Cozep Borrel İrandan Rusiyaya köməyi dayandırmağı tələb edib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Jozep Borrel və İranın xarici işlər nazir Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub. Bu barədə Aİ-nin baş diplomatı “Twitter” hesabında məlumat verib. “Mən İranın hərəkətləri ilə bağlı Aİ-nin mövqeyini bir daha diqqətə çatdırdım: insan haqlarının pozulmasını dayandırın, Rusiyanın təcavüzkar müharibəsinə dəstəyinizi dayandırın və Aİ ölkələri…

“İsrail İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək”

İsrail İranın nüvə silahı yaratmasına və Tehranın Suriyada möhkəmlənməsinə imkan verməyəcək. Bu bəyanatla bazar günü İsrail hökumətinin həftəlik iclasında yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu çıxış edib. “Biz İranın nüvə silahı əldə etməsinə və onun şimal sərhədimizdə (Suriyada – red.) möhkəmlənməsinə imkan verməyəcəyik. Biz xalqımızı qorumaq üçün hər şeyi edirik və edəcəyik, bizə qarşı istənilən…

İsveç Türkiyə ilə razılaşmanın bir hissəsi olaraq terrorizm qanunu ilə bağlı qərar verəcək

İsveçin baş naziri Ulf Kristersson Türkiyə ilə razılaşmaların həyata keçirilməsi çərçivəsində yeni terrorla mübarizə qanunu ilə bağlı qərarın martın 2-də veriləcəyini bildirib. O, qeyd edib ki, İsveç Türkiyə ilə imzaladığı təhlükəsizlik memorandumunun bütün bəndlərini yerinə yetirib. Baş nazir son addımın martın 2-də İsveç hökumətinin yeni antiterror qanunu ilə bağlı qərar verəcəyi zaman atılacağını bildirib. Xatırladaq…

Şimali Koreya ABŞ-nı vura biləcək raketini nümayiş etdirib

Şimali Koreya “Hwasong-15” qitələrarası ballistik raketinin buraxılışının videosunu yayıb. Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bildirib ki, buraxılış döyüş hazırlığının qəfil yoxlanışı çərçivəsində həyata keçirilib. Raket 67 dəqiqə ərzində 989 km uçub və sonra Yapon dənizinə düşüb. Onun maksimal uçuş hündürlüyü 5,77 min km olub. Nəzəri cəhətdən belə bir raket ABŞ-yə çata bilər. Raketin buraxılışı fonunda…

“Ukrayna artıq Avropanın bir hissəsidir”

Ukrayna artıq Avropanın bir hissəsinə çevrilib. Bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrell jurnalistlərə bildirib. Onun sözlərinə görə, indi “bu qərarı rəsmiləşdirmək” lazımdır. Xatırladaq ki, keçən il fevralın 29-da Ukrayna dövlət başçısı Volodimir Zelenski Birliyə üzvlük üçün ərizə imzalayıb. İyunun 23-də Brüsseldə keçirilən sammitdə bu sənəd təsdiqlənsə də, Kiyev qarşısında korrupsiyaya qarşı islahatlar da daxil…

“Co Bayden “F-16”ların Türkiyəyə verilməsini dəstəkləyir”

“Co Bayden “F-16”ların Türkiyəyə verilməsini dəstəkləyir. Bu, bizim milli maraqlarımız üçün çox vacibdir. Hazırda bu məsələnin həlli istiqamətində işlərimiz davam edir”. Bu sözləri Ankarada səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken mətbuat konfransında deyib. A.Blinken vurğulayıb ki, Türkiyənin regionda müştərək təhlükəsizlik potensialında yeri çox önəmlidir. “F-16”lar məsələsinə Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu da münasibət bildirib.…

Zelenski G7 sammitinə dəvət olundu

2023-cü ildə G7 qrupuna sədrlik edən Yaponiyanın baş naziri Fumio Kişida Ukrayna Prezidenti Volodimir Zelenskini fevralın 24-də qrupun onlayn sammitində iştirak etməyə dəvət edib. Məlumata görə, qarşıdan gələn onlayn görüşdə Zelenskinin birliyin mayın 19-21-də Xirosimada keçiriləcək əyani sammitinə dəvət olunması məsələsi qaldırıla bilər. G7 liderlərinin danışıqları 2023-cü ildə Yaponiyanın sədrliyi ilə keçiriləcək ilk danışıqlar olacaq. Görüşdə…

“Rusiya ilə qarşıdurma uzun illər davam edə bilər”

NATO ölkələri ilə Rusiya arasında qarşıdurma uzana bilər, bu səbəbdən alyans hadisələrin belə inkişafına hazır olmalıdır. Bu barədə cümə axşamı NATO-nun Baş katibi Yens Stoltenberq bildirib. “Biz uzun müddətə hazırlaşmalıyıq, bu, uzun illər çəkə bilər”, – deyə o, bəyan edib. Stoltenberq əmin olduğunu bildirib ki, alyansa üzv olan 30 dövlət hələ də Ukraynanı dəstəkləməyə sadiqdir…

Norveç Ukraynaya milyardlarla dollarlıq yardım edəcək

Stortinq (Norveçin birpalatalı parlamenti) Ukraynaya 75 milyard kron (73,7 milyard dollar) dəyərində olan beşillik dəstək proqramını səs çoxluğu ilə qəbul edib. Bu barədə Norveç hökumətinin saytında məlumat verilib. Ölkənin baş naziri Yonas Qar Störe Ukraynaya dəstək proqramı ilə bağlı belə geniş paketdən çox məmnun olduğunu bildirib. Hökumət başçısı qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski…

ABŞ Ukraynaya 10 milyard dollar ayıracaq

Ukrayna Vaşinqtondan daha bir əlavə maliyyə yardımı alacaq. Bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib. Söhbət ABŞ-nin Ukrayna hakimiyyətinə maliyyə yardımı kimi ayırmağı planlaşdırdığı 9,9 milyard dollardan gedir. Vəsaitin yaxın aylarda ayrılacağı bildirilib. Xatırladaq ki, ABŞ, demək olar ki, müharibənin əvvəlindən Ukraynaya həm pul, həm silah, həm də sursatla fəal dəstək verir.