“Türkiyə Balkanlarda sülh və sabitliyin qorunması üçün mühüm tərəfdaşdır”

Serbiya Prezidenti Aleksandr Vuçiç Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla görüşündə Türkiyənin regionda sülh və sabitliyin qorunması üçün mühüm tərəfdaş olduğunu bildirib. Müvafiq bəyanatı cümə axşamı prezidentin mətbuat xidməti yayıb. “Prezident Vuçiç Serbiyanın regional əməkdaşlığa səmimi sadiq olduğunu bildirib və əlavə edib ki, bu mənada o, Türkiyəni regionda sülh və sabitliyin qorunmasında mühüm tərəfdaş…

Rusiyanın neft anbarına PUA-larla zərbələr endirilib

Rusiyanın Kursk şəhərinin aerodromu yaxınlığında pilotsuz uçuş aparatının hücumu nəticəsində neft anbarı yanıb. Bu barədə vilayətin qubernatoru Roman Starovoyt məlumat verib. “Kursk aerodromunun yaxınlığında pilotsuz təyyarənin hücumu nəticəsində neft anbarı yanıb. İnsan itkisi yoxdur. Yanğının lokallaşdırılması həyata keçirilir”, – Roman Starovoyt öz “Telegram” kanalında yazıb.

Ukrayna ABŞ-dən qış mövsümü üçün əlavə qaz istəyib

Ukraynanın “Naftoqaz” şirkəti ABŞ-dən qış dövrü üçün əlavə qaz istəyib. Bu barədə şirkətin rəhbəri Aleksey Çernışov ABŞ-nin Avropa və Asiya üzrə Beynəlxalq İnkişaf Agentliyinin sədri Erin Makki ilə görüşdən sonra öz “Facebook” səhifəsində yazıb. A.Çernışov əlavə edib ki, görüşdə metanol, qaz kompressorları, dizel generatorları, eləcə də qaz hasilatı avadanlığı kimi materiallar üzrə yardıma dair müzakirələr də aparılıb.…

“Xersondan qaçan rusiyalılar Melitopolda qarət və təcavüz cinayətləri törədirlər”

“Ukraynanın müvəqqəti işğal olunmuş Melitopol şəhərində kriminal vəziyyət daha da kəskinləşib. Dnepr çayının sağ sahilindən geri çəkilmiş rusiyalı əsgərlərin şəhərə gəlməsi durumu bir az da pisləşdirib”. Bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat verib. Bildirilib ki, Xersondakı məğlubiyyətdən sonra şəhərdə xeyli sayda rusiyalı yerləşdirilib. Onların intizam səviyyəsi isə olduqca aşağıdır. Belə ki, rusiyalı əsgərlər mağazaları…

Kuleba NATO ölkələrinə çağırış etdi

“NATO ölkələri təcili olaraq silah istehsalını artırmalı, həmçinin müdafiə sənayesinə investisiyaları çoxaltmalıdır”. Bu fikirləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba çərşənbə axşamı Buxarestdə iki günlük iclas üçün bir araya gələcək NATO xarici işlər nazirlərinin görüşündən əvvəl deyib. Nazirlərin görüşündə məqsəd Ukraynaya dəstəyin artırılması məsələlərinin müzakirəsidir. “Biz bugünkü döyüşlərdə mübarizə apararkən sabahkı döyüşlərdə necə vuruşacağımızı düşünməliyik”, –…

ABŞ və Rusiya Ukraynada təmasda olublar

ABŞ və Rusiya hərbçiləri Ukraynadakı müharibə zamanı yalnız bir dəfə xüsusi rabitə xəttindən (“dekonfliktinq” xətti) istifadə edərək təmas qurublar. Mənbə iddia edir ki, Vaşinqton Ukraynada kritik infrastrukturun yaxınlığında Rusiyanın hərbi fəaliyyəti ilə bağlı narahatlığını bildirmək üçün Rusiya tərəfi ilə “dekonfliktinq” xətti vasitəsi ilə əlaqə yaradıb. Qeyd edək ki, sözügedən xüsusi rabitə xətti ABŞ Müdafiə Nazirliyinin Avropa…

“Türkiyənin terrorla mübarizə planları heç kimi narahat etməməlidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra Ankaranın qonşu İraq və Suriyada yerləşən PKK silahlılarına qarşı durmaq əzmində olduğunu təsdiqləyib. Hökumətin iclasından sonra çıxış edən dövlət başçısı həmçinin bildirib ki, Türkiyə öz torpaqlarını terror hücumlarından qorumaq üçün icazə istəmək niyyətində deyil. “Türkiyə ərazisini müdafiə etmək və xarici təhdidləri dəf etmək üçün heç kimdən…

“ATƏT Nazirlər Şurasının iclası ilk dəfə Rusiya olmadan keçiriləcək”

“ATƏT Nazirlər Şurasının iclası ilk dəfə Rusiya Federasiyasının nümayəndəsinin iştirakı olmadan keçiriləcək”. Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Facebook” səhifəsində bildirib. O qeyd edib ki, tədbir Polşanın Lodz şəhərində baş tutmalıdır. “ATƏT Nazirlər Şurası ilk dəfə rusiyalı nazir olmadan keçiriləcək. Və bu, doğru variantdır – onun orada işi yoxdur. Onlar yalnız danışıqları imitasiya…

“Lukaşenko panikadadır”

“Belarus xarici işlər naziri Vladimir Makeyin qəfil ölümündən sonra Prezident Aleksandr Lukaşenko ciddi qorxuya düşüb. O, aşpazın, mühafizəçinin və xidmətçilərin dəyişdirilməsini əmr edib”. Bu barədə Rusiya müxalifət nümayəndəsi Leonid Nevzlin “Twitter” hesabında bildirib. Nevzlin Rusiya xüsusi xidmət orqanlarına yaxın mənbələrə istinadən qeyd edib ki, Makeyin ölümü təbii olmayıb, onu zəhərləyiblər. “Belarus xarici işlər naziri Vladimir…

Rusiya yeni raket zərbələri dalğasına hazırlaşır

“Rusiya Federasiyası yeni raket zərbələri dalğasına hazırlaşır, bunun üçün Qara dənizə döyüş növbətçiliyinə raketdaşıyıcı çıxarılıb”. Bu barədə “Cənub” əməliyyat komandanlığının spikeri Natalya Qomenyuk telemarafon zamanı məlumat verib. “Uzun müddətdən sonra ilk dəfə Qara dənizdə döyüş növbətçiliyinə raketdaşıyıcı çıxarılıb. Göyərtəsində səkkiz “Kalibr” raketi daşıyan yerüstü raketdaşıyıcının ortaya çıxması hazırlıqların getdiyindən xəbər verir”, – deyə Qomenyuk bildirib.…