“Ukraynada müharibə həlledici mərhələdədir”

Ukraynada Rusiyanın başlatdığı müharibə həlledici mərhələdədir. Müttəfiqlərin və tərəfdaşların köməyi çox vacibdir. Bunu Ramştayn formatında görüş zamanı Pentaqonun rəhbəri Lloyd Ostin bildirib. “Bilirsiniz, bu, münaqişənin kritik mərhələsidir. Ona görə də bizim Ukraynaya kollektiv dəstəyimiz həyati və aktualdır. Rusiya hesab edir ki, o, Ukraynanı və bizi üstələyə bilər. Amma bu, Rusiyanın yanlış hesablamalarının sonuncusudur”, – deyə…

Ukraynada Rusiya pasportunu almaq cinayət hesab edilə bilər

Rusiya pasportunu almaq və onların “referendumunda” səs vermək cinayət hesab edilməlidir. Bu fikirləri Ukrayna baş nazirin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk deyib. “Əgər biz həqiqətən də işğala qarşı çıxmaq istəyiriksə, işğalçıların pasportlarının alınması, onların “referendum”unda səsvermə ilə bağlı daha aydın və sərt mövqe tutmalıyıq. Biz açıq şəkildə deməliyik: Bu,…

Ərdoğan Azərbaycanla bağlı Putinlə danışdığı məsələləri AÇIQLADI

“Hesab edirəm ki, ötən gün Vladimir Putin İlham Əliyevlə danışıb. Hətta mənə “İlham Əliyevin salamı var” dedi. O, Əliyevlə danışanda “Ərdoğanla görüşəcəyəm” deyib, Əliyev də “Mənim də salamımı çatdırın” deyib”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran səfərindən sonra təyyarədə jurnalistlərin sualını cavablandırarkən bildirib. “Bilirsiniz ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan və Ermənistan liderləri…

Conson baş nazir postundan terminator ifadəsi ilə vidalaşdı

Böyük Britaniyanın baş naziri Boris Conson istefası ərəfəsində vida nitqi söyləyib. O, Britaniya parlamentinin İcmalar Palatasında çıxış edib. O, növbəti baş naziri amerikalılara yaxın olmağa və ukraynalıların müdafiəsinə qalxmağa çağırıb. Conson aktyor Arnold Şvartseneggerin “Terminator 2″ adlı Amerika filmindəki ifadəni deyib: ” Hasta la vista, baby”.   “Son bir neçə saniyədən istifadə edib, cənab spiker,…

“Rusiyaya heç vaxt “Bayraktar” satılmayacaq”

“Baykar Savunma” şirkətinin rəhbəri, “Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar Rusiyaya heç vaxt “Bayraktar” pilotsuz uçan aparatlarının satılmayacağını bəyan edib. “Biz Ukraynanı, onun suverenliyini və müstəqilliyi uğrunda mübarizəsini dəstəkləyirik”, – deyə Haluk Bayraktar mətbuata verdiyi açıqlamada vurğulayıb. H.Bayraktar həmçinin xatırladıb ki, Türkiyə ilə Ukrayna arasında aerokosmik və müdafiə sektorlarında strateji səviyyədə…

“Avropa Parlamenti Ermənistan parlamenti ilə müqayisədə Azərbaycana qarşı daha çox aqressivdir”

“Siz Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin dünənki səfəri haqqında, yəqin, məlumatlısınız. Bizim çox yaxşı müzakirələrimiz oldu. Bu, Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin əhəmiyyətini bir daha vurğulayır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib. “Eyni zamanda, Avropa…

Rusiya ordusu Xəzər dənizindən Ukraynaya altı raket atıb

İyulun 16-da günorta saatlarında Rusiya ordusu Xəzər dənizi regionundan Ukraynaya 6 raket atıb. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. “Altı ədəd “X-101” (X-555) raketi “Tu-95MS” bombardmançı təyyarəsindən atılıb. “Dörd raket Dnepropetrovsk vilayətinin Zaporojye şəhərində Hava Hücumundan Müdafiə Bölmələri tərəfindən məhv edilib. Digər ikisi Çerkassı vilayətindəki iki kənd təsərrüfatı müəssisəsinə düşüb, dağıntı və tələfatın təfərrüatları…

Haaqa Məhkəməsi Rusiyanın Ukraynada törətdiklərini soyqırım kimi tanıya bilər

Haaqada mənzillənmiş Beynəlxalq Ədalət Məhkəməsi payızda Rusiyanın Ukraynada soyqırım törətməsi il bağlı cinayət işi aça bilər. Bu barədə Ukraynanın Beynəlxalq Ədalət Məhkəməsindəki nümayəndəsi, Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Anton Korineviç məlumat verib: “Bu o deməkdir ki, Rusiya Federasiyasının qərardan etiraz üçün üç ay vaxtı var. Bundan sonra məhkəmə işi mahiyyəti üzrə həll…

Ukraynada öldürülən iki rusiyalı zabitin fotoları yayılıb

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Rusiya ordusunun daha iki zabitinin öldürüldüyünü açıqlayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Ştefan məlumat yayıb. “Düşmənin motoatıcı rotasının komandiri, baş leytenant Ondar Arjaan və leytenant Kirill Oleniç Ukrayna ərazisində məhv edilib”, – Anatoli Ştefan qeyd edib. Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının son məlumatına görə, fevralın 24-dən etibarən Rusiya…