Lukaşenko Kiyevi hədələyib

Lukaşenko Amerikanın uzaqmənzilli yaylım atəşli reaktiv sistemlərinin Ukraynaya təhvil verilməsinə əsəbi reaksiya verib. Aleksandr Lukaşenko Ukrayna Silahlı Qüvvələri rusiyalıların Ukraynaya zərbələr endirmək üçün hərbi baza yerləşdirdiyi Qomel vilayətindəki Mozır şəhərinə hücum edəcəyi təqdirdə Ukrayna şəhərlərini vuracağı ilə hədələyib. BELTA təbliğat resursunun verdiyi xəbərə görə, bu barədə o, Bobruyskda “Belşina” ASC-nin əməkdaşları ilə söhbəti zamanı bildirib.…

Ərdoğan Yunanıstanla danışıq şərtlərini AÇIQLADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından çıxarkən jurnalistlərin Yunanıstanla bağlı suallarını cavablandırıb. O qeyd edib ki, Yunanıstanla bağlı prosesə öz reaksiyalarını xüsusilə bildirib. “Qarşımda vicdanlı bir siyasətçi olmasa, bir daha onlarla danışmayacağımı və Yüksək Səviyyəli Strateji Şura iclaslarımızı bitirdiyimizi, Yunanıstanla yüksək səviyyəli strateji əməkdaşlıq iclası keçirməyəcəyimizi bildirdik. Bu il iclas keçirmirik. Bundan daha aydın, daha…

Ukrayna Rusiya vətəndaşları üçün viza rejimi təqdim edib

Ukrayna hökuməti Rusiya ilə viza rejiminin tətbiq olunması barədə qərar verib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisi açıqlama verib. “Dövlətimizin milli təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı mübarizə çərçivəsində Nazirlər Kabineti Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişi rejiminə yenidən baxıb”, – Ukrayna Prezidenti Ofisinin yaydığı məlumatda qeyd olunur.

IX Qlobal Bakı Forumunda Yaxın Şərqdəki vəziyyət müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu iyunun 17-də işini panel iclaslarla davam etdirib. Forumun ikinci gününün proqramında nəzərdə tutulan 4 panel iclasından sonuncusu “Yaxın Şərqdə ərəb və müsəlman dünyasında sülh, təhlükəsizlik və inkişaf axtarışı” mövzusuna həsr olunub. Panel…

Qazaxıstan “Böyük Avrasiya” layihəsinin ideyasını dəstəkləyib

Qazaxıstan “Böyük Avrasiya” layihəsi ideyasını dəstəkləyir. Bu barədə dövlət başçısı Kasım-Jomart Tokayev “Rossiya-24” telekanalının yayımladığı Sankt-Peterburq İqtisadi Forumunda (SPİF) çıxışı zamanı deyib. “Sankt-Peterburq Forumu çərçivəsində, bildiyim kimi, Böyük Avrasiya Tərəfdaşlığının formalaşdırılması mövzusu maraqla müzakirə olunur – bu, Rusiya Federasiyasının təşəbbüsüdür. Qazaxıstan Böyük Avrasiya Tərəfdaşlığının yaradılması prosesinə müsbət münasibət bəsləyir”, – deyə o bildirib. Daha əvvəl…

“Artıq Zəngəzur dəhlizi də açılmalıdır”

“Artıq Zəngəzur dəhlizi də açılmalıdır. Çünki bu dəhliz Avropa və Asiya arasında əlaqənin daha effektiv bərpası, ticarət əlaqələrinin inkişafı baxımından çox böyük əhəmiyyətə malikdir”. Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk…

“Biz dünyanı sülhə gətirməliyik”

“Biz dünyanı sülhə gətirməliyik”. Bunu Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib. “Ukraynadakı müharibə dünyanı təlatümə salır. Biz də ərəb dövlətləri olaraq bundan əziyyət çəkirik. Artıq dünyanın qarşısında böyük problemlər ortaya çıxır. Hər bir davranışımıza görə məsuliyyət daşımalıyıq”, – o…

“Üçüncü Dünya müharibəsi elan olunub”

“Bu gün Üçüncü Dünya müharibəsi elan olunub”. Bunu Roma Papası Fransisk “İsa Cəmiyyəti”nin Avropa jurnallarının rəhbərləri ilə söhbətində bəyan edib. “Bir neçə il əvvəl ağlıma gəldi ki, biz Üçüncü Dünya müharibəsini hissə-hissə yaşayırıq. Bu gün isə hesab edirəm ki, artıq elan olunub”, – deyə pontifik bildirib. O, insanları bu barədə düşünməyə çağırıb. “Bir əsrdə üç dünya müharibəsi yaşayan…

İdmançımız dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandanın üzvü, Tokiodan 2020 XVI Yay Paralimpiya Oyunlarının 3 qat qalibi Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatınının qızıl medalını qazanıb. O, 50 metrəyə sərbəst üsulla üzmə növündə 24.18 nəticə göstərib. Qeyd edək ki, daha öncə keçirilmiş yarışlarda R.Saley 2 gümüş medala…

Ukrayna Qərb tərəfdaşlarından tələb olunan silahların yalnız 10%-ni alıb

Qərb tərəfdaşları hazırda Rusiya ordusu ilə paritet yaratmaq üçün tələb olunan silahların təxminən 10%-ni Ukraynaya veriblər. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib. “Ukrayna nə qədər səy göstərsə də, ordumuz nə qədər peşəkar olsa da, Qərb tərəfdaşlarının köməyi olmadan biz bu müharibədə qalib gələ bilməyəcəyik… Biz lazım olan silahlardan təxminən 10%-i almışıq”,…