ABŞ-ın bu addımlarına qarşılıq veriləcək

Çin 34 şirkətinin ABŞ tərəfindən qara siyahıya salınmasına qarşı lazımlı tədbirlər görəcək. Bu barədə Çinin Ticarət Nazirliyi bəyan edib. Nazirlikdən verilən məlumata görə, ABŞ-ın Çin şirkətlərini qara siyahıya salması əslində çinli təşəbbüskarların məntiqsiz olaraq çəçivəyə salınmasıdır ki, bu da beynəlxalq iqtisadi və ticarət şərtlərinin pozulmasıdır. Açıqlamada qeyd olunub ki, Çin şirkətlərinin qanuni haqlarını və maraqlarını…

Fransadan Yunanıstana qınaq

Fransa Xarici İşlər Nazirliyinin katibi Kleman Bon, Yunanıstanın Rusiyada və ya Çində istehsal olunan peyvəndləri alan sərnişinlərin öz ərazilərinə buraxdığına görə, təəssüfləndiyini bildirib. Fransa Xarici İşlər Nazirliyinin rəsmisi Avropa Dərman Agentliyinin təsdiqlənmiş dörd peyvəndin Avropada tanınmasını üstün tutduğunu xatırladıb: “Yunanıstanın digər peyvəndləri olan insanların ölkəsinə gəlməsinə icazə verdiyinə təəssüf edirəm. Bu, siyasi bir məsələ deyil,…

“Sancak” döyüş sistemi Türkiyə Ordusunun arsenalına daxil edildi

Türkiyənin milli müdafiə sənayesinin istehsalı olan “Sancak” yeni nəsil elektron döyüş sistemi qardaş ölkənin Silahlı Qüvvələrinə təslim edilib. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir tviterdəki hesabında məlumat verib. Yüksək sürətli “Sancak” sistemi geniş zolaqda çıxış gücünə, müxtəlif növ və rejimlərdə manevr, aldatma, elektron dəstək vermək, avtomatik əlaqə qurmaq kimi imkanları…

Bu ölkədə qırmızı təhlükə kodu elan edildi

Xorvatiyada kəskin istilər səbəbindən ən yüksək təhlükə – qırmızı təhlükə kodu elan edilib. Zaqreb, Osijecko-Baranja və Karlovatska bölgələrində havanın temperaturu gün ərzində müsbət 40 dərəcəyə qədər yüksəlib. Zaqrebin bir sıra bölgələrində 39 dərəcə isti qeydə alınıb. Meteoroloqların proqnozlarına görə, istilərin bir neçə gündən sonra geri çəkiləcəyi ehtimalı var. Bununla belə, vətəndaşlara xüsusilə yaşlılara ehtiyac olmadıqda…

Ərdoğanın bu addımı rəqibi təşvişə saldı

Türkiyənin müdafiə sahəsində atdığı addımlar və ordusunu daha da gücləndirməsi Yunanıstan mediasının gündəmindədir. “Greek Reporter” Yunanıstanın Prezident Rəcəb Tayyib Ərdoğanın dəniz qüvvələrinin gücləndirməsi yönündəki addımlarını narahatlıqla izlədiyini yazıb. Məqalədə Yunanıstanın uzun müddət müttəfiq kimi baxdığı Almaniyanın Türkiyəyə verdiyi dəstəyə də diqqət çəkilib. Son sualtı gəmi satışı ilə Almaniyanın Türkiyəyə verdiyi dəstəyin Yunanıstanı ciddi şəkildə qorxutduğu…

Türkiyə-Yunanıstan arasında gərginlik artır

“Yunanıstan təhrikedici, qanunsuz, imzaladığı müqavilələrə belə əməl etməyən, təxribatçı, güzəştsiz və kəskinləşən mövqeyini davam etdirir”. Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib. Qeyd edək ki, Yunanistanın Milli Müdafiə naziri Nikos Panagiotopulos qatıldığı bir paneldə Türkiyənin beynəlxalq hüquqa zidd hərəkət etdiyini və bütün bölgədə sabitliyi pozma riskinin olduğunu iddia edib. Hulusi Akar Panagiotopulosun açıqlamalarını son…

Papa əməliyyatdan sonra ilk dəfə görüntüləndi

Keçən həftə İtaliyanın paytaxtı Romada əməliyyat olunan Katolik dünyasının ruhani lideri Papa Francis əməliyyatdan sonra ilk dəfə görüntülənib. Papa Francis əməliyyat olunduğu xəstəxananın balkonunda yüzlərlə insanın qarşısına çıxıb. Yerli media Papanın səhhətinin yaxşı olduğunu və çıxışına təkbaşına davam etdiyini yazıb. Qeyd edək ki, 3 saatlıq əməliyyat keçirən 84 yaşlı Papa Francisin yoğun bağırsağının bir hissəsi…

Azərbaycan Aİ-nin güclü tərəfdaşıdır

Azərbaycanın xarici siyasətində prioritet olaraq qəbul edilən əsas məqamlardan biri beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından olan Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı əlaqələrdir. Ölkəmiz Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramının fəal iştirakçılarından biridir. Eyni zamanda, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarındandır. Azərbaycan və Aİ son illərdə münasibətlərin bütün səviyyələrdə inkişaf etdirilməsində maraqlı olduqlarını nümayiş etdirirlər. Avrokomissar: Azərbaycan…

Almaniyada haker hücumu

Almaniyanın Anhalt-Bitterfeld (Saksoniya-Anhalt) bölgəsinin kompüter şəbəkəsi haker hücumundan sonra iflic olub. Bölgədə fövqəladə vəziyyət elan edilib. Bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzeti məlumat yayıb. Serverlər sıradan çıxdığı üçün dairə rəhbərliyi müvəqqəti olaraq sosial müavinətləri ödəyə bilmir. Federal informasiya təhlükəsizliyi idarəsinin (BSI) rəsmiləri istintaqa cəlb edilib. Hazırda mütəxəssislər virusu şəbəkələrdən kənarlaşdırmağa, məlumatların blokdan çıxarmağa və kompüter…

Yunan nazir Ərdoğan barədə elə sözlər dedi: “Atatürk kimi…”

Yunanıstan Xarici İşlər naziri Nikos Dendias “Meetpoint” adlı televiziya verilişində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barədə yüksək fikirlər səsləndirib. Jurnalist Olqa Tremminin suallarını cavablandıran yunan nazir Türkiyə prezidentinin bölgədə güclü lider olduğunu söyləyib. “Türkiyəyə ən az Mustafa Kamal Atatürkün idarə etdiyi zaman qədər rəhbərlik edib və ölkəsinin fizionomiyasını dəyişdirib”, – o bildirib. Nazir Ərdoğanla bir…