ABŞ müdafiə naziri İraqa səfər edib

ABŞ müdafiə naziri Lloyd Ostin İraqa elan olunmamış səfər edib. Xəbəri yayan mənbə səfərin təfərrüatını açıqlamayıb. Qeyd edək ki, iki gün əvvəl L.Ostin İordaniyanın paytaxtı Əmmana səfər etmiş və Kral II Abdullah tərəfindən qəbul edilmişdi. Məlumat üçün həmçinin əlavə edək ki, səfər İraq lideri Səddam Hüseynin devrilməsinin 20-ci ildönümü ərəfəsində baş tutub.

Krımda aerodrom ərazisində partlayışlar eşidilib

Martın 7-də səhər saatlarında Ukraynanın işğal altında olan Krım vilayətinin Sevastopol şəhərində gurultulu partlayış səsləri eşidilib. Rusiyalı hərbçilər bunu təlimlərlə əsaslandırıblar. Bu barədə “RBC-Ukrayna” qondarma qubernator Mixail Razvojayevin “Telegram” hesabına istinadən məlumat verib. Yerli sakinlər sosial şəbəkələrdə qeyd edirlər ki, partlayışlar “Belbek” aerodromu ərazisində baş verib. Mixail Razvojayev isə bölgədə “hər şeyin sakit olduğunu” iddia…

Ukraynalı qadın “Mənəvi və fiziki cəsarətə görə” ABŞ Dövlət Departamenti mükafatının laureatı oldu

Tayra ləqəbli (Yuliya Paevskaya) məşhur ukraynalı paramedik (təcili tibbi vəziyyətlərdə xəstələrə və ya yaralılara xidmət göstərən peşəkar insan) ABŞ Dövlət Departamentinin “Beynəlxalq Cəsarətli Qadınlar” (IWOC) mükafatının laureatı olub. 2022-ci ilin yazında Rusiya əsirliyinin bütün dəhşətlərini görən Tayra oradan sağ çıxmağa nail olub. Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib. Qeyd edilib ki, Tayra bu…

“Ukrayna hərbçiləri Donetsk və Luqansk vilayətlərində ən çətin döyüşlərini aparırlar”

“Ukrayna hərbçiləri indi Donetsk və Luqansk vilayətlərində ən çətin döyüşlərini aparır”. Bunu Ukrayna Prezidenti Voldimir Zelenski martın 5-də xalqa müraciətində söyləyib. “Bu gün Donbasda döyüşən əsgərlərin cəsarəti, gücü və əyilməzliyini xüsusi qeyd etmək istərdim. Ən çətin və ağrılı döyüşlərdən biri gedir”, – deyə V.Zelenski əlavə edib. Ukrayna Prezidenti Baxmut, Uqledar, Avdeyevski, Severski, Svatovski, Liman və…

Antarktida buzlaqlarının sahəsi minimum həddə çatıb

Antarktidada buzlaqların sahəsi son 44 ildə ən aşağı həddə çatıb. 2022-ci ildə ən soyuq qitənin buzlu sahəsi 1,92 milyon kvadrat kilometrə qədər azalıb. Bu nəticədə 1979-cu ilin rekordunu 136 min kvadrat kilometr üstələyib. “Biz görürük ki, hər yerdə buz daha azdır. Bu, fövqəladə bir hadisədir”, – deyə Tasmaniya Universitetinin eksperti Uill Hobbs bildirib. Alimlərin fikrincə,…

Çin hərbi büdcəsini əhəmiyyətli dərəcədə artırır

2023-cü ildə Çin müdafiə büdcəsini 7,2% artıracaq. Bu barədə məlumat 14-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının 1-ci sessiyasının açılışında dərc edilmiş ölkənin büdcə layihəsində verilib. “Milli müdafiə xərcləri 7,2% artımla 1,553 trilyon yuan (təxminən 224,85 milyard dollar) təşkil edir”, – sənəddə deyilir. Bundan əvvəl 14-cü Yığıncağın 1-ci sessiyasının rəsmi nümayəndəsi Vanq Çao müdafiə xərclərinin artırılmasını…

Avstraliya sahillərində güclü zəlzələ baş verib

Avstraliyanın Makkuari adasının sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ölkənin Dövlət Geologiya Bürosu məlumat yayıb. Zəlzələnin episentri adadan təxminən 700 km qərbdə olub. Burada Avstraliya və Yeni Zelandiya alimlərinin yaşadığı və işlədiyi Makkuari adasının subarktik tədqiqat stansiyası, həm də Avstraliya elmi-tədqiqat donanmasının limanı yerləşir. Zəlzələ ocağı 10 km dərinlikdə qeydə alınıb. Dağıntı…

Türkiyə ABŞ-dən “F-16” qırıcıları almaqdan imtina etməyi düşünür

Türkiyə ABŞ-nin “F-16”larını almaqdan imtina edə və rus qırıcıları da daxil olmaqla onların dəyişdirilməsi variantlarını nəzərdən keçirə bilər. Bu barədə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Erhan “RİA Novosti”yə məlumat verib. Siyasətçi qeyd edib ki, Ankara Vaşinqtondan təyyarə istəməklə səhv edib. O qeyd edib ki, konqres müxtəlif bəhanələrlə bu “köhnəlmiş və rəqabət…

“Bəzi yeni binaların hündürlüyü üç və dörd mərtəbədən çox olmayacaq”

“Türkiyədə zəlzələ 14 milyon insanın həyatına təsir edib. 214 min dağılmış, təcili sökülməli olan və ciddi zədələnmiş binanın olması müəyyən edilib”. Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan “Türkiyə Milli Risk Qalxanı” layihəsinin təqdimatında açıqlama verib. O, şəhərlərin istiqamətinin düzənlikdən dağlara, daha möhkəm zəminlərə dəyişiləcəyini bildirib. Prezident həmçinin bildirib ki, TOKİ-nin (Kütləvi Mənzil Nazirliyi) sosial ev…

Yaponiya varlığını bilmədiyi minlərlə ada tapdı

Yaponiya özünə məxsus olan adalarla bağlı yenidən hesablama aparıb və onların əvvəl düşünüldüyündən 7000 ada çox olduğu məlum olub. Bu, Yaponiya Geoməkan İnformasiya Təşkilatı (GSI) tərəfindən həyata keçirilən rəqəmsal xəritəçəkmə zamanı aşkarlanıb. Müəyyən olunub ki, Yaponiya ərazisində 14 min 125 ada var və bu da 1987-ci ildən adaların sayı ilə bağlı rəsmi olaraq bilinən 6 852 sayından…