NASA Marsda həyat izlərinə dair foto paylaşıb

ABŞ-ın Milli Kosmik və Aviasiya Agentliyi (NASA) Marsın kosmik həyata ev sahibliyi etdiyinə dair fotoları paylaşıb. Məlumatı “A Haber” yayıb. Bildirilib ki, NASA Marsda qurumuş bir çayın fotosunu çəkib. Alimlər “Perseverance” Mars gəzəyəni tərəfindən çəkilən və milyardlarla il əvvəl bu planetdə suyun axdığını əks etdirən foto “Journal of Science” (“Elm jurnalı”) jurnalında dərc edilib. Alimlər…

2024 -cü ildə kosmos uçuşlarını artıq 50 min dollara almaq olar

Amerikanın World View şirkəti üç ildən sonra başlayacaq atmosferdən uçuşlar sifariş etməyə başladı. Müştərilər 30 km yüksəkliyə qalxacaqlar. Qiyməti – 50 min dollar. İlk uçuşlar 2024 -cü ilin əvvəlinə planlaşdırılır. Tipik bir səfər 6-8 saat davam edəcək.Turistlər kosmosun qaranlığı fonunda Yerin əyriliyini görə biləcəklər.  “Dünyanın ən möhtəşəm möcüzələrindən bəzilərinin xatirələrini inkişaf etdirərək  kosmik turizmi yenidən müəyyənləşdiririk.…

İspandilli xəbər portalları – Şuşa müharibədən sonra yenidən dirçəlir

İspaniyanın EFE xəbər agentliyinin saytında, “SWI swissinfo.ch”, “eldiario.es” xəbər portallarında və Paraqvayın “abc.com.py” platformasında “Şuşa Qarabağdakı müharibədən bir il sonra yenidən dirçəlir” sərlövhəli məqalə dərc edilib. Prezident İlham Əliyev tərəfindən mayın 7-də “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilən şəhər işğal altında olduğu 28 il ərzində Ermənistan tərəfindən dağıdılıb, 2020-ci il noyabrın əvvəllərində azad edilib. Həmçinin Azərbaycan…

Üçüncü Dünya müharibəsi başlayacaq, ABŞ əsgərləri…

Çin və Tayvan arasındakı gərginlik artmaqda davam edir, dünya gündəmində Çinin bəyanatları müzakirə mövzusudur. Çin Kommunist Partiyasının rəhbərliyi altında fəaliyyət göstərən dövlət mediası açıq şəkildə Üçüncü Dünya müharibəsinin anonsunu verməyə davam edir. Çində yerləşən “Global Times” qəzetindəki məqalədə Tayvan əsas ərazi olaraq göstərilib və bölgədə hansısa bir əməliyyat təşkil etməyin Çinin təbii haqqı olduğu vurğulanıb.…

İranın əlindəki nüvə silahı dünyanı dəyişəcək – Bennett

İranın nüvə proqramı ən inkişaf etmiş mərhələdədir. Bunu İsrail Baş naziri Naftali Bennett deyib. “İsrail Tehranın heç vaxt nüvə silahı istehsal edə bilməməsi üçün məsuliyyət daşıyır. Belə bir ekstremist və qəddar rejimin əlindəki nüvə silahları bölgənin və dünyanın simasını dəyişəcək. Bu bizim üçün strateji yox, var olmaq problemidir”, – Bennett bildirib.

Saakaşvili sona qədər mübarizə aparmaq niyyətində olduğunu açıqladı

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili hazırda bütün diqqətini mübarizəsinə yönəldib, Rustavi həbsxanasında aclıq aksiyasını davam etdirir və “bu işi sona çatdırmaq” niyyətindədir. Bu barədə M.Saakaşvili özünün “Facebook” səhifəsində yazıb. Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti, hazırda Ukrayna vətəndaşı Mixeil Saakaşvili sentyabrın 29-da Ukraynadan gizli şəkildə Gürcüstana gəlib. O, oktyabrın 1-də Tbilisidə saxlanılıb və hazırda Rustavi…

Azərbaycan diaspor nümayəndələri Şuşaya yola düşüb

Diasporla İş üzrə Dövlət Komitəsi diaspor nümayəndələrinin Şuşaya üçüncü səfərini təşkil edib. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfər Azərbaycan diaspor tarixinin ən mühüm tədbirlərindən biridir. Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı,…

Ukrayna Türk Şurasında müşahidəçi statusu almaq üçün müraciət edib

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bildirib ki, “bu gün Ukrayna Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında (Türk Şurası) müşahidəçi statusu almağa tərəfdardır. Bu məsələ noyabrın 12-də Türk Şurası sammitində liderlərin müzakirəsinə çıxarılacaq”. O bu barədə Lvovun ali məktəblərinin birində “Qabaqcıl müasir tendensiyalarda diplomatiya: Beynəlxalq diplomatiyaya yeni məzmunun gətirilməsi” mövzusunda müzakirələrdə çıxış edərkən bildirib, “Anadolu” agentliyi xəbər…

Türkiyədən İrana zərbə – Bu əlaqələr dayandırıldı

Türkiyə İranla sərhəd-keçid məntəqələrini bağlayıb. İranla Ticarətin İnkişafı Assosiasiyasının rəhbəri Özcan Alaş bu barədə məlumat verib. Onun sözlərinə görə, bu addım Türkiyənin yük maşınlarının İran ərazisindən keçməsinə qoyulan qadağaya cavab olaraq atılıb: “İranla Azərbaycan sərhədindəki gərginliyə görə ölkələrimiz arasında ticarət dövriyyəsi tamamilə dayanıb”.

“Türkiyə hücum edərsə, Fransa köməyə gələcək”

“Türkiyə Yunanıstana hücum etsə, Fransa bizə kömək etməyə tələsəcək”. Bunu Yunanıstan Baş naziri Kiriakos Mitsotakis deyib. Nazir iki ölkə arasında imzalanmış müdafiə sahəsində əməkdaşlıq müqaviləsinin Yunanıstan və Fransanın xarici təhlükənin yaranacağı durumda bir-birinə kömək edəcəkləri anlamına gəldiyini bildirib. Müqaviləni ratifikasiya etmək üçün toplanan parlamentdə çıxış edən Yunanıstan baş naziri qeyd edib: “Üçüncü ölkədən iki dövlətdən…