“35 656 terrorçu zərərsizləşdirilib”

Şəhid ailələri və qazilərlə görüşən Türkiyənin müdafiə naziri Hulusi Akar 24 iyul 2015-ci il tarixindən indiyədək 35 min 656 terrorçunun zərərsizləşdirildiyini bildirib. Balıkəsir Polis Evində təşkil olunan ziyafət proqramında çıxış edən nazir Silahlı Qüvvələrin ölkənin suverenliyini və müstəqilliyini qorumaq üçün üzərinə düşən vəzifələri əzmlə yerinə yetirməyə davam etdiyini vurğulayıb. Akar son illərdə Türkiyə ordusunun vəzifə…

“Rusiya qoşunlarının 20%-i məhv edilib”

Rusiya ordusu artıq Ukraynada döyüşlərdə iştirak edən bölmələrinin beşdə birini itirib. Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı bildirib. O, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Millli ilə telefon danışığı aparıb. Hərbçilər Ukraynadakı müharibədə Rusiya qoşunlarının itkiləri ilə bağlı hesablamaları dəqiqləşdiriblər. Zalujnı Milliyə və Amerika vətəndaşlarına Ukrayna xalqının, eləcə də ümumi dəyərlərin…

Ayın qədim Yerin bir hissəsi olduğuna daha sübut tapıldı

Sürix Universitetinin geofizikləri Ayın vaxtilə Yerin bir hissəsi olduğuna dair yeni sübutlar tapıblar. Ayın mənşəyi ilə bağlı bəzi fərziyyələrə görə, o, bu və ya digər səbəbdən – məsələn, təxminən 4,5 milyard il əvvəl Mars ölçüsündə olan obyektlə toqquşmadan sonra gənc Yerdən ayrılan maddədən əmələ gəlib. Bu versiyanı sınaqdan keçirmək üçün alimlər Antarktida buzundan çıxarılmış altı Ay…

BMT Zaporojye AES ətrafında təhlükəsizlik perimetri yaratmağa çağırıb

BMT-nin Baş katibi Antonio Qutyerreş Zaporojye atom elektrik stansiyasının ətrafında təhlükəsizlik perimetrinin tətbiqinə çağırıb. Bu barədə onun bəyanatında deyilir. Qutyerreş Rusiya və Ukrayna silahlı qüvvələrini “atom elektrik stansiyasının bilavasitə yaxınlığındakı istənilən hərbi əməliyyatları dərhal dayandırmağa çağırır. Eyni zamanda, onun obyektlərini və ətrafını hədəf kimi istifadə etməməyi tələb edir. Bundan əlavə, bütün hərbi personalın və texnikanın AES-dən…

“Finlandiya və İsveç terrorçularla bağlı öhdəliklərini hələ də yerinə yetirməyib”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İsveç və Finlandiya Ankaranın NATO-ya daxil olması ilə bağlı etirazlarını aradan qaldırmaq üçün üzərinə götürdükləri öhdəlikləri hələ də yerinə yetirməyib. Nazirin sözlərinə görə, Skandinaviya ölkələri Türkiyə ilə razılaşmalar üzrə hələlik konkret addımlar atmayıb. Çavuşoğlu qeyd edib ki, bu problemin müzakirəsi üçün üç ölkənin birgə komitəsinin ilk iclası…

Rusiyalılar milyardlarla dollar alır və ölkədən çıxarırlar

İyulda rusiyalılar birjada rekord məbləğdə xarici valyuta alıblar. Bu barədə Rusiya Mərkəzi Bankının Maliyyə Bazarları üzrə Risk İcmalında bildirilib. Məlumata görə, uzun müddət ərzində ilk dəfə olaraq fiziki şəxslər xarici valyutanın ən böyük alıcıları olublar. Belə ki, iyundakı 176,1 milyard rubla qarşı iyulda 237,1 milyard rubl dəyərində valyuta alınıb. Vətəndaşlar valyutanı əsasən banklar vasitəsilə alaraq…

“Ukraynadan taxıl daşıyan gəmilərdə qeyri-qanuni yüklər aşkar edilməyib”

BMT gəmi sahiblərinin Ukrayna taxılının ixracında iştiraka böyük marağı olduğunu qeyd edir. Bunu çərşənbə günü brifinqdə BMT-nin İstanbuldakı Birgə Koordinasiya Mərkəzindəki müvəqqəti nümayəndəsi Frederik Cey Kenni deyib. BMT sözçüsü bildirib ki, İstanbuldakı mərkəz qida ixracı ilə məşğul olan gəmiləri yoxlamaq üçün lazım olan vaxtın azaldılmasını nəzərdən keçirəcək. Onun sözlərinə görə, indi yoxlamalar iki saatdan dörd…

Kanada səmasında sirli işıqlı zolaq peyda olub

Kanadada STEVE adlı nadir atmosfer hadisəsi qeydə alınıb. Kadrlar Alberta əyalətində yaşayan Alan Dayer adlı fotoqraf tərəfindən çəkilib. Hadisə şahidlərinin sözlərinə görə, yaşıl və bənövşəyi zolaqlar 40 dəqiqə ərzində səmada parıldayıb. STEVE fenomeni 2017-ci ildə kanadalı həvəskar astronomlar tərəfindən kəşf edilib. Əvvəlcə bu halı qütb parıltısı ilə səhv salıblar. Lakin sonda “Swarm” peykinin köməyi ilə…