Zelenskidən Krım açıqlaması: “Bu ilin sonunadək…”

Ukrayna Prezidenti Vladimir Zelenski 2021-ci ilin sonuna qədər Krımdakı vəziyyətlə bağlı yenilənmiş qətnamələri BMT Baş Assambleyasına təqdim edəcək. Bu barədə “İnterfaks – Ukrayna” məlumat yayıb. “Bu ilin sonuna qədər Ukrayna işğal olunmuş Krımda insan haqlarının durumu və yarımadanın hərbiləşdirilməsi ilə bağlı yenilənmiş qətnamələri BMT Baş Assambleyasına təqdim edəcək”, – Zelenski bildirib.

Şuşadan çəkilmiş fotolar Avropa Parlamentində nümayiş etdiriləcək

İsveçin “Cawa Media” xəbər portalında “Azərbaycanda Şuşa döyüşü” sərlövhəli məqalə yayımlanıb. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, məqalədə Şuşa şəhərinin əsasının Azərbaycanın Qarabağ xanı Pənahəli xan tərəfindən 1752-ci ildə qoyulduğu, bu şəhərin ölkəmiz üçün mədəni və strateji əhəmiyyət daşıdığı, 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğal olunduğu, II Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı…

Türkiyə “Serhat” radarlarını hava hücumundan müdafiədə istifadə edəcək

Türkiyənin ASELSAN şirkəti “Serhat” radarlarını hava hücumundan müdafiədə (HHM) istifadə etmək üçün uyğunlaşdıracaq. Bu barədə “Defence Türk” nəşri yazıb. Bu çərçivədə sistemin müxtəlif HHM sistemlərinə inteqrasiyası planlaşdırılır. Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında olan “Serhat” mobil təyinatlı radar sistemi 360 ° əhatə dairəsinə malik olan, minaatan mərmilərini aşkar edərək, onları izləyərək mərmilərin təxmin edilən çıxış və…

Azərbaycan ilk medalını qazandı

Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın aktivinə ilk medal yazılıb. 86 kq çəki dərəcəsində yer alan Abubakr Abakarov bürünc medala sahib olub. O, 3-cü yer uğrunda görüşdə Slovakiya təmsilçisi Boris Makoyevə qalib gəlib – 9:5.

Saakaşviliyə qarşı yeni ittihamlar irəli sürülə bilər

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili öz vətənində iki cinayət işi üzrə məhkum olunub, prokurorluq sərhədləri qanunsuz keçmə ilə əlaqədar ona yeni ittiham irəli sürülməsinə ehtiyac görmür. Bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb. “Mixeil Saakaşvili artıq məhkum edilib. Onun barəsində cinayət işləri var. Buna uyğun olaraq o, həbs edilib və cəzaçəkmə müəssisəsindədir. Sərhədi keçmə işinə…

Soydaşlarımız Dünya Birliyindən Ermənistanın cəzalandırılmasını tələb edir

Platform4.news  Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) 27 sentyabr – Anım Günü ilə əlaqədar bu ölkənin xarici işlər naziri Meris Peynə müraciət ünvanlayıb. Assosiasiyanın sədri Mikayıl Oytanın imzaladığı müraciətdə II Qarabağ müharibəsi ərzində Ermənistanın ölkəmizə qarşı törətdiyi dəhşətli müharibə cinayətlərindən bəhs edilib. Bildirilir ki, Ermənistanın cəbhə xəttindən kənarda yerləşən…

Rəcəbov Karlsenə, Məmmədyarov Giriyə qalib gəldi

Norveçli şahmatçı Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində bu gün VII turun görüşləri keçirilir. Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov dünya çempionu Karlsenlə üz-üzə gəlib. Görüş Rəcəbovun qələbəsi ilə yekunlaşıb – 3:1. İlk 2 görüşünü heç-heçə ilə başa vurmuş 34 yaşlı qrossmeyster sonrakı 2 qarşılaşmasından qələbə ilə ayrılıb. Nəticədə Rəcəbov 3:1 hesablı qalibiyyət əldə edib.…

Diaspor üzvləri Anım Gününü şəhid ailəsi ilə birlikdə keçiriblər

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyilə Abu-Dabidə yaşayan Azərbaycan diasporunun fəal üzvü, “Karabakh is Azerbaijan!” Milli Platformasının koordinatorlarından olan Nuranə Əsəd və digər həmvətənlərimiz 27 sentyabr – Anım Gününü şəhid Emil Əhmədovun ailə üzvləri ilə birlikdə keçiriblər. Nuranə Əsəd bildirib ki, Azərbaycan səfirliyinin Abu-Dabi şəhərində və ölkəmizin…

İtaliya mediasında azad edilmiş torpaqlarımızdan bəhs edilib

İtaliyanın https://electomagazine.it xəbər portalında Azərbaycanda Anım Gününün qeyd olunması barədə məqalə yayımlanıb. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki,məqalənin müəllifi orada magistr təhsili alan azərbaycanlı gənc fəal Zərifə Qasımzadə İkinci Qarabağ savaşının başlanma səbəbi, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan Ordusunu darmadağın edərək qazandığı qələbə barədə ətraflı məlumat verib. Məqalədə qeyd edilir…