ABŞ kosmik gəmisi buraxılışdan sonra partladı

“Starship” kosmik gəmisinin prototipini daşıyan raket havaya qalxdıqdan 4 dəqiqə sonra partlayıb. Hadisənin canlı yayımı “SpaceX” şirkətinin saytı vasitəsilə aparılıb. Yayımlanan görüntülərdən belə məlum olub ki, 38 km hündürlüyə çatan 120 metrlik raket buraxılışdan təxminən iki dəqiqə yarım sonra nəzarətsiz şəkildə fırlanmağa başlayıb. Dəqiqə yarım sonra isə partlayış baş verib. Qeyd olunub ki, raket buraxılış…

Latviyada 9 May Qələbə Gününün qeyd edilməsi qadağan olundu

Aprelin 20-də Latviya Seymi təcili olaraq iki oxunuşda “Mayın 9-da bəzi kütləvi tədbirlərin qadağan edilməsi haqqında” qanunu qəbul edib. Artıq ölkədə mayın 9-da Avropa Günü ilə bağlı olanlar istisna, hər hansı ictimai tədbirlər qadağandır. Əvvəllər Seymin bu il mayın 9-nun Ukrayna müharibəsində həlak olan və yaralananların anım günü elan edilməsinə dair qərar qəbul edəcəyi güman…

Ukrayna və Rusiya üzərində uçuş məhdudiyyətləri yeddi il uzadıldı

“Ukrayna üzərində təyyarələr 2029-cu ilə qədər uçmayacaq”. Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı Ukrayna üzərində mülki uçuşların bərpası ilə bağlı proqnozunu açıqlayarkən bildirib. Ekspertlər bildiriblər ki, Ukraynadan başqa Moldova, Belarus və Rusiya hava məkanları da bu siyahıda yer alıblar. “Ukrayna, Rusiya, Belarus və Moldova hava məkanlarındakı məhdudiyyətlər proqnoz üfüqünün sonuna (2029) qədər qüvvədə qalacaq”, – deyə…

İran və Rusiya aviasiya sahəsində memorandum imzaladılar

İran və Rusiya aviasiya sahəsində əməkdaşlıq haqqında memorandumlar imzalayıblar. Bu barədə İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi-Baxş məlumat verib. “İran və Rusiya arasında ən yüksək səviyyədə (pilotların) təlimi üçün infrastrukturdan və (təyyarələrin) təmiri və texniki xidmət mərkəzlərindən istifadə edilməsinə dair ikitərəfli memorandumlar və sazişlər imzalanıb”, – deyə o bildirib.

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirir

Kanada Rusiyadan olan 14 fiziki və 34 hüquqi şəxsə, o cümlədən “Vaqner” muzdlu dəstəsilə əlaqəli şəxslərə, həmçinin Belarusun maliyyə sektoru ilə bağlı doqquz müəssisəyə qarşı sanksiyalar tətbiq edir. Bu barədə çərşənbə axşamı Kanadanın Baş naziri Castin Trüdo bildirib. Onun sözlərinə görə, Ottava Rusiya Federasiyasına “təzyiqləri artırmaq” üçün belə bir addım atıb. Kanada həmçinin Tatarıstan Respublikasının…

Yaponiya XİN-dən Kuril adaları ilə bağlı Rusiyaya ittiham

“Kuril adalarının cənub hissəsi Yaponiyanın suverenliyi altındadır və Yaponiyaya məxsus ərazilərdir. Lakin hazırda bu ərazilər Rusiyanın qeyri-qanuni işğalı altındadır”. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin “Mavi kitab” adlı diplomatiyaya dair illik hesabatında ölkə hökumətinin nümayəndələri bildiriblər. Yapon siyasətçilərin fikrincə, bu ərazilərin mülkiyyət məsələsi Yaponiya ilə Rusiya arasında mövcud münasibətlərdə ən ciddi problemlərdən biridir. Bundan əlavə,…

“Qərbin reaksiyası Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsinə təsir etməyəcək”

“Qərbin reaksiyası Moskvanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarına təsir etməyəcək”. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. “Belə bir reaksiya, əlbəttə ki, Rusiyanın planlarına təsir edə bilməz. Rusiya Prezidenti Vladimir Putin şənbə günü müsahibədə verdiyi açıqlamalarında hər şeyi izah etdi. Onun sözlərinə əlavə ediləcək heç nə yoxdur”, – deyə o qeyd edib.

Netanyahu məhkəmə islahatlarını yaya qədər təxirə saldı

İsrailin Baş naziri Benyamin Netanyahu və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bazar ertəsi ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər. Məlumata görə, Ben-Qvirin rəhbərlik etdiyi Yəhudi Gücü Partiyası bildirib ki, koalisiya məsləhətləşmələrindən sonra parlamentdə məhkəmə islahatlarının təsdiqini yay sessiyasına qədər təxirə salmaq qərara alınıb. Bunun müqabilində Netanyahu yeni güc strukturunun –…

“Makron Fransa vətəndaşlarına qarşı biganədir”

Fransa Prezidenti Emmanuel Makron pensiya islahatından narazı olan ölkə vətəndaşlarının problemləri ilə maraqlanmır. Bu barədə martın 26-da Avropa Parlamentinin Fransadan olan deputatı Tyeri Mariani məlumat verib. O qeyd edib ki, Makron birinci və ikinci dövr üçün aydın proqram təqdim etməyib və hakimiyyətə gəlişi ilə bağlı jurnalistlərə qıcıqlanaraq cavab verib. “O, özü haqqında çox yüksək fikirdədir”,…

Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu

Avropa İttifaqı Rusiyanın Belarus ərazisində taktiki nüvə silahı yerləşdirməsinə sanksiyalarla cavab verəcək. Bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel özünün sosial şəbəkə səhifəsində yazıb. O, belə bir addımı Avropa təhlükəsizliyini təhdid edən “məsuliyyətsiz eskalasiya” adlandırıb. “Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsi məsuliyyətsiz eskalasiya və Avropa təhlükəsizliyinə təhdid olardı. Belarus hələ də…