Rusiya Ukraynaya 120-dən çox raket atıb

Dekabrın 29-da Rusiya Ukraynaya 120-dən çox raket atıb. Düşmən Ukraynanın kritik infrastrukturunu məhv etmək və daha çox mülki vətəndaşı öldürmək istəyir. PLATFORM4.NEWS xəbər verir ki, bu barədə Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Tvitter hesabında məlumat verib. “Şər rus dünyası” tərəfindən kritik infrastrukturu məhv etmək və dinc əhalini kütləvi şəkildə öldürmək üçün atılan 120-dən çox…

Kiyevə raket hücumu – Foto

Dekabrın 29-u saat 9.30-a olan məlumata görə, Kiyevdə hava hücumundan müdafiə qüvvələri kütləvi raket hücumu zamanı fəaliyyət göstərir. Vurulan raketlərin parçaları Darnitski rayonunda iki fərdi evə ziyan vurub. Bu barədə Kiyev şəhər hərbi administrasiyası məlumat yayıb. Qoloseyevski rayonunda sənaye müəssisəsi və Peçerski rayonunda uşaq meydançası da zərər görüb. “Zərərçəkənlərlə bağlı vəziyyət aydınlaşdırılır. Sakit olun! Hava…

“Avropa İttifaqı Ukraynaya 77 min tondan çox yardım göndərib”

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri Avropa İttifaqı ukraynalılara 77 min tondan çox yardımı göndərib. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “Twitter”də məlumat yayıb. Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, bu yardımın tərkibində dərmanlar, qida, sığınacaq əşyaları, həmçinin yanğınsöndürən maşınlar və mobil xəstəxanalar kimi zəruri vasitələr də olub. “Avropanın Ukrayna ilə həmrəyliyi…

Yeni qalaktikalar sinfi kəşf edildi

Kazan Federal Universitetinin astronomları Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun alimləri ilə birgə qalaktikaların yeni sinfini aşkar ediblər. Bu barədə çərşənbə axşamı universitetin mətbuat xidməti məlumat yayıb. “Qeyri-adi xassələrə və aktiv nüvələrə malik 500-ə yaxın qalaktika Kazan Federal Universitetinin Fizika İnstitutunun Astronomiya şöbəsinin və Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun alimləri tərəfindən X şüaları yayan…

“Rusiya bombardmançı təyyarələrini gizlətməyə başlayıb”

“Rusiya komandanlığı bombardmançı təyyarələrini gizlədir. Ukraynanın onları məhv edə biləcəyindən ehtiyat edir”. Bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. Onun sözlərinə görə, Rusiyada Ukrayna ərazisini havadan bombalaya biləcək yararlı təyyarələr çox deyil. “Onların sayı azalır. Bu gün düşmən onları gizlətməyə başlayıb. Başa düşürlər ki, biz onların gözləmədiyi ərazilərdə təyyarələri vura bilərik”,…

“Qara dənizdə 1 trilyon dollarlıq qaz ehtiyatı kəşf etdik”

“Fatih” qazma gəmisi Çaycuma-1 yatağında dənizin 3323 metr dərinliyində 58 milyard kubmetr təbii qaz ehtiyatı aşkar edib. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısı ardından verdiyi açıqlamalar zamanı bildirib. Dövlət başçısının sözlərinə görə, ölkəsinin Qara dənizdəki qaz ehtiyatı 710 milyard kubmetrə çatıb. “Qara dənizdə kəşf etdiyimiz təbii qazın həcmi bugünkü rəqəmlərlə beynəlxalq bazarlarda…

Aİ-nin yeni missiyası artıq Ermənistandadır

Aİ-nin yeni texniki missiyası artıq Ermənistandadır. Bunu ölkənin İctimai Televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. Qeyd edək ki, dekabrın 19-da Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ-nin Ermənistanda mümkün daha uzunmüddətli missiyasına yol açacaq “keçid qrupu” ilə Aİ-nin Cənubi Qafqazda iştirakının yeni mərhələsinin başlandığını elan edib. Onun sözlərinə…

Rusiya PUA-lar müqabilində İrana Su-35 qırıcıları verəcək

Rusiya “Şahed” kamikadze pilotsuz uçuş aparatları müqabilində tezliklə İrana 24 ədəd Su-35 döyüş təyyarəsi verə bilər. Bu barədə İsrail televiziyasının 12-ci kanalına istinadən məlumat yayılıb. Telekanalın Moskva və Tehran arasında hərbi əməkdaşlığı izləyən Qərb kəşfiyyatındakı mənbələrinə görə, söhbət əvvəlcə Misir üçün nəzərdə tutulan 24 qırıcıdan gedir. Bildirilir ki, ABŞ Qahirəni sövdələşmədən imtina etməyə razı salıb,…

“Fransızların bəslədiyi ilan özlərini sancmağa başlayıb”

Türkiyənin müdafi naziri Hulusi Akar Fransanın paytaxtı Parisdəki iğtişaşları şərh edib. “Terrorçulara kömək və dəstək olmağın nə demək olduğunu gördülər. Bunu sübut edən hadisələr buradan uzaqda baş verib. Harada? Parisdə baş verib”, – deyə nazir Suriya ilə sərhəd bölgəsinə ziyarəti zamanı bildirib. O, vurğulayıb ki, fransızların bəslədiyi ilan artıq özlərini dişləməyə başlayıb. “Artıq hər kəs…

Türkiyənin güclü lazer silahı hədəfi tam dəqiqliklə vurdu

Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə başlanan və əsas podratçı “Roketsan” tərəfindən həyata keçirilən asimmetrik təhlükələrə qarşı elektromaqnit və lazer texnologiyasından istifadə edən çox təsirli hibrid müdafiə sistemi olan ALKA İstiqamətləndirilən Lazer Silah Sistemi layihəsi tam sürətlə davam edir. Layihə çərçivəsində hazırlanmış hədəf aşkarlama radarı, hədəf izləmə və elektromaqnit sistemi ilə təchiz edlən yüksək güclü…