxarılması ilə bağlı bəyanatları haqda. Ukraynada bir qaydamız var: eşitdiyimizə inanmırıq, gördüyümüzə inanırıq. Bu bəyanatlardan sonra real geri çəkilmə olarsa, biz real deeskalasiyanın başlanğıcına inanacağıq”.

Belçikada həftədə 4 gün işləmək təklifi qəbul edilib

Belçika hökuməti gündəlik iş vaxtının artırılmasına və iş gününün həftədə 4-ə endirilməsinə imkan verən qanun layihəsini qəbul edib. Həftəlik iş gününün 4-ə endirilməsi təklifi oktyabrda liberal düşüncəli siyasətçilər və qanunvericilər tərəfindən irəli sürülüb. Hökuməti formalaşdıran siyasi partiyalar arasında aparılan danışıqlar nəticəsində təklif bəzi dəyişikliklərlə qəbul edilib. Belçika hökumətinin əmək islahatları çərçivəsində qəbul etdiyi qanun layihəsinə…

Ukraynanın hava məkanı bağlanır

Ukrayna ilə Rusiya arasında gərginlik pik həddədir. Dünən açıqlama verən Ukrayna prezidenti Volodimir Zelinski bəyan edib ki, onların kəşfiyyat məlumatına görə, Rusiya fevralın 16-da hücuma başlayacaq. Donbas və Luqanski ətrafında yaşanan gərginlik fonunda dünən Donetskidə baş verən partlayış ciddi narajhatlığa səbəb olub. Bu gün isə Britaniya sığorta şirkətləri dünyanın aparıcı aviasiya şirkətlərinə müraciət edərək, onlardan…

Ukraynada fövqəladə vəziyyət elan edilir

Ukrayna Birləşmiş Qüvvələrin Əməliyyat üzrə komandanı Aleksandr Pavlyuk bu gün Donbasa gəlib.  Pavlyuk bölgədəki ukraynalı desant qüvvələrinin hazırlıq vəziyyətini yoxlayacaq. Son məlumatlara görə, Ukrayna ordusu bir neçə gündür Luqans və Donbasdakı separatçıların arxasında əməliyyatlar keçirmək üçün xüsusi hazırlığa başlayıb. İddialara görə, desantlar düşmənin arxasına keçməli və orada diversiya ilə məşğul olmalıdır. Bu əsnada, Kiyev şəhərinin…

Ukrayna Azərbaycanlıları Radasının Qurultayı keçirilib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (UAR) növbəti – II Hesabat-seçki Qurultayı keçirilib. Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndələri, Ukraynanın müxtəlif regionlarından gəlmiş 200 nəfərə yaxın təmsilçi, Ukraynanın dövlət rəsmiləri, deputatlar, jurnalistlər və digər qonaqlar iştirak edib. Tədbirdən əvvəl Qurultay nümayəndələri ulu öndər Heydər…

Azərbaycan və Çin gəncləri “Pekin-2022” Qış Olimpiya Oyunları ilə bağlı həmrəylik nümayiş etdiriblər

Azərbaycan və Çin gənclərinin “Pekin-2022” Qış Olimpiya Oyunlarına həsr olunmuş onlayn formatlı görüşü keçirilib. Pekin Xarici Dillər Universitetinin (PXDU) Asiya fakültəsinin Azərbaycan dili kafedrası və Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə baş tutan tədbirdə yerli müəllim-tələbə heyəti, bu ölkədə yaşayan, təhsil alan azərbaycanlı məktəblilər və tələbələr iştirak ediblər. Görüş qarşılıqlı mədəni tədbirlər…

Türkmənistanda növbədənkənar prezident seçkiləri

Türkmənistanda növbədənkənar prezident seçkilərinin vaxtı bəlli olub. “Reuters”-in verdiyi xəbərə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının rəsmisi bildirib. Onun sözlərinə görə, ölkədə prezident seçkiləri martın 12-də keçiriləcək. 2006-cı ildən bəri Türkmənistanı idarə edən 64 yaşlı Qurbanqulu Berdiməhəmmədovun prezidentlik müddəti 2024-cü ildə başa çatır. O, fevralın 11-də Parlamentin yuxarı palatasındakı çıxışında dövlətin idarə edilməsində gənc liderlərə…

Daha bir Avropa ölkəsi vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

Belçika Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib. Bu barədə Belçika XİN-nin saytında məlumat yerləşdirilib. Qeyd olunub ki, Ukrayna-Rusiya və Ukrayna-Belarus sərhədində gərginlik artır, situasiyanı proqnozlaşdırmaq mümkün deyil: “Vəziyyət qəfil pisləşsə, Ukrayna ilə telefon və İnternet əlaqəsi də dayana bilər. Bu, aeroportların fəaliyyətinə və aviaəlaqəyə də ciddi mənfi təsir göstərə bilər. Ukraynada…

Almaniya vətəndaşlarını Ukraynadan geri çağırdı

Almaniya Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb. Bu ölkənin baş konsulluğu Dneprdən Lvova köçürülüb. Almaniya XİN rəhbəri Annalena Berbok bildirib ki, ölkəsi Ukrayna böhranının qarşısını almaq üçün təcili tədbirlər görür: “Mən böhranın qarşısını almaq üçün tədbirləri gücləndirmək qərarına gəldim. Hazırda Xarici İşlər Nazirliyində bu qərarların icrası üçün aidiyyəti idarələr və təhlükəsizlik orqanları…