Rus işğalçıları Kaxovka su elektrik stansiyasını dağıdandan bir gün sonra şəbəkədə Xerson vilayətinin yeni peyk şəkilləri peyda olub.
Maxar Technologies-dən olan görüntülər bölgədəki daşqının miqyasını göstərir.
Görüntülər Novaya Kaxovka ilə Xersonun cənub-qərbindəki Dnepr körfəzi arasında 2500 kvadrat kilometrdən çox ərazini əhatə edir.
Yayımlanan kadrlarda Kaxovskaya SES-in partladılmış bəndinin əslində tamamilə su altında qaldığı görünür. Mülki əhalinin evləri, parklar, binalar və digər infrastrukturlar sürətlə suya qərq olur.












