“Zəfər tarixi yazanlar: Kəngərli şəhidləri” kitabının təqdimatı olub – VİDEO

Kəngərli Rayon Mədəniyyət Sarayında Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Əlmaniz Ələkbərlinin “Zəfər tarixi yazanlar: Kəngərli şəhidləri” kitabının təqdimatı olub. Bu münasibətlə keçirilən tədbirdə şəhid ailələri, qazilər, ziyalılar, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin Qıvraq qəsəbəsindəki abidəsinin və Şəhidlər Kompleksinin önünə gül dəstələri qoyulub. Tədbirdə ulu öndər Heydər Əliyevin…

“Azərbaycan Avropaya bərpa olunan enerjinin ən böyük tədarükçüsünə çevrilir”

“Azərbaycan Avropaya bərpa olunan enerji mənbələrinin ən böyük tədarükçüsünə çevrilir”. Bunu Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, müasir dünyadakı ən son çağırışlar ilə əlaqədar bərpa olunan enerji mənbələri çox vacib məsələyə çevrilib. R.Plevneliyev vurğulayıb ki,…

Zelenski Ərdoğanla Ukraynadakı vəziyyəti müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Liderlər xüsusilə Kaxovka su elektrik stansiyasında baş verən partlayışla bağlı vəziyyəti müzakirə ediblər. Söhbət zamanı Prezident R.T. Ərdoğan bildirib ki, Kaxovka SES-də baş vermiş partlayışın ətraflı təhqiqatı üçün hər iki tərəfin, eləcə də BMT və beynəlxalq ictimaiyyətin, o cümlədən Türkiyə ekspertlərinin iştirakı…

“Ermənistanın ATƏT çərçivəsində qarayaxma kampaniyası danışıqlara əsas maneədir”

“Ermənistanın Azərbaycanın suveren ərazilərində davam edən qeyri-qanuni hərbi mövcudluğu, daxili işlərimizə davamlı müdaxilə, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa əngəl yaratması və beynəlxalq səviyyədə, o cümlədən ATƏT çərçivəsində genişmiqyaslı qarayaxma kampaniyasının aparılması bəyan edilmiş bu öhdəliyə və əksinə, Azərbaycan və Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneədir”.…

Zelenski BMT və BQXK-ni qınadı

“Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Qırmızı Xaç Komitəsi rusiyalılar tərəfindən Kaxovka su elektrik stansiyasının partladılması səbəbindən Xerson vilayətində su basmanın nəticələrinin aradan qaldırılmasına kömək etmir”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Bild”ə müsahibəsində deyib. Prezidentin sözlərinə görə, bu cür təşkilatlar məhz belə bəlalara kömək etmək üçün yaradılıb. Bununla belə, nə BMT, nə də Qırmızı Xaç hələ də…