“Qalatasaray” rumıniyalı futbolçu transfer etdi

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib. Platform4.news  klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Aleksandru Çiçıldeunu transfer edib. Rumıniyalı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Qeyd edək ki, 24 yaşlı ötən mövsüm şərəfini qoruduğu “Universitatya Krayova”da meydana çıxdığı 43 matçda 12 qol vurub, 4 qolun ötürməsini verib.

Fransada mitinqlərə 160 min nəfər qoşuldu

Fransada sanitar buraxılış vərəqələrinin tətbiqinə qarşı keçirilən etiraz aksiyalarında 160 mindən çox insan iştirak edib. Bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat verib. Nazirlikdən verilən məlumata əsasən, ölkənin bütün bölgələrində 168 nümayiş baş tutub. Aksiyalar Lion, Marsel, Strasburq, Lil və digər böyük şəhərlərdə təşkil edilib. İğtişaşlar zamanı 9 nəfər saxlanılıb. Xatırladaq ki, respublikada avqust ayından…

Prezident: “Müharibədən əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər”

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Avropa İttifaqının Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayırmasına, Azərbaycana isə heç bir vəsait ayrılmamasına münasibət bildirib. Dövlət başçısı bu mövqeyi ədalətsiz adlandıraraq deyib: “Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir?…

Ərdoğan rəsmən Kipr Türk Dövlətini elan etdi

“Kiprli qardaşlarımız onları aldadanların yalan və saxta vədlərinə inanmır. Kiprli türklərin tək tələbi suveren dövlət statusunun tanınmasıdır. Yunanıstan və kiprli yunanların verdikləri sözləri pozmalarından sonra, onları müdafiə edənlərin deyəcəkləri bir şey qalmayıb.” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Türk Dövlətinin tanınması üçün fəaliyyətə başladıqlarını bildirib. Artıq bizim bu mənasız prosesi davam etdirməyə bir səbəbimiz qalmayıb.…

Azəbaycan hərbçiləri Gürcüstanda NATO təlimlərində iştirak edəcək

Gürcüstanda ABŞ-la birgə “Agile Spirit 2021” (“Çevik ruh”) çoxmillətli hərbi təlimlər keçiriləcək. Məlumata görə, iyulun 26-da start götürəcək təlimlər avqustun 6-dək davam edəcək. ABŞ ordusunun Mətbuat xidmətinin məlumatına əsasən, hərbi manevrlərdə 15 müttəfiq və tərəfdaş ölkə – Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan 2…

Putin və Merkel Ukraynanı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub. Bu barədə Almaniya hökuməti məlumat yayıb. Tərəflər Ukraynanın şərqində böhranlı vəziyyətin həlli üçün Minsk razılaşmanın həllinin vacibliyini diqqətə çatdırıblar. Həmçinin liderlər energetika məsələləri, o cümlədən Ukraynadan keçən “Şimal axını – 2” qaz boru kəməri ətrafında müzakirə aparıblar.

ABŞ bu iki ölkə ilə sərhədləri bağlayır

Koronavirus pandemiyası səbəbindən ABŞ səlahiyyətliləri avqustun 21-dək Kanada və Meksika ilə sərhədləri bağlamaq qərarına gəlib. Qadağa ilə bağlı bir sıra istisnalar da nəzərə alınıb. İstisna yalnız ABŞ vətəndaşlarına, müalicə və təhsil almaq üçün ölkəyə üz tutan əcnəbilərə aid edilir. Qeyd edək ki. iyulun 20-də Kanadanın İctimai təhlükəsizlik və fövqəladə hallara hazırlıq katibi Uilliam Blair jurnalistlərə…

Norveç Azərbaycanı o siyahıdan çıxardı

Norveç Azərbaycanı səfərlərin tövsiyə olunmadığı ölkələr siyahısından çıxarıb. Bu barədə qərar iyulun 19-u qüvvəyə minib. Qeyd edilir ki, ölkənin sözügedən siyahıdan çıxarılması bu Azərbaycandan Norveçə gələnlərin karantin tələblərinə riayət etməməsi demək deyil. Bildirilir ki, hazırdı Norveç Azərbaycanı koronavirus üzrə “bənövşəyi” siyahıya aid edir, bu da ölkədə gündəlik az sayda yeni yoluxma halının qeydə alınması deməkdir.

Livandan İsrailə raket atıldı

Livandan İsrail ərazisinə iki raket atılıb. Bu barədə israilin Müdafiə Ordusunun “Twitter” səhifəsində deyilir. Məlumata əsasən, raketlərdən biri “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, digər raket boş əraziyə düşüb: “Biz əvvəlki kimi İsraili hər cəbhədə müdafiə etməyə hazırıq”.

Azərbaycanda Qurban bayramıdır

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu il bayram 20-21 iyul tarixlərinə təsadüf edir. Bu gün məscidlərdə birgə Bayram namazları qılınacaq. Şəriətə uyğun olaraq Qurban kəsimi iyulun 20-dən başlayaraq 3 gün davam edə bilər. Azərbaycan xalqı bu il Qurban bayramını Zəfər abı-havasında qarşılayır. Eyni zamanda builki Qurban bayramı dünyada hələ də davam edən pandemiya…